Sosial

Deputat: Dərsliklərimizdə ciddi xətalar var

18 Sentyabr 2017 13:27

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov dərsliklər və dərs vəsaitləri ilə bağlı ayrıca müstəqil qanunun olmasını istəyir. “Olaylar” xəbər verir ki, millət vəkili bu təklifini Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il payız sessiyası ilə bağlı parlamentin Elm və təhsil komitəsinin sentyabrın 18-də keçirilən iclasında səsləndirib. Onun sözlərinə görə, dərsliklər və dərs vəsaitlər ilə bağlı məsələ bu gün ölkənin təhsil və elm ictimaiyyətinin gündəmində olan ən vacib məsələlərdəndir: “Bildiyiniz kimi, bu məsələ ilə bağlı ciddi müzakirələr gedir. Çünki bu məsələdə ciddi problemlər var və ziyalılarımız da bununla bağlı ciddi iradlarını, təkliflərini səsləndirirlər. Artıq bu məsələ ilə bağlı Təhsil Nazirliyində müvafiq Şura yaradılıb və məni də həmin Şuraya daxil ediblər. Bildiyim qədər, bu Şurada digər millət vəkillərimiz də var. Hesab edirəm ki,  Şura üzvləri dərsliklər və dərs vəsaitləri ilə bağlı məsələdə üzə çıxan problemləri, qüsurları, nöqsanları ətraflı müzakirə, ciddi təhlil edib, buradakı boşluqları, xətaları aradan qaldıra biləcəklər.

Bakının bütün kənd və qəsəbələrində qızlar erkən yaşan təhsildən yayındırlır

18 Sentyabr 2017 13:22

Gövhər Baxşəliyev: Zorla erkən nikahlara cəlb olunması məsələsi var Millət vəkili, akademik Gövhər Baxşəliyeva Milli Məclisin (MM) qarşıdan gələn payız sessiyası ilə bağlı  parlamentin Elm və təhsil komitəsinin sentyabrın 18-də keçirilən iclasında Bakı kəndlərində qızların təhsildən erkən yaşlarından yayındırılması ilə bağlı “həyəcan təbili” çalıb. “Olaylar” xəbər verir ki, millət vəkilinin dediyinə görə, bu gün Bakının kənd və qəsəbələrində orta məktəblərdə oxuyan qızların 14-15 yaşlarından təhsildən uzaqlaşdırılması, erkən nikahlara cəlb olunması problemi yaşanır: “Bu, çox təəssüfedici və ürəkağrıdıcı bir məsələdir.

Deputatdan təklif: Ali təhsil haqqında” da qanun layihəsi hazırlansın

18 Sentyabr 2017 13:19

Parlamentin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Asim Mollazadə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanmasını vacib sayır.“Olaylar” xəbər verir ki, millət vəkili bu təklifini adıçəkilən komitənin sentyabrın 18-də keçirilən iclasında səsləndirib:“Hesab edirəm ki, ali təhsillə də bağlı qanun layihəsinin hazırlanması və qəbulu vacibdir. Odur ki, bu sessiyada olmasa da, yaz sessiyasında belə bir sənədi hazırlayıb müzakirələrə təqim etmək məqsədəuyğun olardı. Ümumiyyətlə, ölkənin elm və təhsil sahəsi ilə bağlı qanunvericilik bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsi ən əhəmiyyətli məsələlərdən biri kimi öndə tutulmalıdır”.

Azərbaycanın əleyhinə kompromatları Qərb jurnalistlərinə Rusiya kəşfiyyatı sızdırır?

18 Sentyabr 2017 13:11

ABŞ-ın İraqdakı radikal qruplaşmalara, o cümlədən İŞİD-ə milyardlarla dollarlıq silah-sursat ötürməsi haqda informasiya kampaniyasının arxasında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) dayanır. Bu iddianı Ukraynanın “Xvilya” internet-nəşri irəli (http://hvylya.net/analytics/geopolitics/oruzheynyie-manipulyatsii-lubyanki.html)sürüb. Həmin informasiya kampaniyasında Azərbaycanın da adı hallandırılır. Xəbər verildiyi kimi Bolqarıstanın “Trud” qəzeti “Anonimous Bulgaria” adlı hansısa haker qrupunun sızdırdığı sənədlərə istinadən Azərbaycanı diplomatik yük adı altında Amerika silahlarını Suriyaya daşımaqda ittiham edən yazı dərc edib. Həmin yazının müəllifi ruslarla əlaqələri olan Diana Qaytanjiyevadır.Ukrayna nəşri hesab edir ki, informasiya kampaniyasının məqsədi ABŞ-ın bu və ya digər formada müttəfiqləri olan Almaniya, Azərbaycan, Türkiyə və Ukraynanı hədəf almaqdır.

