Sosial
Bakıda 3 otaqlı ev yanıb
Paytaxtda 3 otaqlı ev, qarajında avtomobili yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 98 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 5 kv.m sahədə, dəhlizin lambirdən ibarət tavanı 2 kv.m sahədə, evə bitişik ümumi sahəsi 20 kv.m olan qarajın yanar konstruksiyaları və içərisində olan "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Sudanın Azərbaycandakı fəxri konsulu “ASAN xidmət”də
“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun dəvəti ilə Bakıda səfərdə olan Sudanın Azərbaycandakı fəxri konsulu Tarıg Hamza Zeynəlabdin 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. ASAN xidmətdən “Olaylar” – a bildirilib ki, qonağa "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Bazar günü bəzi telefonların saatları avtomatik geri çəkiləcək – DİQQƏT
Heyrətamiz iddia: robortlar uşaq doğa biləcək
Sükan arxasında danışın, amma...
Nəbahət Çehrə görün NƏ HALLARA QALDI - FOTO
“Bakı Metropoliteni”ndə problem: Qatarlar gecikir – VİDEO
Sizi 15 günə qarın piylərindən 4 kq xilas edəcək - RESEPT
Əhalinin sayı açıqlandı - Naxçıvanda
Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı açıqlanıb. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi 1 sentyabr 2017-ci il tarixə muxtar respublikada əhalinin sayının bir il öncəyə nisbətdə 3 min 931 nəfər artdığını açıqlayıb.
"Qanuni oğrular" "Lotu Quli" ilə görüşdə - FOTO
İki gün öncə azadlığa çıxaraq Türkiyəyə yerləşən “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) yaxın dostlarının əhatəsində olduğu bildirilir. İstanbula yerləşən kriminal avtoritetə ona yaxınlığı ilə seçilən “qanuni oğru”lar baş çəkiblər. Məlumatda qeyd edilir ki, Nadir Səlifovla görüşə gələn “qanuni oğru”lardan biri Türkiyədə məskunlaşan həmyerlimiz Rafət Əlibayramlinski, digəri isə Avstriyada yaşayan rusiyalı Saşa Kuşner olub.
Açıq satılan turşular öldürə bilər - DİQQƏTLİ OLUN!
Ev şəraitində turşu hazırlayanlar bir çox hallarda standartlardan xəbərsiz olurlar. Və nəticədə isə elə bu halda bazara çıxarılan turşuların əksəriyyəti lazımi analizlərdən keçmədiyindən zəhərlənmələrə və digər həyati təhlükələrə gətirib çıxara bilir. Ev şəraitində hazırlanan turşular yoxlamadan keçirilmədən bazarlarda satışa çıxarılır. Satıcılar məhsulların yoxlamadan keçdiyini desələr də, sənəd təqdim etməkdə çətinilik çəkirlər.
Aleksandr Bondarevə dəvətli professoru adı verilib
Moskva Dövlət Linqvistik Universitetinin Ədəbiyyat kafedrasının müdiri, Rusiyanın görkəmli ədəbiyyatşünası, tərcüməçisi, professor Aleksandr Petroviç Bondarevə Azərbaycan Dillər Universitetinin Elmi Şurasının qərarına əsasən universitetin dəvətli professoru adı verilib. ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla uzun illərdir yaxından tanıdığı A.P.Bondarevin təhsil və elm sahəsində nailiyyətlərindən bəhs edib və iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində onun əhəmiyyətli rolunun olacağına inandığını söyləyib. Daha sonra rektor A.Bondarevə ADU-nun dəvətli professoru vəsiqəsini təqdim edib.
“Android” sistemində veb trafikin şifrlənməsi üzrə yeni üsul əlçatan olacaq
“Google” şirkəti təhlükəsiz “HTTPS” protokolunun aktiv irəliləyişindən savayı istifadəçilərin təhlükəsizliyinin gücləndirilməsi üçün daha bir addım atıb. “XDA” proqramçıları aşkar ediblər ki, axtarış nəhəngi “Android” sistemində DNS trafikinin şifrlənməsi üçün yeni "DNS over TLS" mexanizmini sınaqdan keçirir. Funksiyanın əsas vəzifəsi istifadəçilərin DNS sorğularını qorumaqdır.
Diş fırçalarının qorxunc ziyanı açıqlandı – ALİM RƏYİ
Keçirilmiş tədqiqat nəticəsində Massaçusets universitetinin alimləri aşkar ediblər ki, dişlərin təmizləməsindən sonra diş pastasında olan triklozan malekulları və başqa antibakterial maddələr uzun vaxt diş fırçalarının qıllarında qalır. Beləliklə, diş fırçalarından istifadə edən insanlar böyük dozada triklozanın təsirinə məruz qalırlar və bu, onların sağlamlığına ciddi ziyandır.
İlin soyuq fəslində necə arıqlamaq olar?
Hava soyuq olan zaman düzgün qidalanma məsələləri və idmanla məşğul olmaq istəyi zəifləyir. Əlbətdəki yaz-yay aylarında arıqlamaq daha asandır. Soyuq fəsildə hava daha tez qaralır, hərəkət fəaliyyətiniz azalır. Hava soyuq olan zaman bir çox insanlar depressiyaya və melanxoliyaya tutulurlar.Soyuqlama, xəstəliklər başlayır. O zaman pəhriz heç yada düşmür. Ümumiyyətlə soyuq aylarda orqanizm piy yığmağa başlayır.






.jpg)







