Sosial

Azərbaycana daimi yaşamağa gələnlərin sayı gedənlərin sayından 2 dəfə çoxdur

10 Oktyabr 2017 13:31

Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı ölkədən daimi yaşamaq üçün gedənlərin sayından təxminən 2 dəfə çoxdur. 2016-cı ildə Azərbaycana daimi yaşamaq üçün 3233 nəfər gəlib, daimi yaşamaq üçün isə ölkədən 1711 nəfər gedib. Ölkəyə daimi yaşamaq üçün gələnlər daha çox 30-39 yaşlılar olub.

Hansı hallar xəstələr üçün ölümə bərabər ola bilər? — Baş mütəxəssisdən açıqlama

10 Oktyabr 2017 13:23

“Anesteziologiya-reanimatologiya sahəsində normativlərin, standartların pozulması müəyyən hallarda ağır xəstələr üçün ölümə bərabər ola bilər”. Bunu Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimotoloqu Aydın Qədirov deyib.

Məktəblərdə bu xəstəliklərə qarşı tədbirlər gücləndirildi - ƏMR

10 Oktyabr 2017 13:15

Səhiyə naziri Oqtay Şirəliyev “Şagirdlər arasında dehelmintizasiya proqramının həyata keçirilməsi barədə” əmr imzalanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sənəd “Azərbaycan Respublikasında 2017-2020-ci illərdə geohelmintozlarla mübarizə və onların profilaktikasına aid Milli Strategiya”ya uyğun olaraq, Ümumdünya Səhiyyə Təşkilatının dəstəyilə I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədi ilə hazırlanıb.

Təhsil naziri: “Buraxılış imtahanının nəticəsi ali məktəbə qəbula birbaşa təsir göstərəcək”

10 Oktyabr 2017 13:03

"Cari ildə yeni təhsil proqramlarının tətbiq edildiyi IX siniflərdə buraxılış imtahanı yeni qaydada təşkil edilib. İki ildən sonra həmin şagirdlərin ilk buraxılışı olacaq və bununla əlaqədar Dövlət İmtahan Mərkəzi ilə birlikdə imtahanların təşkili üzrə yeni mexanizmlər müəyyənləşdirilib. Əgər əvvəllər təhsilalanların nəzəri bilikləri qiymətləndirilirdisə, yeni sistemə əsasən biliklərin tətbiqi üzrə bacarıqlar qiymətləndiriləcək".

Yol polisi yük avtomobili sürücülərinə xəbərdarlıq etdi

10 Oktyabr 2017 13:01

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin texniki baxışdan keçməsi ilə bağlı xəbərdarlıq edib. İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov yerli KİV-ə bildirib ki, yük avtomobillərinin texniki baxışdan keçmə müddətinin bitməsinə az qalıb: “Hazırda yük avtomobillərinin və avtobusların texniki baxışdan keçməsi davam edir. Yenə də sürücülərə xatırladıram ki, onlar istismar etdikləri nəqliyyat vasitələrini Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika şöbəsinə təqdim etməlidirlər”.

Azərbaycanda elə uzunömürlü var ki, ömründə həkimə getməyib

10 Oktyabr 2017 12:47

"Bu gün insanlar nəinki 70, 80 yaşı deyil, 90 yaşı adlamaq istəyirlər. Bu da olduqca düzgün yanaşmadır". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Azərbaycan fizioloqlarının V qurultayında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu gün qlobal dünyada biotibbi sahədə sensor fiziologiyasının tətbiqi üçün geniş tədqiqatlar aparılır.

Azərbaycan İndoneziyada təbliğ olunur

10 Oktyabr 2017 12:45

Dillər Universitetinin  İndoneziyaşünaslıq ixtisasının məzunu Gülnar Babazadə İndoneziya Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsis edilən İndoneziya İncəsənəti və Mədəniyyəti Təqaüd Proqramında iştirak edib. Olaylar bildirir ki, o, qatıldığı təqaüd proqramı haqqında təqdimatla çıxış edərək universitetin İndoneziyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinə proqramın məqsədi, mahiyyəti, onun iştirakçısı olmaq üçün lazım olan nüanslar, seçim mərhələsi barədə ətraflı məlumat verib. Proqramda cari ildə 54 ölkədən 60 tələbənin iştirak etdiyini deyən G.Babazadə proqramın əsas məqsədinin müxtəlif ölkələrdən olar gəncləri İndoneziyanın incəsənəti və mədəniyyəti ilə tanış etmək olduğunu diqqətə çatdırıb.

Bakıda qətl-ər arvadını güllələdi

10 Oktyabr 2017 12:32

Bakıda əri tərəfindən güllələnən qadın dünyasını dəyişib. Məlumata görə, hadisə Yasamal rayonunda baş verib. Belə ki, 1977-ci il təvəllüdlü Həbib Bayramov həyat yoldaşı 1980-ci il təvəllüdlü Səbinə Bayramovanı ov tüfəngi ilə güllələyib. S.Bayramova aldığı xəsarətdən dünyasını dəyişib. Güllələnmə hadisəsinin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir. Fakt üzrə araşdırmalar davam etdirilir.

Musa Qasımlı: “Bu mövqe yalnız bəyəniləndir”

10 Oktyabr 2017 11:59

"Cənab Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda dayanan vəzifələrə həsr olunmuş iclasındakı çıxışını diqqətlə dinlədim. Bu nitq ölkəmizin gələcək inkişafına, xalqımızın tərəqqisinə dair bütün istiqamətlər üzrə aydın və konkret proqramların olduğunu bir daha təsdiq etdi”. Bunu açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Azərbaycanda 347 nəfər bu xəstəlikdən əziyyət çəkir

10 Oktyabr 2017 11:57

Azərbaycanda qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri (eşitmə qüsurlu) üzrə sağlamlıq imkanları məhdud və ya əlil statusu almış şəxslərin sayı artıb. Dövlət Statistika Komitəsindən report-a bildirilib ki, keçən il üçün ölkədə ilk dəfə sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayı 347 nəfər (2015-ci ildə 268 nəfər) təşkil edib. Həmin şəxslərdən 56,5 faizi kişi, 43,5 faizi isə qadındır.

Bakı Şəhəri Təhsil İdarəsindən məktəbdə baş verən insidentlə bağlı AÇIQLAMA

10 Oktyabr 2017 11:52

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın 151 nömrəli tam orta məktəbdə baş verən insdentlə bağlı açıqlama verib.