Nazirlikdən xəbərdarlıq: Rütubətli hava...

18 Sentyabr 2017 12:57

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 19-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, Bakıda gecə 18-20°, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq. Tibbi-meteoroloji proqnoza görə, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi müsbət amil olsa da, havada rütubətin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Əsrin müqaviləsi – Azərbaycanın şanlı qələbəsidir

18 Sentyabr 2017 12:45

Müasir Azərbaycan dövlətinin çoxsaylı uğurlarından daha biri tarixin yaddaşına yazıldı. Ulu Öndər Heydər Əliyevin bizlərə miras qoyub, getdiyi müstəqil Azərbaycan Respublikası günü-gündən inkişaf edir, çiçəklənir. Bu inkişafın mənbəyi dahi şəxsiyyətin yüksək peşəkarlığı nəticəsində 20 sentyabr, 1994-cü il tarixində baş tutmuş Əsrin Müqaviləsi olmuşdu. Ölkədə sonsuz sayda olan təxribatların, çaxnaşmaların, vətəndaş müharibələrinin getdiyi dönəmdə Heydər Əliyevdən savayı sözügedən müqavilənin baş tutacağına inanan ikinci şəxs, demək olar ki, yox idi. Məhz müdrik siyasətçi Heydər Əliyevin böyük iradəsi hesabına imzanlanmış Əsrin Müqaviləsi bu gün Respublikamızın dünya ölkələri içərisində xüsusi yerinin olmasına gətirib, çıxartdı.

“Sosial iş” modelinin tətbiqi ilə əlaqədar sosial xidmət işçiləri üçün növbəti təlimlərə başlanılıb

18 Sentyabr 2017 12:41

Ölkəmizdə “Sosial iş” modelinin tətbiqinə hazırlıq işlərinin davamı olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı Nümayəndəliyinin “2016-2020-ci illərə dair Əməkdaşlıq Proqramı” çərçivəsində Bakı şəhəri, Qəbələ və Tovuz rayonları üzrə sosial xidmət işçiləri üçün “Sosial işin əsasları” mövzusunda silsilə təlimlərə başlanılıb. Bununla əlaqədar keçirilən tədbirdə Azərbaycanda sosial xidmətlər sisteminin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsi məqsədilə ötən dövrdə aparılan işlər diqqətə çatdırılıb.

Külli miqdarda siqaret müsadirə edilib

18 Sentyabr 2017 12:37

Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə 90 TB 042 nömrə nişanlı, “Toyota Land Cruiser Prado” markalı minik avtomobilində Azərbaycana məxsus aksiz markası ilə markalanmayan tütün məmulatlarının olması barədə əməliyyat məlumatı daxil olub. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, daxil olan həmin məlumata əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov 211 ünvanında, küçənin sol kənarında dayanan Azərbaycan vətəndaşı Kazımov Əlizamin Qiyas oğlunun idarə etdiyi 90 TB 042 nömrə nişanlı, ağ rəngli, “Toyota Land Cruiser Prado” markalı minik avtomobilinin yük yerinə həmin avtomobilin yanında dayanan və Miriyev Mirkamalladdin Mirnağı oğlunun idarə etdiyi 42 BV 103 nömrə nişanlı “Ford Dedl” markalı mikroavtobusun yük yerindən Q. Kazımov tərəfindən götürülərək yerləşdirilən iki ədəd iri həcmli karton qutulara baxış keçirilib.

Daha 149 dövlət əmlakı hərraca çıxarılır

18 Sentyabr 2017 12:36

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi üzrə oktyabrın 17-də keçiriləcək növbəti hərracda vətəndaşlara və potensial investorlara 149 dövlət əmlakı təklif olunur. Komitədən “Olaylar”a  verilən məlumata görə, hərracda özəlləşməyə çıxarılan 149 dövlət əmlakından 43-ü kiçik dövlət müəssisə və obyekti, 78-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətləri, 8-i isə nəqliyyat vasitələridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Azinterservis”, “Bərdə Kərpic”, “Tərtər Konserv”, “Azərmetalinvest“, “Oğuz Kəndkimya”, “Çatal Broyler“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Hərraca çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.

