Akademik Milli Dram Teatrında premyera
Dekabrın 14-də Akademik Milli Dram Teatrında “Qətibə İnanc” tamaşasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən Olaylar.az - a verilən məlumata görə, iki hissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib. Tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur.
13 Dekabr 2017 18:58 Teatr və kinoDekabrın 14-də Akademik Milli Dram Teatrında "Qətibə İnanc" tamaşasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən Olaylar.az - a verilən məlumata görə, iki hissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.
Tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur.
Səhnə əsərində xalq artisti Bəsti Cəfərova, əməkdar artist Sabir Məmmədov, aktyorlar Rövşən Kərimduxt, Rüstəm Rüstəmov, İlyas Əhmədov, əməkdar artist Kazım Abdullayev, aktrisalar Şəhla İsmayılova, Fidan Cəfərova, aktyor Elnur Qədirov, əməkdar artistlər Mirzə Ağabəyli və Elxan Quliyev, aktyor Cümşüd Zeynalov, əməkdar artistlər Məzahir Cəlilov və Əlvida Cəfərov iştirak edirlər.
Qeyd edək ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov "Qılınc və qələm" əsərini tamaşaya qoyulub.