Sosial

YAP Nəsimi rayon təşkilatının X konfransı keçirilib

26 Oktyabr 2017 18:20

Oktyabrın 26-da Bakıda Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının X konfransı keçirilib. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov konfransda iştirak edib. Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda YAP-ın yaradıcısı ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səhiyyə Nazirliyi gənclərlə bağlı tədbirlər planını təsdiqlədi

26 Oktyabr 2017 18:13

Səhiyyə nazirinin əmri ilə "Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı" təsdiq edilib.

Parlamentdə dəyirmi masa keçirilib

26 Oktyabr 2017 17:51

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə ailə, qadın və uşaq məsələləri komitəsi birgə məişət zorakılığı ilə mübarizə sahəsində fəaliyyət planına həsr olunan Dəyirmi masa təşkil edib. Tədbirdə hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentdə qəbul edilmiş “Məişət zorakılığı haqqında” Qanunun əhəmiyyətinə toxunub. Bildirilib ki, bu qanun qəbul edildikdən sonra ölkəmizdə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə məişət zorakılığına qarşı mübarizə sahəsində bir çox islahatlar həyata keçirilib. Bunların bir hissəsi qanunvericiliklə, digər hissəsi isə qanunun tətbiqi ilə bağlı idi.

Paytaxtın ət dükanlarında reyd keçirilib

26 Oktyabr 2017 17:50

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Bakı şəhər Baytarlıq İdarəsinin əməkdaşları ilə oktyabrın 25-də paytaxtın Nərimanov, Yasamal və Binəqədi rayonları ərazisində fəaliyyət göstərən ət satışı məntəqələrində birgə reyd keçiriblər. DİN-dən verilən məlumata görə, reyd zamanı bir neçə mağaza sahibi - Nərimanov rayonu ərazisində Seyidəli Abdullayev, Yasamal rayonu ərazisində Namiq Əliyev və Binəqədi rayonu ərazisində Şakir Güləliyev özlərinə məxsus ət satışı mağazalarında baytarlıq haqqında qanunvericiliyi pozduqları üçün, habelə Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən ət satışı mağazalarının sahibləri - Kamran Beydiyev və Nüsrətdin Hacıyev küçə ticarəti qaydalarını pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.

Aztəminatlı, çoxuşaqlı ailələrə əlavə dəstək mexanizmi yaradılacaq

26 Oktyabr 2017 17:41

Azərbaycanda natamam, aztəminatlı, çoxuşaqlı və valideyn himayəsidən məhrum olan uşaqları himayəyə götürən ailələrə əlavə dəstək mexanizminin yaradılması nəzərdə tutulur.

FİTZONA idman meydançasının açılışı olub

26 Oktyabr 2017 17:14

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Əsas Yük Terminalında korporativ sosial məsuliyyət proqramı çərçivəsində "IVY GROUP" şirkəti ilə birgə təşkil etdiyi “Fitzona” idman meydançasının açılış mərasimi keçirilib. Nəsimi Rayon İcra hakimiyyətindən verilən məlumata görə, Fitzona idman meydançası sağlam həyat tərzi, idman və həmrəyliyə yönəlmiş layihədir. Bütün dünyada uğur qazanmış və açıq hava şəraitində məşqləri nəzərdə tutan bu layihə Cənubi Qafqazda ilk dəfə Azərbaycanda reallaşdırılıb.

"Azərişıq"dan rəsmi xəbərdarlıq-borcu olanların işığı kəsiləcək

26 Oktyabr 2017 17:12

"Azərişıq" ASC abonentlərinə xəbərdarlıq edib. Qurumdan verilən məlumata görə, ASC-nin fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı oktyabrın 24-dən etibarən müvafiq qanunvericiliyə uyğun olaraq fərdi qaydada dayandırılır. "Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin qanunvericiliyə uyğun "Azərişıq" ASC tərəfindən ciddi tədbirlər görüləcək.

Yeni nəsil şəxsiyyət vəsiqsi 20,5 milyona başa gələcək

26 Oktyabr 2017 17:07

Yeni nəsil şəxsiyyət vəsiqələrinin, biometrik pasportların hazırlanması və lisenziya blanklarının çap edilməsi üçün 2018-ci il dövlət büdcəsindən 20,5 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır. “Olaylar” xəbər verir ki, bu barədə məlumat “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Belə ki, bu, 2017-ci illə müqayisədə 12,8 milyon manat və ya 2,7 dəfə çoxdur.

KİVDF-yə ayrılan vəsait artırılacaq

26 Oktyabr 2017 16:56

Gələn ilin dövlət büdəsindən Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) ayrılacaq vəsaitin həcmi məlum olub. 2018-ci il dövlət büdcəsi layihəsinə əsasən, KİVDF-yə növbəti il üçün 4 042 068 manat vəsait ayrılacaq. Bu rəqəm 2017-ci ildə 3 932 544 manat olub.

İctimai nəqliyyatda gediş haqqı qalxmayacaq

26 Oktyabr 2017 16:37

Son dövrlərdə müxtəlif kütləvi informasiya vasitələrində Bakı şəhərinin inzibati ərazisində avtobus xidməti göstərən daşıyıcıların müvəqqəti istismarında olan sərnişin avtobuslarında gediş haqqı qiymətlərinin artırılacağı ilə bağlı bir sıra məlumatlar yayılıb. “OLAYLAR”-ın xəbərinə görə, bununla bağlı BNA bildirir ki, yayılan məlumatlar həqiqətə uyğun deyil və əsassızdır.

Azərbaycan telekanalında 18+ cizgi filmi nümayiş etdirildi: Yayımı dayandırıldı

26 Oktyabr 2017 16:33

Azərbaycanda özəl kanallardan birində erotik elementlər olan cizgi filminin yayımı dayandırılıb. Bu barədə report-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Xəzər Dəniz Gəmiçiliyi: Azərbaycan sərnişin gəmiləri ilə bağlı məsələni hərtərəfli araşdırır

26 Oktyabr 2017 16:31

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin rəhbər heyəti ilə Rusiyanın Birləşmiş Gəmiqayırma Korporasiyasının nümayəndələri arasında işgüzar görüş keçirilib.

MTRŞ-ya ayrılan vəsait artırılır

26 Oktyabr 2017 16:20

Gələn ilin dövlət büdəsində Milli Televiziya və Radio Şurasına (MTRŞ) ayrılacaq vəsaitin həcmi açıqlanıb. 2018-ci il dövlət büdcəsi layihəsinə əsasən, növbəti il Şuraya 819 409 manat ayrılması nəzərdə tutulub. Bu rəqəm 2017-ci ildə ayrılan vəsaitdən 18 538 manat çoxdur.