Sosial
Sədaqət Vəliyeva: Regionların inkişafı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir
“Regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
"Maşın bazarı"nda tullantılar yandırıldı - Müəssisə cərimə ediləcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı sakini İmran İmranov tərəfindən Xətai rayonu, Babək prospektində tullantıların yandırılması ilə bağlı şikayət daxil olub. Nazirlikdən verilən məlumata görə, şikayət qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb.
Ramil Usubov sıra baxışı keçirib
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Əlahiddə Çevik Polis Alayında DİN-in Baş İdarə, İdarə və ərazi polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib. DİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, aidiyyəti baş idarə, idarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, 303 iddiaçının arasından daha hazırlıqlı olan 266 nəfərin daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.
Sumqayıtda binada yanğın baş verib
Sumqayıtda yaşayış binasında yanğın olub.“Olaylar”ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 72 kv.m olan 4 otaqlı mənzilin 1 otağında 1 ədəd “LG” markalı televizor və mebel 3 kv.m sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini (o cümlədən 4 nəfər azyaşlı) təxliyə olunub. Mənzil yanğından mühafizə edilib.Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. .
Sevinc Fətəliyeva: Multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsinə, həm də həyat tərzinə çevrilib
Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında iştirak edən Koreya Respublikası Milli Assambleyasının bir qrup deputatı avqustun 17-də Azərbaycan Respublikası Milli Məclisində olub.
“İslam Həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı mübarizə yolu”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Qafqaz Müsəlmanları İdarəsi, Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Park İnn otelində “İslam Həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı mübarizə yolu” mövzusunda elmi-praktiki konfrans keçirilib. “Olaylar” bildirir ki, konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, tədbirin təşkilatçılarına və konfransın keçirilməsinə dəstək verən qurumların rəhbərliyinə dərin təşəkkürünü bildirərək islamda həmrəyliyin və vəhdətin əhəmiyyətindən danışıb, dini radikalizmə və ekstremizmə qarşı mübarizədə islam Həmrəyliyinin rolunu xüsusilə diqqətə çatdırıb.
Biznesmenlə nişanlanan azərbaycanlı müğənnini diri-diri "basdırdılar"
Ötən ay nişanlanan gənc müğənni Rilaya Hüseynzadə nişanlısı ilə birgə tətilə yollanıb. Dənizkənarından dincələn cütlük şəxsi feysbuk hesabından fotolar paylaşıb. Müğənninin tətildən paylaşdığı quma basdırılmış görüntüləri yer alan paylaşımı isə xeyli diqqət çəkib.
Kamal Abdulla Polşa Xarici İşlər nazirinin müavini ilə görüşüb
Avqustun 17-də Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Polşa Xarici İşlər nazirinin müavini Yan Çeçiçak, Polşanın Xarici İşlər Nazirliyinin xaricdə yaşayan polşalılarla iş üzrə Departamentinin direktoru Mateusz Stasiek, Polşa Xarici İşlər Nazirliyinin Diplomatik və mədəni tanıtım üzrə Departamentinin direktoru Andrey Fafara, Polşanın Azərbaycandakı səfirinin müvəqqqəti işlər üzrə müşaviri Andrey Jankovski, Polşa Xarici İşlər Nazirliyinin Qafqaz Birliyinin rəhbəri Piotr Konovrocki ilə görüşüb. Universitetdən “Olaylar” – a bildirilib ki, qonaqları salamlayan rektor onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan-Polşa əlaqələrinin sağlam təməl üzərində qurulduğunu deyən Kamal Abdulla ümid etidiyini bildirib ki, bu əlaqələr bundan sonra da ciddi və faydalı istiqamətdə inkişaf edəcək
Mahir Mədətovun atası oğlu ilə aparıcı arasında yayılan xəbərdən danışdı — AÇIQLAMA
Bu gün saytımızda “Qarabağ” futbol klubunun və futbol üzrə milli komandamızın gənc futbolçusu Mahir Mədətovun “CBC Sport” telekanalının aparıcısı Nərmin Cana gül buketi göndərməsi və cazibədar teleaparıcıya qarşı sevgi hissi bəslədiyi barədə məqalə yayımlanıb.
Suraxanı rayonunun məsul şəxsləri “Dalğa” yay düşərgəsində olublar
17 avqust 2017-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və aparatın məsul işçiləri 2 saylı Uşaq Evinin Zirə qəsəbəsində yerləşən “Dalğa” yay düşərgəsində olmuş və uşaqları ziyarət ediblər.
Mənzilə dağılan civə zərəsizləşdirilib
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 15:00-da başa çatmışdır.
Dənizdə batma təhlükəsilə üzləşən şəxs xilas edilib
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarmışlar. Əməliyyat saat 15:39-da başa çatmışdır.
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin təmin olunması məqsədilə sistemli tədbirlər icra olunur
«Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin təmin olunması məqsədilə sistemli tədbirlər icra olunur. Belə ki, bu yöndə geniş infrastruktur layihələri həyata keçirilib və yerli istehsalın inkişafı üçün münbit şərait yaradılıb».
Xəstəlikdən ölən aktrisa Mila haqda ŞOK: SONSUZ İMİŞ...
Azərbaycanda oğurlanmış nadir tapıntıların sayı açıqlanıb - SİYAHI
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası tərəfindən Lerikdə aparılan qazıntılar zamanı aşkar olunmuş qəbirlərdən 8 ədəd nadir tapıntı oğurlanıb.














