Sosial

"Məhərrəm və Səfər aylarında toy qadağan deyil" - QMİ

9 Oktyabr 2017 18:05

"Məhərrəm və Səfər aylarında toy və digər şadyanalıq məclislərinin qurulması tam qadağan, ya da məcburi deyil. Şadyanalıqdan imtina insanların imama olan eşqindən irəli gəlir".

“Təhsil və Karyera” sərgisinin ən çox ziyarət edilən stendi

9 Oktyabr 2017 17:35

Yarandığı gündən tələbə və gənclərə hər zaman dəstək göstərən, onlarla bağlı müxtəlif sosial layihələr həyata keçirən Azercell Telekom MMC bu gün də bu istiqamətdə fəaliyyətini davam etdirir. Azercell-in təşəbbüsü ilə istedadlı tələbələr üçün Barama proqramı reallaşdırılır, artıq neçə illərdir ki, şirkətin elan etdiyi Təqaüd Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan bacarıqlı gənclərimiz Azercell-dən əlavə təqaüd alırlar. Həmçinin, Azercell aparıcı universitetlərlə əməkdaşlıq edir ki, bu da təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir.

“İslam həmrəyliyi və tariximiz” mövzusunda konfrans keçirilib 

9 Oktyabr 2017 17:32

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Masallı rayonu Rəhim Tağıyev adına Tarix-Diyarşunaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində “İslam həmrəyliyi və tariximiz” mövzusunda elmi-praktik konfrans keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva qeyd edib ki, dünyada İslam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet məsələlərindən biridir. Təsadüfi deyil ki, müsəlman ölkələri ilə mehriban və qarşılıqlı münasibətlər quran respublikamız təmsil olunduğu hər bir beynəlxalq təşkilat çərçivəsində də İslam dünyasının maraq və mənafelərini müdafiə edir.

“Azərsu”da elektron xidmətlərin sayı 11-ə çatıb

9 Oktyabr 2017 17:31

"Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya texnologiyaların tətbiqini davam etdirir. Bu sahədə bu sahədə zəruri işlər aparılaraq “Əhali qrupu istehlakçılarına su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi” elektron xidmətinin göstərilməsinə başlanılıb.

Binəqədi şossesində təmir işlərinə başlanılacaq

9 Oktyabr 2017 17:29

Yaxın günlərdə Binəqədi şossesində “Azəravtoyol” ASC tərəfindən əsaslı şəkildə təmir işlərinə start veriləcək. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, hazırda yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan aidiyyəti qurumlar tərəfindən aparılan işlər yekunlaşmaq üzrədir. Binəqədi şossesində yenidən qurma işləri 2 mərhələdə aparılır. Birinci mərhələdə şosse boyu bütün yeraltı kommunikasiya xətləri yenisi ilə əvəz olunub, bəziləri yoldan kənarlaşdırılıb.

Ölkədən çıxışınıza məhdudiyyət olub- olmadığını BURADAN ÖYRƏNİN

9 Oktyabr 2017 16:58

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib. Son vaxtlar mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhəd keçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə etmək üçün vətəndaşlardan Nazirliyə müraciətlər daxil olmaqdadır.

Azərbaycanlı hüquq müdafiəçiləri İran həbsxanalarında ölməkdə davam edir

9 Oktyabr 2017 16:35

Ötən həftənin sonunda İran xəstəxanalarından birində ömrünün beş ilini həbsxanada keçirmiş Məhəmməd Cərrahi vəfat edib. İran Milli Müqavimət Şurası (NCRI) xəbər verir ki, Cərrahi azərbaycanlıların və bütün İran zəhmətkeşlərinin hüquqlarının müdafiəsi üzrə fəaliyyətinə görə həbs cəzasına məhkum edilmişdi.

Azərbaycan bütün demokratik prinsiplərə sadiqdir

9 Oktyabr 2017 16:31

Azərbaycan tarixində ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra demokartik cəmiyyətin bir üzvü olaraq əsas hüquq və prinsiplərin təmin olunması, onların qorunub inkişaf etdirilməsi sahəsində məqsədyönlü, təqdirəlayiq addlmlar atmağa başladı. Tədricən bütün istiqamətlərdə tərəqqi və inkişaf kimi müsbət tendensiya özünü göstərdi. Bir faktı da etiraf etmək lazımdır ki, müxtəlif sahələr üzrə tərəqqi, inkişaf əsasən 1993-cü ilin yay aylarından sonra özünü göstərdi.

