Sosial

Yadplanetlilər UNO-ları tapan alimləri qətlə yetirdi – Dünyanı qorxuya salan SİRR

1 İyun 2017 11:16

UNO-ları araşdıran Rusiyanın məşhur ufoloqu Vadim Çernobrov 52 yaşında, elmi araşdırmalarının çiçəklənən dövründə qəfildən öldü. Onu haqlı olaraq Rusiyanın əsas ufoloqu adlandırırdılar. Çernobrovun ölümü ümumilikdə Rusiyada ufoloqların qəfil ölümlərini gündəmə gətirdi.

AMEA Mərkəzi Elmi Kitabxanasına may ayı ərzində daxil olan sənədlər

31 May 2017 21:40

MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü fondlarda saxlanılan incilərin, şəxsi kitab kolleksiyalarının, yeni sənədlərin təqdimatlarının ənənəvi olaraq hər həftə keçirildiyini qeyd etdi. M.Göyüşlü keçirilən tədbirlərin və görülən işlərin üç dildə yayımlanan mek.az saytında və kitabxananın sosial şəbəkələrdəki səhifələrində operativ şəkildə işıqlandırıldığını vurğuladı. O, təqdimatlar vasitəsilə ictimaiyyətin, oxucuların diqqətini yeni kitablara cəlb etməyə, fondlardakı ədəbiyyatları tanıtmağa çalışdıqlarını vurğuladı. Mərkəzdən "Olaylar" -a bildirlib ki, təqdimatçı MEK-in Fondların formalaşdırılması bölməsinin əməkdaşı Aysel İbrahimli daxil olan kitablar, elmi jurnallar və elektron resurslar haqqında slaydlı təqdimatla çıxış etdi. O, bildirdi ki, MEK-in fondları pulsuz məcburi nüsxələr, hədiyyələr, beynəlxalq kitab mübadiləsi və s. üsullarla formalaşdırılır.

Yuxusuzluq hansı dəhşətli xəstəliklər yaradır?

31 May 2017 20:20

Vaxtında dincəlməyən orqanizm, baş-beyin bir müddətdən sonra ağır fəsadlarla üzləşir. Bəzən televiziya, video, kompyuter bizi özünə elə çəkir ki, bir də onda xəbər tuturuq ki, artıq gecdir, yuxunun vaxtı çoxdan keçib. Yuxusuzluq isə, bəlkə də, insanın sağlamlığına zərbə vuran ilkin bəlalardan biridir

Naxçıvanda konfrans

31 May 2017 19:45

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutu və Naxçıvan Sement Zavodunun birgə təşkilatçılığı ilə “Yerli mineral xammallar əsasında sement, gips və əhəng istehsalının nəzəri və praktiki əsasları” adlı elmi-praktiki konfrans keçirilib. Bölmədən “Olaylar” – a bildirlib ki, Naxçıvan Sement Zavodunda keçirilən tədbirdə öncə Təbii Ehtiyatlar İnstitutunun alim və mütəxəssisləri zavodun laboratoriyalarının iş şəraiti, oradakı avadanlıqlar və sement nümunələrinin analizləri ilə yaxından tanış olublar.

"Tütün - inkişaf üçün təhlükə!"

31 May 2017 19:35

Mayın 31 – də  Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Tütünsüz Gününə həsr olunmuş seminar keçirilib. Nazirlikdən “Olaylar” – a bildirlir ki, yarım günlük seminarda Ümumdünya Tütünsüz Gününün builki mövzusu olan "Tütün - inkişaf üçün təhlükə!" mövzusu ətrafında təqdimlar keçirilib.  Tədbirdə iştirakçılar “Tütün epidemiyası – problemlər, prioritetlər, nailiyyətlər” haqqında məlumatlandıracaq, tütün tüstüsünün qeyri-infeksion xəstəliklərin bir nömrəli risk faktoru olduğunu sübut edən məqamlar açıqlanmışdır.

Kamal Abdullayev "Kitabi-Dədə Qorqud" poetikasına giriş” kitabını MEK -ə təqdim etdi

31 May 2017 19:30

Mayın 31-də Mərkəzi Elmi Kitabxanada  AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, yazıçı-publisist, akademik Kamal Abdullayev bu qurumun gənc alimləri ilə görüşüb. Kitabxanadan “Olaylar” – a bildirlib ki, AMEA Folklor İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Nail Qurbanov  akademik K.Abdullayevə onların təşəbbüsünü dəyərləndirib gənclərlə görüş üçün vaxt ayırdığına görə minnətdarlığını bildirib. O, gənclərə Kamal Abdullayevin bədii, elmi və ictimai-siyasi fəaliyyəti, alimin “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı araşdırmaları, Azərbaycan dilçilik elminin nəzəri məsələlərinə dair tədqiqatları haqqında məlumat verib.

