Milli Qəhrəmanlara həsr olunmuş filmlər nümayiş olundu

Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar Azərbaycanın Milli Qəhrəmanları haqqında çəkilmiş sənədli filmlərin nümayişi davam edir.

Badamdar qəsəbə Mədəniyyət evində rejissor İsmayıl Zeynalovun milli qəhrəman Salatın Əsgərova haqqında "23 dəqiqə" və rejissor Fariz Əhmədovun milli qəhrəman Mirəsgər Seyidova həsr edilmiş "Vətən əsgəri" adlı filmləri tamaşaçılara nümayiş etdirilib.

Qeyd edək ki, gənc nəslin milli təfəkkürünün formalaşmasında, vətənpərvər ruhda tərbiyəsində və tariximizi öyrənməsində mühüm rol oynayan bu filmlərin nümayişi Bakı şəhərinin müxtəlif mədəniyyət ocaqlarında yanvarın 19-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31