Azərbaycanlı hüquq müdafiəçiləri İran həbsxanalarında ölməkdə davam edir
Ötən həftənin sonunda İran xəstəxanalarından birində ömrünün beş ilini həbsxanada keçirmiş Məhəmməd Cərrahi vəfat edib. İran Milli Müqavimət Şurası (NCRI) xəbər verir ki, Cərrahi azərbaycanlıların və bütün İran zəhmətkeşlərinin hüquqlarının müdafiəsi üzrə fəaliyyətinə görə həbs cəzasına məhkum edilmişdi.
9 Oktyabr 2017 16:35 SosialÖtən həftənin sonunda İran xəstəxanalarından birində ömrünün beş ilini həbsxanada keçirmiş Məhəmməd Cərrahi vəfat edib. İran Milli Müqavimət Şurası (NCRI) xəbər verir ki, Cərrahi azərbaycanlıların və bütün İran zəhmətkeşlərinin hüquqlarının müdafiəsi üzrə fəaliyyətinə görə həbs cəzasına məhkum edilmişdi.
Məhəmməd Cərrahi 2011-ci ilin iyun ayının 8-də Şahrux Zamani ilə birlikdə Təbrizdə "rejim əleyhinə təbliğat" və "milli təhlükəsizliyə qarşı mütəşəkkil mübarizə"də ittiham edilərək həbs olunmuşdu.
Bütün bu müddət ərzində Cərrahi, xərçəng xəstəsi olmasına baxmayaraq, tibbi qulluqdan məhrum edilib. Həbsxanadakı dözülməz şəraitlə birlikdə, bu, xəstəliyin sürətlə inkişaf etməsinə səbəb olub. Keçmiş məhbus azad edildikdən bir il sonra vəfat edib. NCRI qeyd edir ki, bu həbsxanada ilk ölüm halı deyil: "Bir çox siyasi məhbuslar, misal üçün, Şahrux Zmani həbsxanalarda öldürülüb, yaxud tibbi xidmətin olmaması üzündən vəfat ediblər".