Əgər belə yatır və bu yuxuları görürsüzsə, deməli…

31 May 2017 19:25

Aqressiv, qəddar səhnələrlə dolu yuxular insanın sağalmaz xəstəlik olan Parkinsona tutulmasına 15 il qabaqcadan dəlalət edə bilər.

Diqqət: Hamilə xanımlar necə qidalanmalıdır?

31 May 2017 19:15

Hamiləlik dövründə ananın diqqət yetirməsi tələb olunan ən vacib məsələlərdən biri bəlkədə birincisi onun qidalanmasına diqqət etməsidir. Lakin təssüflər ki, bəzən xanımlarımız bu məsələyə olduqca biganə yanaşırlar. Hamilə xanımlar nece qidalanmalıdır?

ŞOK: 40 yaşından sonra gözdə artan təzyiq korluq yaradır

31 May 2017 19:10

Məlumata görə 40 yaşından sonra gözdə artan təzyiqə görə korluq yarana bilər.  Bunu Kocaeli Universitetinin Tibb Fakültəsində fəaliyyət göstərən Prof. Dr. Yüksəl söyləyib.  Onun sözlərinə görə xalq arasında "Qarasu xəstəliyi" olaraq bilinən göz təzyiqi, erkən diaqnoz edilməzsə pis fəsadlara səbəb ola bilər. 

Günəş şuasından necə qorunmaq olar?

31 May 2017 19:05

Bildiyimiz kimi qarşıdan isti yay günləri gəlir, insanlar bəzən işləri ilə əlaqədar olaraq saatlarla günün altında qalırlar ki, bu zaman da günəş şualarının bir çox fəsadları ilə qarşılaşırlar. Bu fəsadlardan ən birincisi demek olar ki, günəş şualarının dəri xərçənginə səbəb olmasıdır.

3 günə 5 kilo arıqlayın

31 May 2017 18:55

Pəhriz siyahısına biri də əlavə olunub - kartof pəhrizi. Kartof pəhrizi 3 gündə 5 kilo arıqladır, lakin sağlamlığınızı da göz önünə almalısınız. Sağlam qidalanma ilk növbədə balanslı qidalanma deməkdir. Balanslı qidalanma isə qida qruplarından bədənin ehtiyacı olan qədərini kifayət qədər qəbul etməkdir. Daha dəqiq desək, yediyimiz hər yeməyin olduğu bir qida qrupu varı və bədənin də bu yeməklərin olduğu 5 əsas qida qrupuna ehtiyacı var.

Ağ tutun sağlamlıq üçün 7 MÜHÜM FAYDASI

31 May 2017 18:50

Ağ tut faydalı diyetik məhsuldur. Müxtəlif vitaminlər, minerallar, bioloji aktiv maddələr, pektinlər, təbii şəkərlərlə zəngin olan ağ tut bir çox xəstəliklər zamanı olduqca faydalıdır.

Yunusların məhəkəməyə gətirilməsi ləngiyir - SƏBƏB?

31 May 2017 18:07

Bu gün Bakı Apelyasiya Məhkəməsində Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barələrində çıxarılmış hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib. Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, məhkəmə Leyla Yunus və Arif Yunusun məcburi gətirilməsi üçün polisə müraciət göndərib. Lakin polis bununla bağlı məhkəməyə rəsmi cavab göndərməyib. Bu məqsədlə də növbəti proses iyulun 5-nə təyin olunub.

Sınaq imtahanının nəticələri açıqlanıb

31 May 2017 17:54

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 27-də keçirilmiş sınaq imtahanının nəticələrini elan edib. Mərkəzdən verilən məlumata görə, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 24584 abituriyentdən 880 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 5 abituriyentin imtahan nəticələri ləğv edilib. 

Növbəti əfv sərəncamı gözlənilir

31 May 2017 17:47

"15 İyun Qurtuluş günü  və ya 18 Oktyabr Dövlət Müstəqilliyi günü ərəfəsində növbəti əfv sərəncamının imzalanacağı gözlənilir". Bunu Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Elmira Axundova deyib.