Sosial

Payız sessiyasının növbəti iclasının vaxtı açıqlandı

10 Oktyabr 2017 11:43

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, payız sessiyasının növbəti iclası oktyabrın 20-də keçiriləcək.

Bu il yaydan payıza keçid dövrü cəmi 4 gün olub

10 Oktyabr 2017 11:33

"Bu il yaydan payıza keçid dövrü qısamüddətli olub". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, fəsillər arasında keçid dövrü mart, iyun, sentyabr, dekabr aylarında müşahidə edilir. Keçid dövrlərində hava şəraitində dəyişmələr müşahidə edilir.

ATV-yə yeni vitse-prezident təyin olundu

10 Oktyabr 2017 11:31

"Azad Azərbaycan" müstəqil Teleradio Kompaniyasında (ATV) vitse-prezident təyinatı baş tutub. Bu yerə bir neçə gün öncə "ARB Kəpəz"dəki vəzifəsindən uzaqlaşdırılan Fuad Cabbarov gətirilib. Bildirilir ki, F.Cabbarov artıq bu gündən işinin icrasına başlayıb.

Masazırda su altında qalmış avtomobillər satışa çıxarılacaq - AÇIQLAMA

10 Oktyabr 2017 11:23

Bakıda bir neçə gün davam edən aramsız yağışlar şəhər əhalisinin ciddi narahatlığına səbəb oldu. Yağış suları, paytaxtın kanalizasiya sisteminin zəif işlədiyi və ya ümumiyyətlə mövcud olmadığı ərazilərində böyük fəsadlara yol açdı. Nəticədə, həmin ərazidə yerləşən evlər, ticarət obyektləri su altında qaldı, əhaliyə ciddi maddi ziyan dəydi. Su altında qalan obyektlərdən biri də "Bank Standart"a məxsus avtomobil dayanacağı idi. Meydançaya yığılmış onlarla avtomobil də su altında qalaraq, yararsız vəziyyətə düşüb. Sual yaranır: su altında qalan avtomobillərə dəymiş zərəri kim ödəyəcək? Sığorta mütəxəssisləri bildirirlər ki, avtomobillərə dəymiş zərəri ödəmək də olar, ödəməmək də.

Bakıda 150 taksi dayanacağının təşkili üzrə işlər aparılır

10 Oktyabr 2017 11:18

"Bakıda 79 taksi dayanacaq məntəqəsinin yeri müəyyənləşdirilib və 150-sinin təşkili üzrə işlər aparılır". Bunu Nazirlər Kabinetinin iclasında Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bildirib. Onun sözlərinə görə, hazırda Bakı şəhərində taksi fəaliyyəti ilə əsasən, özəl sektor məşğul olur: "Qeyd edim ki, taksi fəaliyyətində şəffaflıq təmin edilib. Belə ki, taksi fəaliyyəti üçün fərqlənmə nişanı almaq istəyən hüquqi və fiziki şəxslər müraciət etdikdən 5-7 dəqiqə ərzində fərqlənmə nişanı ilə təmin olunurlar.

Sudanın Azərbaycandakı müvəqqəti işlər vəkili Bilik Fondunda

9 Oktyabr 2017 20:11

Oktyabrın 9-da Sudan Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Mohammed Elballa Osman Mohamed Bilik Fondunun qonağı olub. Olaylar bildirir ki, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşları ilə keçirilən görüşdə iki ölkənin dövləti və xalqlar arasında maarifləndirmə istiqamətində əlaqələrin genişlənməsinə xidmət edə biləcək layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Bilik Fondunun fəaliyyəti barədə ətraflı məlumat verən icraçı direktor rəhbərlik etdiyi qurumun, xüsusən, beynəlxalq səviyyədə gördüyü işlərə diqqət çəkib, Fondun təşkilatçılığı ilə müxtəlif ölkələrin təmsilçiləri olan elm adamlarının cəlb olunduqları layihələrin mahiyyətindən danışıb.

AMEA-ya qəbul olunmuş magistrantlara xəbər var

9 Oktyabr 2017 18:55

Oktyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində 2017-2018-ci tədris ilində AMEA-nın magistratura pilləsinə qəbul olunan tələbələrin dissertasiya mövzuları ilə bağlı bir sıra elmi müəssisələrin direktorları və magistrantların elmi rəhbərləri ilə görüş keçirilib. 

Lazer epilyasiyası edən qadınlar haqqında MARAQLI FAKT

9 Oktyabr 2017 18:15

Qadınlar bədənindəki xoşagəlməz tükləri ənənəvi yollarla təmizləməyə ömrünün 1000 saatını sərf edir.  Bu barədə dəri xəstəxanasının qurucusu həkim Levent Türbedar məlumat verib: "Xoşagəlməz tüklərdən xilas olmağın ən təsirli yollarından biri lazer epilyasiyasıdır. Xüsusilə qadınlar üçün bu, inqilabi üsuldur. Çünki qadınlar əsrlərdir ki, tüklərdən xilas olmaq üçün mübarizə aparır və həyatının 1000 saatını ona sərf edir. Halbuki, onlar tükləri təmizlədikləri vaxtı özlərinə və inkişaflarına sərf edə bilərlər.