Sosial
Nuşirəvan Məhərrəmli ləhcə və dialektlə danışanlara səsləndi
"Ədəbi dil normalarının qorunması hər bir kəsin vətəndaşlıq borcu olmalıdır". Bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib. N. Məhərrəmli bildirib ki, hər bir kəs Ana dilini səlis bilməlidir: "Hər birimiz orta məktəbdə "Azərbaycan dili" dərsi keçirik. Bu dərslik Azərbaycanın bütün bölgələrinin dilləri əsasında formalaşıb. O baxımdan biz hər hansı ləhcədə, dialektdə danışmamalı, alınma sözlərdən minimum istifadə etməliyik. Alınma sözlərdən yalnız Azərbaycan dilində qarşılığı olmayanda istifadə olunmalıdır.
"Rusiya vasitəçi olaraq Ermənistana silah verməli deyil"
"Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistanın həddən artıq silahlanmasına yol verməməli və neytrallığını saxlamalıdır". Bunu açıqlamasında deputat Bəxtiyar Əliyev deyib.
Tbilisidə azərbaycanlı şagirdi təhqir etmiş müəllimə qarşı etiraz aksiyası
Tbilisi şəhərində 67 saylı ictimai məktəbin bir qrup şagirdi etiraz aksiyası keçirib. Aksiyaya səbəb məktəbin kimya müəllimi Dodo Kezuanın şagirdlərə qarşı təhqir və fiziki zorakılığa yol verməsidir.
"Hazırda "Maşın-şou"da baş verənlərdə qanun pozuntusu yoxdur”
Milli Televiziya və Radio Şurası Azərbaycan teleradio məkanında bütün verilişlərin milli-mənəvi dəyərlər çərçivəsində aparılmasını diqqətdə saxlayır. Bəzən özəl telekanallarımızda milli-mənəvi dəyərlərə qarşı biganəlik göstərilir, bəzi xoşagəlməz hadisələr baş verir.
Cəzaların icrasına nəzarət etməyən məmurun özü cəzalanacaq
Vəzifəsini icra etməyən, ictimai işlər və inzibati tənbeh növündə cəzaların icrasına məsuliyyət daşıyan vəzifəli şəxslər barəsində cəza müəyyənləşdirilir. Nununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə İnzibati Xətalar Məcəlləsinə yeni 528-1 (İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin icrası ilə bağlı vəzifələrin yerinə yetirilməsi) maddəsinin əlavə edilməsi təklif olunur.
"Sığorta fəaliyyəti haqqında" qanun dəyişdirilir
"Həyatın yığım sığortası və annuitet sığortası üzrə fəaliyyət göstərən sığortaçı xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanda həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim edəcək”.
Sahibkarlarla bağlı yoxlamalar daha 4 il müddətinə dayandırılır
Oktyabrın 19-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. “Olaylar” xəbər verir ki, iclasın gündəliyinə 13 məsələ daxil edilib. Adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədzadə gündəlikdəki qanun layihələrinin ölkə prezidentinin təqdimatı ilə parlamentə göndərildiyini deyib. Onun sözlərinə görə, qanun layihələrində müvafiq qanunvericilik aktlarına, o cümlədən, Vergi Məcəlləsinə dəyişikliklər təklif olunur.
Hadı Rəcəbli: “Əlillərlə bağlı qanunvericilikdə dəyişiklik gözlənilmir”
Mətbuatda əlillərlə bağlı qanunvericilikdə ciddi dəyişikliklər ediləcəyi barədə məlumatlar dərc olunmaqdadır. Məlumatda qeyd edilir ki, bu sahədə köklü dəyişikliklər və islahatlar aparılacaq. Hazırlanacaq yeni layihəyə əsasən fiziki qüsurlu əlillərə sosial durumlarına görə müavinət veriləcək.
Mübariz Qurbanlı Sabirabadda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
“Yol polisi olmasa, taksi sürücüləri yolları iflic edər”
“Taksilərin avtobus dayanacaqlarında saxlanması ilə bağlı ciddi tədbirlər görülür. Əgər yol polisi ərazilərdə fəaliyyət göstərməsə qanunsuz taksi fəaliyyəti ilə bağlı məşğul olan sürücülər yolları iflic vəziyyətə salar”. Bu sözləri Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Yağış yağacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
“İş yerinə dair arayış” elektron xidmətindən istifadə edənlarin sayı artıb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə cari ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,8 faiz çox olmaqla 221 656 dəfə müraciət edilib.
Lənkəranskinin 101 milyon avroluq iki oteli üzə çıxdı
Sürücülərə qarşı bu cərimənin praktikada tətbiqi mümkün deyil
Avtomobildə diqqəti yayındıracaq söhbətə görə qanunvericilikdə cərimə nəzərdə tutulsa da, bunu praktikada tətbiq emək demək olar ki, mümkün deyil. Bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib.
Nazirdən qrip və kəskin respirator virus infeksiyaları ilə bağlı ƏMR
Səhiyyə naziri Oqtay Şirəliyev payız-qış mövsümünün başlanması ilə əlaqədar səhiyyə, təhsil müəssisələrində qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin görülməsi üçün tapşırıqlar verib.














