Sosial

Mehman Hüseynov məhkəmədən vaxt istədi

10 Noyabr 2017 17:13

Həbsdə olan bloger Mehman Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyilə baş tutan prosesdə Mehman Hüseynovun vəkili Faud Ağayev çıxış edib. O bildirib ki, müvəkkili çıxışa hazır deyil. Vəkil Mehman Hüseynovun çıxış etməsi üçün məhkəmədən vaxt istəyib.

Yol qəzaları niyə məhz bu saatlarda baş verir? - Polis polkovnikindən AÇIQLAMA

10 Noyabr 2017 17:13

DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyevin yazısını təqdim edirik: Son günlər ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələrində piyadaların vurulması hallarının artmasını müşahidə edirik və bu qəzalar əsas etibarı ilə günün alatoranlıq və qaranlıq vaxtlarına, yəni saat 17-19 aralığına təsadüf edir. Sözsüz ki, bu müddət insanların ən çox işdən çıxaraq evə getdikləri vaxtdır. Piyadalarımızın əksəriyyətinin yolu keçmək vərdişləri isə hamıya bəllidir. Xüsusilə də tələsəndə. Əlbəttə, evə tələsənləri anlamaq olar.

Bu ölkədə Rusiya ilə əməkdaşlıq edənlər güllələnəcək - VİDEO

10 Noyabr 2017 17:08

Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq edən ukraynalılar güllələnə bilər. Bu haqda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib.

Azərbaycanlı xanım Tallinin vitse-meri oldu

10 Noyabr 2017 17:06

Tallin şəhər məclisinin iclasında mərkəzçi Taavi Aas Estoniya paytaxtının yeni meri seçilib. İclasda şəhərin yeddi vitse-meri də təsdiqlənib. Onların sırasında həmvətənimiz, “Estoniya Yaşılları” partiyasının sədri Züleyxa İzmayılova da var.

Bu nasazlıqlara görə 50 manat cərimə oluna bilərsiniz

10 Noyabr 2017 17:03

Payız-qış aylarında gün tez batır. Bu səbəbdən də avtomobil sürücüləri günün qaranlıq hissəsində daha çox avtomobil idarə etməli olurlar. Avtomobilin gecə saatlarında idarə edilməsi isə işıq cihazlarının işlək vəziyyətdə olmasını tələb edir. Amma bəzi sürücülər iddia edir ki, avtomobilin iki işığından ən azı biri saz vəziyyətdədirsə, avtomobili idarə etmək olar. Yəni, buna cərimə tətbiq olunmur.

Rusiya 52,5 ton meyvə-tərəvəzi Azərbaycana qaytardı

10 Noyabr 2017 17:02

Azərbaycandan Rusiyaya tədarük olunan 52,5 ton kənd təsərrüfatı məhsulu Dağıstanın "Yaraq-Qazmalar" gömrük keçid məntəqəsində saxlanılıb. Məhsulun saxlanılmasına səbəb saxta fitosanitar sertifikatların mövcudluğudur. Saxlanılan məhsullar arasında 16,780 min kq nar, 18,025 min kq pomidor və 17,750 min kq xiyar var.

“Azərbaycanın İntellektual Birincisi” seçiləcək

10 Noyabr 2017 16:29

“Azərbaycan İntellektual Birİncisi” layihəsi artıq ikinci ildir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür.

Azərbaycan İtaliya iqtisadi əlaqələri yüksələn xətlə inkişaf edir

10 Noyabr 2017 16:27

Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında iqtisadi əlaqələr sürətlə inkişaf edir, iki ölkə arasında ticarət dövriyyəsi gündən günə artır. Azərbaycandan İtaliyaya əsasən neft və neft məhsulları, həmçinin kimya sənayesi məhsulları ixrac edilir. İtaliyadan ölkəmizə isə texnika, yüngül və yeyinti sənayesi məhsulları gətirilir.

BMU-da P&EMakers’ DAYS tədbiri keçirilir

10 Noyabr 2017 16:25

Bakı Mühəndislik Universiteti ixtisasından asılı olmayaraq tələbələrinin müasir texnologiyalar və robotlaşma texnologiyaları sahəsində inkişafı üçün hərtərəfli şərait yaradır. Bu məqsədlə xarici və yerli şirkət nümayəndələri, bu sahənin mütəxəssisləri universitetə dəvət olunur. Onların tələbələrlə görüşü təşkil olunur, seminarları dinlənilir. İndiki dövrdə hər kəsə aydındır ki, inkişafın yolu nəzəriyyə ilə təcrübənin vəhdətindən keçir.

Azərbaycanda dövlət -vətəndaş cəmiyyəti münasibətləri plüralizm ənənələrinə söykənir

10 Noyabr 2017 16:21

Sirr deyil ki, ölkələrin demokratikləşməsində vətəndaş cəmiyyətlərinin rolu danılmazdır. Ölkədə demokratik instituların, vətəndaş-dövlət münasibətlərinin inkişafı həm də vətəndaş cəmiyyətlərinin formalaşmasından asılıdır.

İsmayıllıda körpü uçdu - Avtomobil su arxına düşdü

10 Noyabr 2017 16:16

İsmayıllıda dağılan körpü avtomobil qəzasına səbəb olub. Hadisə bu gün günorta saatlarında İsmayıllı şəhərinin Soltan Mehdiyev küçəsində baş verib. Rayonun Basqal qəsəbə sakini Cəbrayılov Nuru Ağaabdulla oğlu idarə etdiyi 99-HE-812 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə yoldakı körpünün üzərindən keçərkən qəflətən körpünün bir hissəsi dağılıb və avtomobil su arxına düşüb. Hadisə nəticəsində avtomobil əzilsə də, sürücü və sərnişini - həyat yoldaşı xəsarət almayıb.

DGK-dan işbazlara XƏBƏRDARLIQ: Belə hallara yol verənlər...

10 Noyabr 2017 16:01

Son vaxtlar ölkənin gömrük ərazisinə mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi insan sağlamlığına mənfi təsir göstərən pirotexniki və tezalışan malların qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdlərin artması müşahidə olunur.

Təhsil İdarəsindən məktəblərin istilik təchizatı ilə bağlı AÇIQLAMA

10 Noyabr 2017 15:31

"Bakı şəhəri üzrə  Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin 138-i "Azəristilik" Açıq Səhmdar Cəmiyyəti tərəfindən mərkəzləşdirilmiş şəkildə istiliklə təmin olunur".

Çoxuşaqlı azərbaycanlı qadının Rusiyaya girişinə qoyulmuş qadağa götürülüb

10 Noyabr 2017 15:14

Rusiyada prokurorluq Azərbaycan vətəndaşının pozulmuş hüququnu bərpa edib. Məlumata görə, Saratov vilayəti Prokurorluğu çoxuşaqlı ana olan Azərbaycan vətəndaşının pozulmuş hüquq və azaldıqlarını bərpa etməyə nail olub.

Yeni lüğətdə stressin stres, ədəbiyyatın ədəbiyat kimi yazılması təklif olunur

10 Noyabr 2017 15:10

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dili orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri” mövzusunda Elmi Şuranın növbəti iclası keçirilib.