Sosial
Əmək bazarı sürətlə dəyişir
İşçilərin hüquqlarının müdafiəsi yeni yanaşma tələb edir Hazırda dünyada əmək münasibətlərinin dəyişməsi prosesi gedir. Xüsusilə, dünya bazarında neftin qiymətdən düşməsi iş yerlərinin qıtlığına səbəb olub. İşsizlik, iş yerlərində diskriminasiya daha çox gəncləri və qadınları əhatə etməkdədir. Gənclər arasında işsizlik, qadın əməyinin ödənilməsindəki fərq yüksək səviyyədədir. Qadınların karyerasında diskriminasiya get-gedə artır, qərar qəbul edən orqanların işində qadınların iştirakı azalır. Eləcə də dünyada tüğyan edən miqrasiya prosesi əmək miqrantlarının sosial hüquqlarının müdafiəsini labüd edir. Belə halda əməyin məhsuldarlığının artırılması, əmək bazarında işçilərin vəziyyətinin daha da sabitləşməsini təmin etmək tələbata çevrilir. Maraqlıdır, Azərbaycanda bu istiqamətdə hansl işlər görülür?
Yanacağa görə vergi yenidən qaldırılır
"Ümumi təhsil haqqında” qanun layihəsi hazırlanacaq
Milli Məclisin payız sessiyası dövründə “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” qanun layihələrinin hazırlanması məsələsi gündəliyə salınacaq. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib. İ.Həbibbəyli bildirib ki, parlamentin payız sessiyası dövründə “Peşə təhsili haqqında” qanun layihəsinin birinci oxunuş üçün plenar iclasın müzakirəsinə çıxarılması nəzərdə tutulur: "Layihə birinci oxunuşdan keçdikdən sonra “Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün də işçi qrupu yaradılacaq və layihənin hazırlanması üçün materiallar toplanılacaq.
DAA prezidenti Gürcüstan azərbaycanlılarına müraciət etdi
Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev Gürcüstan azərbaycanlılarına müraciət edib. DAA-dan “OLAYLAR”-a daxil olan müraciətdə qeyd edilib ki, seçki hər ölkənin taleyində rol oynayacaq ciddi və tarixi marafondur. Bu hadisə ölkənin, xalqın, millətin taleyini həll edir və gələcəyə baxışını formalaşdırır. Bu hadisələrdən biri də bu yaxında Gürcüstanda baş verəcəkdir. Kiməsə elə gəlməsin ki , biz qonşu və dost Gürcüstanın daxili işlərinə qarışır, daxili siyasi çəkişmələrdə tərəf tuturuq. DAA ilk yarandığı gündən dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin məsələlərinə önəm verəcəyini bəyan etmişdi. Məhz bu baxımdan Gürcüstan azərbaycanlılarının məsələsi, Borçalılı qardaş və bacılarımızın problemlərinin bizim üçün 3-cü , 4-cü məsələ olmadığını xüsusi həssaslıqla vurğulamaq istəyirəm. Qeyd etdiyim kimi , Gürcüstanda Marneuli bölgəsi xüsusi, vacib və bizim üçün həssas bölgədir. Bu bölgədə yüz minlərlə həmyerlimiz yaşayır və işləyir. Aldığım məlumatlara görə təəssüff ki , illərdir bu bölgəyə rəhbərlik edənlər həmyerlilərimizin problemini köklü şəkildə həll edə bilməyiblər.
Təfəkkür Universitetinin tələbələri transfer.az-la köçürülə bilərlər
Millət vəkili: Dərsliklərin yazılmasında inhisarçılıq var
Bu gün dərsliklərin yazılmasında inhisarçılıq var. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib. Onun sözlərinə görə, dərsliklərimiz çox ciddi şəkildə düzəldilməlidir: “Bir dərslikdə nə qədər xronologiya, nə qədər adam adı ola bilər? Tarix dərsliklərinə verilən tələblər ayrıdır. Bizim dərsliklərimiz çox ciddi şəkildə düzəldilməlidir. Dərsliklərdə əsas ideya dövlətçiliyi aşılamalıdır, statistika aşılamamalıdır”. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Rafael Hüseynov təklif edib ki, dərsliklər və dərs vəsaitləri ilə bağlı ayrıca qanun layihəsi hazırlansın. Onun fikrincə, Azərbaycanda dərslik siyasəti ilə bağlı ciddi işlər görülməlidir: “Son dövrlərdə dərsliklərlə bağlı tənqidi fikirlər çox səslənir. Məsələnin aktuallığı nəzərə alınaraq, Təhsil Nazirliyinin Ekspertiza Şurası da yaradılıb.
Alimlərin pensiyası artacaq
“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir. Məlumata görə, qanunun 19-cu maddəsinə ( Əmək pensiyasının sığorta hissəsinə əlavələr) dəyişiklik edilir. Dəyişikliyə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisədə, təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işlənməyən əmək pensiyaçılarının pensiyalarının sığorta hissəsi elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır.
Komitə sədri: Peşə təhsili haqqında” qanun layihəsinin ilkin variantı hazırdır
“Peşə təhsili haqqında” qanun layihəsini hazırlamaq üçün beynəlxalq təcrübəni öyrənmişik”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri İsa Həbibbəyli deyib. Komitə sədri bildirib ki, “Peşə təhsili haqqında” qanun layihəsinin ilkin variantı hazırdır: “Bu qanun layihəsini oktyabrın birinci yarısına qədər komitədə müzakirə etməyi düşünürük. Düşünürəm oktyabr ayının sonu bu qanun layihəsini Milli Məclisin plenar iclasına təqdim edəcəyik”.
"Enerji içkiləri insanları məhvə aparırır" - Dietoloq Leyla Zülfüqarova
DİN azərbaycanlı futbolçunun həbsi ilə bağlı məlumat yaydı
Azərbaycanlı aparıcının ailəsində ağır itki
Aparıcı Samir Bayramlının ailəsində ağır itki üz verib. Aparıcının atası dünyasını dəyişib. Samirə sənət dostları baş sağlığı veriblər. Allah rəhmət eləsin!
Millət vəkili: Çox gözəl bir gün yaşadıq
Çox gözəl bir gün yaşadıq. Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu” möhtəşəm keçdi. Azərbaycanın qədim tarixə sahib Gəncə şəhəri “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında regionlar arasında marafona ev sahibliyi edən ilk şəhər oldu və möhtəşəm ev sahibliyi etdi. Bu sözləri millət vəkili Qənirə Paşayeva ötən gün təşkil edilən Gəncə Marafonu-2017 haqda qeyd edib. Millət vəkili tədbirin təşkilatçılarına - Heydər Əliyev Fondu, Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə Şəhər İcra Hakimiyyətinə təşəkkür edib:
“Mən Azərbaycan haqqında nə bilirəm” yazı müsabiqəsinin qalibləri Bakıdadır
Özbəkistandakı səfirliyimiz və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə “Mən Azərbaycan haqqında nə bilirəm” yazı müsabiqəsinə yekun vurulub. Azərbaycanda 2017-ci ilin “İslam həmrəyliyi İli” elan olunması ilə bağlı Prezidenti İlham Əliyevin 11 yanvar 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş müvafiq Tədbirlər Planında islam ölkələri arasında “Mən Azərbaycan haqqında nə bilirəm” yazı müsabiqəsinin keçirilməsi də nəzərdə tutulub. Bununla əlaqədar Gənclər və İdman Nazirliyinin layihəsi ilə İslam ölkələrinin gəncləri arasında keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm” adlı yazı müsabiqəsinin qaliblərinin Azərbaycana səfəri reallaşdırılır.