Azərbaycan nümayəndə heyəti Gilan vilayətinin rəhbəri ilə görüşüb

9 Oktyabr 2017 16:22

İrana səfər çərçivəsində Azərbaycanın hərbi dənizçiləri Gilan vilayətinin rəhbəri Mustafa Salari ilə görüşüb. “OLAYLAR”-ın xəbərinə görə. görüş zamanı vilayət rəhbəri İran-Azərbaycan münasibətlərinin tarix boyu yüksələn müstəvidə inkişaf etdiyini qeyd edərək, Azərbaycan dənizçilərinin İrana səfərindən şad olduğunu bildirib.

“Müəllimlərin elektron –virtual əlaqəsi” adlı seminar keçirilib 

9 Oktyabr 2017 16:21

“eTwinning Plus” layihəsi çərçivəsində Gürcüstanın Tbilisi şəhərində “Müəllimlərin elektron –virtual əlaqəsi” adlı seminar keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, seminarın əsas məqsədi “eTwinning Plus” layihəsi çərçivəsində müasir tədris metodologiyalarının tətbiqinin müzakirəsi və bu sahədə təcrübə mübadiləsinin aparılması olub. Seminarda İsmayıllı rayon 1 nömrəli tam orta məktəbin müəllimləri Surə Mehdiyeva və Şükufə Nəcəfova iştirak edib. Tədbirdə “eTwinning Plus” layihəsi çərçivəsində fəaliyyət göstərən müəllimlərin bilik və bacarıqlarının artırılması üzrə təlimlər də təşkil olunub.

Almaniya multikulturalizmdən imtina edib

9 Oktyabr 2017 16:17

Son illər Almaniyada türk mənşəli ölkə vətəndaşlarına qarşı yönəlmiş “Peqida” ictimai hərəkatı geniş vüsət tapıb. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyib ki, sanki belə meylləri dəstəkliyərək, 2010-cu ildə Almaniya rəsmi olaraq, multikulturalizmdən imtina edib: “2014-cü ildə Macarıstanın baş naziri Viktor Orban çıxış edərək, Avropanda multukulturalizm ideyasının yayılmasının əleyhinə olduğunu bildirib.

Fransada Azərbaycan üçün istehsal etdiyi ilk sərnişin lokomotivin təqdimat mərasimi keçirilib

9 Oktyabr 2017 16:16

Fransanın şimal – şərqində yerləşən Belfort şəhərində “Alstom Transportation S.A.” şirkətinin “Azərbaycan Dəmir Yolları” QSC üçün istehsal etdiyi birinci Prima M4 sərnişin lokomotivinin təqdimat mərasimi keçirilib. “OLAYLAR”-a Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müvini Hicran Valehovun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycan Respublikasının Fransadakı səfirliyinin nümayəndələri, “Alstom Transportation S.A.” şirkətinin Qərbi və Mərkəzi Asiya üzrə icraçı direktoru Bernard Peille, eləcə də Azərbaycanın və Fransanın kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

BDU-da “Azərbaycan elmində qadınların rolu” adlı konfrans

9 Oktyabr 2017 16:07

Oktyabrın 9 – da Bakı Dövlət Universiteti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Azərbaycan elmində qadınların rolu” adlı konfrans keçirib. Olaylar bildirir ki, təbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bildirib ki, Azərbaycan qadınları cəmiyyətimizin bütün sahələri ilə yanaşı, elmin inkişafına da böyük töhfə verir, elm və təhsil sahəsində adlarını tarixə yaza biliblər. Müasir dövrdə Azərbaycan qadınının cəmiyyətdə oynadığı rol daha da yüksəlib. Zərif cinsin nümayəndələri ana olmaqla yanaşı, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, diplomatiya sahəsində və digər mühüm sahələrdə də öz sözünü deməkdədir. Bildirib ki, zəka və müdrikliyi ilə seçilən Azərbaycan qadınının XX əsrdə yetişdirdiyi akademik Zərifə Əliyeva, akademik İzzət Orucova, akademik Rəfiqə Əliyeva, professor Aida İmanquliyeva kimi mötəbər xanımlar yeni dövr Azərbaycan elmində önəmli iz buraxmış şəxsiyyətlərdir.

“KAMAZ”la “Mersedes” toqquşub-3 nəfər ölüb, 2-si yaralanıb

9 Oktyabr 2017 16:02

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Hacıqabul-Horadiz yolunun 28-ci kilometrliyində Sabirabad rayonu ərazisində “KAMAZ“ markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşmuşdur. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini və xəsarət almış 2 nəfəri avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Yük maşınının sürücüsünün cəsədi qumun altında tapılıb

9 Oktyabr 2017 16:00

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda “Howo” markalı yük avtomobili aşmış, kuzada olan qum ətrafa dağılmışdır. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloqları hadisə yerinə cəlb olunmuşdur.