“Dəli yığıncağı” tələbələrin təqdimatında

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dosent Fikrət Məlikovun SABAH "Aktyor sənəti" ixtisası II kurs tələbələri idi. İmatahan tamaşasının başlamasına az qalmış artıq zal tamaşaçı ilə dolu idi. Hər kəs bu qrupun nümayiş etdirəcəyi Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" tamaşasını səbirsizliklə gözləyirdi. Qeyd edək ki, qrupun aktyor sənəti müəllimi Ceyhun Dadaşov, səhnə danışığı müəllimi isə Nadir Hüseynovdur. Tələbələr bu tamaşanın öhdəsindən də məharətlə gəldilər. Anşlaqla keçən imtahan tamaşasının nümayişindən sonra ənənəvi olaraq tələbələrin işi müzakirə olundu, kiçik iradlar deyilsə də, ümumi II kurs tələbələrinin işi yüksək qiymətləndirildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31