Sosial

Kür və onun qollarında biogen maddələrin miqdarı artıb – Nazirlik açıqladı

5 Sentyabr 2017 11:54

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqust ayında növbəti monitorinq həyata keçirib. Avqust ayının III ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının II ongünlüyünə nisbətən 0.9 m3/san azalaraq 75.4 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Bayram günləri yol qəzalarında 6 nəfər ölüb, 51 nəfər xəsarət alıb

5 Sentyabr 2017 11:50

Bayram günləri Azərbaycan ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən “Olaylar”a verilən məlumata görə, son 4 gündə respublikanın avtomobil yollarında 39 yol-qəza hadisəsi qeydə alınıb. Nəticədə 6 nəfər ölüb, 51 nəfər xəsarət alıb.

Səyyar ASAN xidmət yeni mövsümdə yeni məntəqələrdə

5 Sentyabr 2017 11:48

Səyyar ASAN qatar 5 – 19 sentyabr Horadiz şəhərində, səyyar avtobuslar isə 6 sentyabr – 5 oktyabr Şamaxı, Lənkəran, Quba, Mingəçevir, Dəliməmmədli şəhərlərində, 6 – 20 sentyabr Hacıqabul şəhəri və Abşeron rayonunun Güzdək qəsəbəsində, 6 – 25 sentyabr Göyçay şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. “Olaylar” bildirir ki, səyyar şəkildə vətəndaşlara göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Meyiti əcnəbi ölkədə morqda qalan azərbaycanlı idmançımızla bağlı yeni xəbər

5 Sentyabr 2017 11:45

"Beyrut şəhərində avtoqəza nəticəsində həyatını itirən idmançı Xəzər Əliyevin nəşinin vətənə gətirilməsi istiqamətində danışıqlar davam edir". Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Beyrutda keçirdiyi avtoqəzada həyatını itirən və 9 gündür meyiti Beyrut şəhər morqunda qalan idmançı X.Əliyevin nəşinin ölkəyə gətirilməsi sualını cavablandırarkən bildiriblər. 

Qurban bayramından sonrakı Bakının vəziyyəti

5 Sentyabr 2017 11:27

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Qurban bayramı ilə əlaqədar heyvan kəsiminin təşkil edildiyi ərazilərin dezinfeksiyası və dezinseksiyasını yekunlaşdırıb.

Azərbaycan və Rusiya alimləri birgə tədqiqatlar aparacaqlar

5 Sentyabr 2017 09:43

Rusiya Elmlər Akademiyası A.M.Obuxov adına Atmosfer Fizikası İnstitutunun kiçik elmi işçisi, həmyerlimiz Mirseyid Əkbərov AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları ilə görüşüb. AMEA- dan “Olaylar” – a bildirlib ki, institutun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov qonağı görüş iştirakçılarına təqdim edərək onun iki institut arasında əlaqə yaratmaq məqsədilə gəldiyini bildirib.

Dualar nə zaman qəbul olur?

5 Sentyabr 2017 08:20