Sosial
Azərbaycanda xınanı yaxmaq problemi: dəbdəbə, rəqqasələr, göbək rəqsi...
Azərbaycan cəmiyyətinin dəbdəbəli, həddən artıq israfçı toy ənənələri vaxtaşırı olaraq müzakirə olunur, bu ənənələri dəyişməyin vacibliyi haqda fikirlər səslənir. Hətta bir ara məsələni qanunvericiliklə tənzimləmək məsələsi də gündəmə gəlmişdi. Lakin israfçılıq sayılan mərasimlərin çeşidi get-gedə artır. İndi nəinki toyları, hətta elçilik, həri, nişan, qızgördü, ayaqaçdı, xınayaxdı kimi mərasimlərin də dəbdəbəli qeyd olunması ənənəsi formalaşır. O cümlədən övladının ali məktəbə qəbul olmasını şadlıq sarayında yüzlərlə qonağın iştirakı ilə qeyd edənlər tapılır. Məsələn, bu yaxınlarda Bakının məşhur restoranlarından birində təşkil olunan belə məclisdə müğənni İzzət Bağırovun cangüdəni ilə məclis sahibi arasında düşən qanlı dava tələbə atasının ölümcül yaralanması, daha bir neçə nəfərin xəsarət alması ilə nəticələnmişdi.
Ekologiyaya zərərin vurulmaması üçün zəruri qabaqlayıcı tədbirlər görülür
Ətraf mühitin qorunması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC üçün əsas davamlı inkişaf meyarlarından biridir. AXDG gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan şlamların, işlənmiş yağların, yanacaq, digər maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji təsirlərinin minimuma endirilməsini daim diqqət mərkəzində saxlayır. Əməliyyatlar zamanı ekologiyaya zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyə istinadən verdiyi xəbərə görə, yanvar-iyul aylarının nəticələrinə görə, Cəmiyyətin həm sahil, həm də dəniz obyektlərində formalaşan 81295.6 ton çirkab məişət-təsərrüfat suyu, 2943.81 ton neftli döşəməaltı su, 50.091 ton yağlı əski, 35,43 ton sintetik propilen buraz qalığı, 0,92 ton istifadə müddəti bitmiş kimyəvi məmulat bağlanmış müqavilələr əsasında səriştəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.
“İslam həmrəyliyi və millli-mənəvi dəyərlərimizin təbliği“ mövzusunda tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağsu şəhər “Nuran Xatun” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi və millli-mənəvi dəyərlərimizin təbliği“ layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, çıxışlarda İslam dininin humanizm, tolerantlıq xüsusiyyətləri aşıladığı, eyni zamanda insanlara dostluq, qardaşlıq, sülh yolu göstərməsi diqqətə çatdırılıb və milli-mənəvi dəyərlərimizin qorunmasının, həmçinin gələcək nəsillərə çatdırılmasının vacibliyi xüsusi vurğulanıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi dövlətimizin tolerant dəyərlərə yüksək önəm verməsinin sübutudur.
“Paşa Həyat Sığorta” ASC-nin hədiyyə etdiyi Qarabağ haqqındakı kitab MRY bazasına daxil edilib
“Paşa Həyat Sığorta” şirkətinin dəstəyi ilə nəşr edilən “Qarabağ - əsrlərin salnaməsi” adlı kitab AMEA Mərkəzi Elmi Kitabxanasına təqdim olunub. “İrs” seriyasının yeni nəşri olan kitab Azərbaycanın dilbər guşəsi Qarabağın faciəli taleyinə həsr edilib. Nəşrdə bu ərazinin tarixindən, qarabağlıların mərdliyindən, keşməkeşli həyatından, habelə XX əsrin 80-ci illərinin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən, Dağlıq Qarabağın işğalından, Xocalı soyqırımından bəhs olunur. Kitab “Azıx mağarası”, “Məğrur albanlar”, “Monqol istilası”, “Müharibələrarası dövr”, “Pənahəli xan Qarabağlı”, “Yenilməz Şuşa”, “Çətin seçim”, “Əcdadların torpağı uğrunda”, “Nə unutmaq, nə də bağışlamaq” fəsillərindən, proloq və epiloqdan ibarətdir. Bu fəsillərin hər birində mövzu elmi, tarixi mənbələrə istinadla mükəmməl əhatə olunub. Məsələn, “Azıx mağarası” fəsli oxucuda bu məkanın qədimliyi haqqında dolğun təsəvvür yaradır:
16 mərtəbəli binada yanğın olub
Bakının Səbail rayonunda onaltımərtəbəli inzibati binanın birinci mərtəbəsində yerləşən otaqda kompyuter avadanlığı yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, otaq və digər avadanlıqlar yanğından mühafizə olunub. Yanğın saat 13:38-də söndürülüb.
Müğənninin atası anasını güllələdi, sonra özünü vurdu - CANLI YAYIMDA ŞOK AÇIQLAMA - VİDEO
“Həmrəylik” gənclərin yay düşərgəsi keçirilib
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Həmrəylik” gənclərin yay düşərgəsi layihəsi həyata keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, layihənin əsas məqsədi Azərbaycanda təhsil alan xarici tələbələri və yerli gəncləri yay düşərgəsində bir araya toplayaraq, onların tolerantlıq mədəniyyətinin artırılmasına, həmrəylik anlayışının dərki, əməkdaşlığının güclənməsinə töhfə vermək üçün şərait yaratmaq olub.
