Musiqili Teatrda Əməkdar artist Zemfira Quliyevanın 80 illiyi

Azərbaycan Dövlət Musiqili Teatrının özünəməxsus ifa tərzi ilə yaddaşlarda iz qoyan mərhum aktrisası Zemfira Quliyevanın bu il 80 yaşı tamam olur. Qurumun Mətbuat xidmətindən Olaylar.az - a bildirilib ki, Dövlət Musiqili Teatrında 80 illik yubileyi münasibəti ilə Zemfira Quliyevanın xatirəsi anılacaq. Belə ki, dekabrın 17 - də  dahi Üzeyir Hacıbəylinin dünya şöhrətli “Arşın mal alan” iki hissəli operettasının növbəti nümayişi mərhum aktirisanın 80 illiyinə həsr olunacaq. Tamaşaçıların xatirəsində işıqlı iz qoyan Azərbaycan Respublikasının Əməkdar artisti Zemfira Quliyeva vaxtı ilə bu ölməz səhnə əsərində Gülçöhrə obrazını canlandırıb.

Azərbaycan Dövlət Musiqili Teatrının özünəməxsus ifa tərzi ilə yaddaşlarda iz qoyan mərhum aktrisası Zemfira Quliyevanın bu il 80 yaşı tamam olur. Qurumun Mətbuat xidmətindən Olaylar.az - a bildirilib ki, Dövlət Musiqili Teatrında 80 illik yubileyi münasibəti ilə Zemfira Quliyevanın xatirəsi anılacaq. Belə ki, dekabrın 17 - də  dahi Üzeyir Hacıbəylinin dünya şöhrətli "Arşın mal alan" iki hissəli operettasının növbəti nümayişi mərhum aktirisanın 80 illiyinə həsr olunacaq. Tamaşaçıların xatirəsində işıqlı iz qoyan Azərbaycan Respublikasının Əməkdar artisti Zemfira Quliyeva vaxtı ilə bu ölməz səhnə əsərində Gülçöhrə obrazını canlandırıb.

Zemfira Quliyeva 30 ildən çox çalışdığı Azərbaycan Dövlət Musiqili Teatrında Gülnaz, Gülçöhrə ("O olmasın, bu olsun", "Arşın mal alan" - Üzeyir Hacıbəyli), Ulduz ("Ulduz" - Sabit Rəhman, Süleyman Ələsgərov), Durna ("Durna" - Süleyman Rüstəm, Süleyman Ələsgərov), Gülxanım ("Subaylarınızdan görəsiniz" - İsi Məlikzadə, Süleyman Ələsgərov), Fatı ("Hicran" - Sabit Rəhman, Emin Sabitoğlu), Səlimə, Qonşu qız, Gülər, Gülnar ("Özümüz bilərik", "Milyonçunun dilənçi oğlu", "Sevindik qız axtarır", "Olmadı elə, oldu belə" - Şıxəli Qurbanov, Süleyman Ələsgərov), Sona ("Hacı Qara" - Mirzə Fətəli Axundzadə, liberetto müəllifi Şəmsi Bədəlbəyli, bəstəkarlar Vasif Adıgözəlov, Ramiz Mustafayev), Pəri ("Altı qızın biri Pəri" - Məhərrəm Əlizadə, Tofiq Bakıxanov, Nəriman Məmmədov), Xavər ("Höcət eləmə" - Qazı Məmmədov, Ağabacı Rzayeva, İsmayıl Quliyev), Sevda ("Qayınana" - Məcid Şamxalov, Zakir Bağırov) və onlarla bu kimi başqa obrazlara səhnə həyatı verib.

Yaratdığı obrazlarla tamaşaçıların sevgisini və rəğbətini qazanan Zemfira Quliyeva 1 dekabr 1982-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adı ilə təltif olunub. Aktrisa 1997-ci ildə Bakı şəhərində vəfat edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31