Sosial
Muğanlı-İsmayıllı yolunda payız-qış mövsümünə hazırlıq işləri görülür
Payız-qış mövsümü ilə əlaqədar olaraq “Azəravtoyol” ASC tərəfindən avtomobil yollarında kompleks tədbirlər həyata keçirilir, dağlıq ərazilərdən və sürüşmə zonalarından keçən yollarda qabaqlayıcı addımlar atılır. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbirlər çərçivəsində Muğanlı-İsmayıllı avtomobil yolunun 1-10-cu km-lik hissəsində təmir-bərpa işləri görülür. Sözügedən yolun sürüşmə ərazilərindən keçən hissələrində bərkitmə işləri aparılır, yolun çiyinləri artıq qruntdan təmizlənərək genişləndirilir.
“Laçın” restoranı hərraca çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 24 oktyabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Hərraca ümumilikdə 156 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 64-ü kiçik dövlət müəssisə və obyekti, 67-si istifadəsiz qeyri-yaşayış sahəsidir. Komitədən “Olaylar”a verilən məlumata görə, hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb.
Məişət zorakılığı ilə mübarizədə ictimai fəallıq güclənir
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə artıq 3 ildir ki, “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzularında layihəni həyata keçirir. Carı il üçün layihə 10 rayonu əhatə edəcək. Layihə çərçivəsində hər rayondan 30 nəfər qadın və kişi seçilərək hüquqi maarifləndirmə seminarlarına cəlb edilir. Komitədən “Olaylar”a verilən məlumata görə, layihə üzrə növbəti seminar Şamaxı rayonunda təşkil edilib.
Milli Qəhrəmanın adını daşıyan məktəbin ərazisini satdılar – Cəlilabadda özbaşınalıq (VİDEO)
Alimlərin elmi dərəcələri araşdırılacaq
Son 15 ildə alimlik dərəcəsi alan şəxslərin elmi dərəcələri müvafiq qurum tərəfindən araşdırılavcaq. “Olaylar”a daxil olan məlumata görə, belə bir araşdırmanın aparılmasında məqsəd alimlərin aldıqları elmi dərəcələrin müvafiq kateqoriyaya uyğun gəlib-gəlməməsini müəyyən eməkdir. Araşdırmanın aparılmasına səbəb isə son vaxtlar saxta elmi dərəcə alanlar barədə məlumatların yayılmasıdır.
Ziya Məmmədovun bacısı valideynlərin pulunu qaytaracaq?
“Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın Bakı Tikiş Evinin 40 manata satdığı məktəbli formalarını 120 manata liseyin şagirdlərinə zorla satdırması hələ də gündəm mövzusudur. Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı olan liseyin direktoru M.Məmmədovanın məhz bu əməlinə görə Təhsil Nazirliyi tərəfindən yoxlamalara başlanıldığı və onun işdən uzaqlaşdırıldığı bildirilsə də, valideynlərin pulu hələ qaytarılmayıb. Maraqlıdır, 120 manata məktəbli forması almağa məcbur edilən valideynlərə artıq ödədikləri məbləğ geri qaytaracaqmı?
Dələduzlara sərt cəza tətbiq ediləcək
Milli Məclisin payız sessiyasında Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi sərtləşdiriləcək. Məlumata görə, maddəyə yeni bənd 178.4-cü bəndi əlavə edilir.Yeni bəndə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, xüsusilə mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə 12 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Dilənçiliklə məşğul olan 5 nəfər saxlanılıb
Kəmaləddin Heydərov Samuxda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 29 sentyabr 2017-ci il tarixində Samux şəhərində Heydər Əliyev Mərkəzində saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.Nazirlikdən “Olaylar”a verilən məlumata görə, qəbulda yalnız Gəncə şəhərinin, Samux, Daşkəsən, Gədəbəy, Göygöl rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
ADMİU ilə Çelyabinsk Dövlət İncəsənət İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalandı
Mədəniyyət və İncəsənət Universitetinin qonağı olan Çelyabinsk Dövlət İncəsənət İnstitutunun professor-müəllim və tələbələrdən ibarət nümayəndə heyəti Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva ilə görüşüb. "Olaylar" bildirir ki, görüşdə hər iki tərəf qarşılıqlı şəkildə təmsil etdikləri təhsil ocağı haqqında ətraflı məlumat verərək, fikir mübadiləsi aparıb.
Azərbaycanla Tacikistan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevlə görüş olub. Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verib. Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial inkişaf kursunun hər bir vətəndaşın layiqli həyat və iş şəraitinin təmin olunmasına xidmət etdiyini vurğulayıb.
Ziya Məmmədov 40 min manat borcu olduğu yerlisini döydürüb - ucarlı sahibkardan şok müraciət
Çaylarda və transsərhəd çaylarda mövcud vəziyyət
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin "Olaylar" - a verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-110, Kiçik Qafqazın çaylarında 30-100, Lənkəran-Astara bölgəsi çaylarında 20-40 və Naxçıvan MR çaylarında isə 130 faizini təşkil edir. Tranzit çaylarda hazırki vəziyyət : Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 67 m3/s olmaqla ongünlük normanın 48 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 208 m3/s olmaqla ongünlük normanın 150 faizini təşkil edib.









.jpg)