Bakıda BP binasında tüstülənmə: işçilər təxliyə edildi - YENİLƏNİB
Bakıda BP şirkətinin ofisində tüstülənmə olub. Hadisə şirkətin paytaxtın Neftçilər prospekti 153 ünvanında yerləşən ofisində baş verib. Şirkətin binasının birinci mərtəbəsindəki idman zalında naqillərdə qısaqapanma olub. Qısaqapanma ilə əlaqədar şirkətin binada olan bütün işçiləri təxliyə edilib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən briqadası cəlb edilib və qısaqapanmanın yanğına keçməsinin qarşısı alınıb.
Bakıda çalışan gənc mədəniyyət işçiləri ilə görüş təşkil olunub
Sentyabrın 25-də Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında Mərkəzin nəzdində yaradılan "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu" nun Bakı şəhəri üzrə üzvləri ilə ilk görüşü təşkil olunub. Görüşdə məqsəd gənc mədəniyyət işçilərinin fəaliyyət istiqamətlərində innovasiya və kreativliyi artırmaq üçün planlamalar, Bakıdakı gənc mədəniyyət işçilərinin daimi olaraq əlaqədə qalmaları və informasiya mübadiləsi üçün virtual müstəvidəki fəaliyyətin aparılması, Azərbaycan milli mədəni irsinin Bakıda qonaq olan turistlərə düzgün çatdırılması, işgüzar yaradıcı mühitdə daha effektiv koordinasiya işlərinin görülməsi və regionlardakı gənclərin ideya zənginliyinin artırılması istiqamətində işlərin fəallaşdırımasıdır.
Bu tibb işçilərinin fəaliyyəti dayandırılacaq - NAZİRLİK AÇIQLADI
Səhiyyə nazirinin əmrinə uyğun olaraq 2017-2018-ci tədris ilindən tibb işçilərinin davamlı tibbi təhsil sisteminə keçidi başlanıb. Bunu Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru Nazim Qasımov bu gün keçirilən mətbuat konfransında bildirib. Direktor deyib ki, bu sistemin məqsədi səhiyyə mütəxəssislərinin peşə bilik və bacarıqlarının təkmilləşdirilməsi prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasıdır. Onun sözlərinə görə, bununla bağlı səhiyyə nazirinin verdiyi əmrin icrası məqsədilə artıq institutun 5 kafedrasında - sinir xəstəlikləri, anesteziologiya və reanimatologiya, mikrobiologiya və epidemiologiya, otorinolarinqologiya və kardiologiya kafedraları üzrə davamlı tibbi təhsilin 2017/2018-ci tədris ilindən tətbiqi pilot layihəsi üçün təkmilləşdirmə kursları təşkil olunub:
Azərbaycanda narkomanlar cinayət məsuliyyətindən azad olunur
Azərbaycanda narkomanlar cinayət məsuliyyətinə cəlb edilməyəcək. Bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinə yeni 74-1 maddəsinin (Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə) əlavə edilməsi təklif olunur. Yeni maddəyə görə, məcəllənin 234.1-ci maddəsində (234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir.
Keçmiş işçisi "Çudo Peçka"nı məhkəməyə verdi
Hazırda fəaliyyəti dayandırılmış "Çudo Peçka" mağazalar şəbəkəsinin əməkdaşları maaş probleminə görə məhkəməyə üz tutublar. Əməkdaşlardan biri Səbinə Həsənova Binəqədi Rayon Məhkəməsinə müraciət edərək şirkət tərəfindən verilməyən bir neçə aylıq maaşının ödənilməsini tələb edib.
“Xəzər həftəsi” ilə əlaqədar tədbir keçirilib
“Beynəlxalq dəniz günü”nün yüksək səviyyədə qeyd olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış müvafiq tədbirlər planına əsasən 25-30 sentyabr tarixlərində “Xəzər həftəsi” çərçivəsində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sahil zolağında iməciliklərin keçirilməsi, Xəzərin ekoloji mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər mövzusunda dəyirmi masaların, seminarların təşkil olunması və ictimaiyyətin məlumatlandırılması nəzərdə tutulub. "Olaylar" bildirir ki, sentyabrın 25 - də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, ictimaiyyətin Xəzərin ətraf mühitinin birgə mühafizəsinə cəlb olunması və gənc nəslin ekoloji maarifləndirilməsi məqsədilə “Xəzər dənizinin ekoloji mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, qarşıda duran perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.
“Səbinə Sultanova təyyarədə şalvarını aşağı çəkib, ekipaj üzvlərini dişləmək istəyib...”
London “City Bank”ın əməkdaşı Səbinə Sultanova “British Airways” aviaşirkətini məhkəməyə verib. Qadının iddiasına əsasən aviaşirkətin təyyarəsində Dubaya uçarkən heyət üzvləri ona hücum edib, boğmağa çalışıb və zor tətbiq edib. İnsidentin bu ilin martında baş verdiyi bildirilir.Şirkət isə bu iddianı qəti təkzib edir, bildirir ki, Səbinə Sultanova təyyarədə şalvarını çıxarıb, heyət üzvlərini dişləməyə çalışıb. Londonda yaşayan 34 yaşlı azərbaycanlı Səbinə Sultanova iddia ərizəsində göstərir ki, ad günündə “British Airways” şirkətinin reysi ilə Dubaya uçurdu. Təyyarə Dubay aeroportuna enəndə ekipaj heç bir səbəb göstərmədən onu düşməyə qoymayıb, təyyarəyə zorla geri çəkib və bu zaman qadının gödəkçəsi dartılaraq onun boğazını sıxıb. Nəticədə qadının boğazında göyərmə və sıyrıqlar yaranıb. Britaniya vətəndaşı olan Səbinə Sultanova iddia edir ki, aldığı xəsarətlərə görə bir neçə gün udquna bilməyib.