İsa Həbibbəyli: Komitə üzvləri məhsuldar işləyiblər

18 Sentyabr 2017 12:34

“Komitəmizin yaz sessiyasındakı fəaliyyəti uğurlu olub. Komitəmizin üzvləri həmin dövrdə çox məhsuldar işləyiblər”.“Olaylar” xəbər verir ki, bunu Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il payız sessiyası ilə bağlı parlamentin Elm və təhsil komitəsinin sentyabrın 18-də keçirilən iclasında akademik, adıçəkilən komitənin sədri İsa Həbibbəyli deyib. O, ötən sessiyada komitənin 6 iclasının keçirildiyini, bir sıra mühüm sənədlərin müzakirə olunduğunu deyərək xatırladıb ki, həmin dövrdə ən uğurlu iş “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin qəbul olunması və onun ölkə Prezidenti tərəfindən imzalanaraq, hüquqi qüvvəyə minməsi olub.“Bu, çox vacib qanundur və Azərbaycan təhsilinə böyük töhfə verəcək”-deyə, komitə sədri sonra deyib.

Çayxana və mağaza külə dönüb

18 Sentyabr 2017 12:33

Sabirabad rayonu, Suqovuşan kəndində ümumi sahəsi 18 m2 olan ərzaq mağazasının dam örtüyünün yanar konstruksiyaları və mağazaya bitişik ümumi sahəsi 78 m2 olan çayxananın yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, yanğın saat 07:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Digər bir yanğın hadisəsi isə Sumqayıt şəhərində baş verib. Belə ki, ümumi sahəsi 1500 m2 olan polimer istehsalı sexinin ərazisində 40 m2 sahədə polimer tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Minlərlə insanın həyatı bahasına aparılan enerji resursları mübarizəsi

18 Sentyabr 2017 12:31

Son həftələr dünyanın diqqəti Myammaya yönəlib. Kütləvi şəkildə müsəlmanlaın soyqırıma məruz qalmasını dünyanın səssiz müşahidə etməsi bu soyqırımın miqyasını daha da genişləndirir. Bu gün məhdud sayda ölkələr Myammadakı soyqırımın dərhal durdurulmasını tələb edir, bu ölkədən qaçqın düşən minlərlə insana humanitar yardım göstərir. Təbii ki, Azərbaycan və Türkiyə də bu ölkələr sırasında yer alır. Düzdür, son bir neçə gündə kütləvi qətliamlara bir qədər ara verilsə də, lakin problem hələ də tam həll edilməmiş qalır. Bir çoxları Myamma soyqırımının da arxasında Qərbin dayandığı qənaətindədir. Siyasi təhlilçi Vüqar Zifəroğlu deyir ki, istər Myanmada olsun, istərsə də müsəlmanların kompakt yaşadığı dünyanın hər hansı bir nöqtəsində, əgər geosiyasi və geoiqtisadi maraqlar toqquşursa o zaman yaşananların dəhşətindən və qətliamların miqyasından asılı olmayaraq münasibət təbii ki, kifayət qədər soyuq və ikitərəfli olur.

AMEA-nı hədəf götürənlər

18 Sentyabr 2017 12:23

Alimlərimizin ixtiraları niyə dünyaya təbliğ edilmir? Son illər Azərbaycan Milli Elmlər Akademiyasında çalışan alimlərin, elm adamlarının bu sahəyə samballı töhfələr vermədiyi, heç bi ciddi elmi nəticələrin ortaya qoyulmadığı ilə bağlı müəyyən iddialar, fikirlər səsləndirilir. Hətta bir çoxları AMEA-da bu səbəbdən ciddi ixtisarlar aparılmasının zəruriliyi vurğulanır, müxtəlif təşəbbüslər, təkliflər səsləndirilir. Məsələ ilə bağlı fikirlərini bölüşənsiyasi elmlər üzrə fəlsəfə doktorudur. AMEA Elm Tarixi İnstitutunun elmi katibi Zaur Əliyevin sözlərinə görə, bu gün sosial şəbəkələrdə Azərbaycan Milli Elmlər Akademiyasının əleyhinə statuslar yazanlar bilmədən danışırlar ki, orda alimlər işləmirlər. Dünya elminə mühüm töhfə verən ixtira və kəşflərdən bir neçəsini xatırladan Zau Əliyev deyib ki, bildi, bilmədi danışanlar bundan nəticə çıxarmalıdırlar: “Azərbaycanda yeganə sahədir ki, AMEA-da əmək haqqın çox-çox aşağıdır. Bu aşağı əmək haqqı ilə orda belə işlər görürlərsə buna da şükür.