Sosial
Cəzadan şərti azad edilmiş şəxsin yeri 10 günə müəyyən edilməsə…
Cəzadan şərti azad edilmiş şəxslərin vəzifələrini yerinə yetirmələri ilə bağlı müddətdə dəyişiklik edilir. “Olaylar” xəbər verir ki, bununla bağlı Cəzaların İcrası Məcəlləsinin 178-ci maddəsinin (Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə nəzarət) 2-ci (Otuz gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən şəxs ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir) bəndində nəzərdə tutulan müddət 10 günə endirilir.
Komitə müsabiqənin müddətini uzadıb
Açıq hökumət və korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin icra vəziyyəti və qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış sorğuların, araşdırmaların keçirilməsi və nəticələrinin elan edilməsi ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən elan edilmiş müsabiqənin müddəti uzadılıb. Komitədən “Olaylar”a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən təşkilatlar sorğunun keçirilməsi ilə bağlı təkliflərini və öz təşkilatları barədə məlumatları 17 noyabr 2017-ci il tarixinə qədər rəsmi şəkildə komitəyə göndərə bilərlər.
Hava dumanlı, çiskinli olacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Elektron nəzarət vasitələri hansı qaydada tətbiq olunacaq?
Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri məlum olub. “Olaylar”ın məlumatına görə, bununla bağlı Cəzaların İcrası Məcəlləsinə 15-2. (Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri ) yeni bənd əlavə edilir. Belə ki, məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir.
Murdar ət satışına dur deyən yoxdur: Baş baytar icra başçısına güc göstərir
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisinin vəzifəsini müvəqqəti icra edən, rəis müavini Azər Süleymanovun təzyiqləri nəticəsində Ağcabədi rayon Baytarlıq İdarəsinin rəisi Nazir Cəfərov vəzifəsindən getdikdən sonra bu idarəyə nəzarət uğurunda əsl savaş gedir. Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisinin vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov Ağcabədi rayon Baytarlıq İdarəsinin rəisi kürsüsünə yerli icra hakimiyyətinin namizədini deyil, özünün kadrını, əvvəllər bu idarədə müavin işləmiş Habil Süleymanovu əyləşdirməyi bacarıb.
Ölmüş zərərçəkənin qohumları olmasa, onun hüquqlarını vəkil müdafiə edəcək
Ölmüş zərərçəkmiş şəxsin yaxın qohumları olmadıqda onun hüquqları vəkil tərəfindən müdafiə olunacaq.“Olaylar”ın məlumatına görə, bununla bağlı Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilir.
Qətimkan tədbirlərinin əsasları dəqiqləşdirildi
Azərbaycanda qətimkan tədbirlərinin tətbiqi əsasları maddəsində dəqiqləşdirmə aparılıb.“Olaylar”ın məlumatına görə, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilir.
Məhkumlara yeni nəzarət sistemi tətbiq edilir
Azərbaycanda cəza çəkən məhkumlara yeni nəzarət sistemi tətbiq edilir. “Olaylar” xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Azərbaycan prezidenti tərəfindən təqdim olunan layihə müzakirəyə çıxarılıb.
Nazirdən parlamentə irad: “Prosesə elə Milli Məclisin özündən başlamaq lazımdır”
“Gələn il pensiyanın azalması məsələsi olmayacaq”.“Olaylar” xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir qeyd edib ki, bu barədə KİV-də əsassız məlumatlar yayılıb. “ Bildiyiniz kimi, artıq pensiyaların baza və sığorta hissəsi yoxdur. Artıq pensiyanın tam məbləğinə artımlar ediləcək. Bizim iyul ayından bəri hesablamalar da göstərir ki, əmək pensiyalarında artım müşahidə edilib. Bu yaxınlarda bir nəfər mənə təşəkkür etdi. O dedi ki, anası İqtisad Universitetində işləyir. Əvvəl 221 manat pensiya alırdısa, artıq dəyişikliklərdən sonra bu rəqəm 550 manat olub”.
İqtisadiyyatı zəif olan ölkələrdə 250 milyondan çox azyaşlı uşaq işləyir
Son illər müxtəlif regionlarda baş verən hərbi münaqişələr, vətəndaş qarşıdurmaları daha çox həmin regionların, ölkələrin uşaqlarının həyatında mənfi iz buraxır, onların gələcək həyatını, taleyini demək olar ki, puç edir. İstər, Liviya, istər Suriya, istərsə də İraq və digər ölkələrdə yaşanan münaqişələrdə on minlərlə uşaq həyatını itirməklə yanaşı, bir o qədər də uşaq valideynlərini itirib, yaxud evsiz-eşiksiz, təhsilsiz qalıb. Siyasi şərhçi Aysel Vəliyeva bunun ən ciddi və ağrıdıcı bir problem olduğunu söyləyib və hərbi münaqişələrdən uşaqların ciddi ziyan görməsindən təəssüfləndiyini vurğulayıb: “Uşaqlar dünyanın gələcəyidir. Onların yaxşı təhsil alması, mənəvi və fiziki cəhətdən sağlam böyüməsi üçün əlimizdən gələni əsirgəməməliyik. Təəssüf ki, bu gün dünyada uşaqların vəziyyətinə baxdığımızda bizi narahat edən qlobal problemlərlə rastlaşırıq. Uşaq əsgərlər və uşaq əməyinin istismarı hallarına rast gəlirik.
Təhlükəli ərzağa son
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən Agentlik 2018-ci il yanvarın 1-dən etibarən fəaliyyətə başlayacaq. Agentlik Azərbaycanda qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin edəcək.
Yaqub Mahmmudov: “Ölkədə həddən artıq Qarabağ müharibəsi əlili var”
Milli Məclisdə ölkədə qeyri-qanuni əlillik status daşıyanlar və bəzi əlillərin sosial müavinət baxımından incidilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunub.
Məktəbdə dava edən şagirdləri ayırmaq istəyən xadimə öldü
Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə şagirdlər arasında dava düşüb. Şagirdləri ayırmaq istəyən məktəbin xadiməsi, 45 yaşlıSevda Nəzəriyevaya davada iştirak edənlərdən birinin təpiyi dəyib.














