“Monotamaşalar paradı”na uğurla yekun vuruldu

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Kiçik səhnə”sində  nümayiş olunan monotamaşalar uğurla nümayiş olunub. Olaylar.az bildirir ki, Əməkdar artist Lətifə Əliyevanın iştirakı ilə “Vurğuna vurğun gəlin”, aktrisa Mehriban Abdullayevanın iştirakı ilə U. Luis “İstədiyim kimi yaşamışam”, Əməkdar artist Şövqi Hüseynovun ifasında N.V. Qoqoqlun “ Dəlinin qeydləri”, Əməkdar artist Kəmalə Müzəffərin ifasında T. Vəliyevanın “Cəza”,  Küşvər Şərifovanın ifasında R. Ağayevin rejissor Nofəl Vəliyev quruluşunda “Sonluğun sonu”, Əməkdar artist Nofəl Vəliyevin ifasında F. Dostayevskinin “İdiot” tamaşasını nümayiş etdirdi. Monotamaşalar teatrsevərlər tərəfindən böyük maraqla qarşılandı.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının "Kiçik səhnə"sində  nümayiş olunan monotamaşalar uğurla nümayiş olunub. Olaylar.az bildirir ki, Əməkdar artist Lətifə Əliyevanın iştirakı ilə "Vurğuna vurğun gəlin", aktrisa Mehriban Abdullayevanın iştirakı ilə U. Luis "İstədiyim kimi yaşamışam", Əməkdar artist Şövqi Hüseynovun ifasında N.V. Qoqoqlun " Dəlinin qeydləri", Əməkdar artist Kəmalə Müzəffərin ifasında T. Vəliyevanın "Cəza",  Küşvər Şərifovanın ifasında R. Ağayevin rejissor Nofəl Vəliyev quruluşunda "Sonluğun sonu", Əməkdar artist Nofəl Vəliyevin ifasında F. Dostayevskinin "İdiot" tamaşasını nümayiş etdirdi. Monotamaşalar teatrsevərlər tərəfindən böyük maraqla qarşılandı.

Qeyd edək ki, "Kiçik səhnə" də janr, mövzu baxımından fərqli olan tamaşalar oynanılır. Qeyd etdiyimiz monotamaşaların bir neçəsi artıq dünyanın bir sıra ölkələrində nüfuzlu Beynəlxalq teatr festivallarında ölkəmizi uğurla təmsil edib, mükafatlara layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31