Sosial

Vətəndaşlar daşınmaz əmlak üzərində operativ sərəncam veriə biləcəklər

17 Noyabr 2017 13:49

Azərbaycan Mülki Məcəlləsi və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliklər bu gün parlamentin plenar iclasında müzakirə olunaraq təsdiqlənib. “Olaylar”ın verdiyi xəbərə görə, Mülki Məcəlləyə dəyişiklik 148.2.1-ci maddənin əlavə olunmasını nəzərdə tutur.

Açıq məkanda reklam yerləşdirilməsi və ödəniş qaydaları dəyişdirilir

17 Noyabr 2017 13:44

Azərbaycanda açıq məkanda reklam yerləşdirilməsi və ödəniş qaydaları dəyişdirilir. “Olaylar” xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "Reklam haqqında" qanuna dəyişikliklər layihəsinin müzakirəsi zamanı deyib.

Parlament ödənişli yolların əhatə dairəsini dəqiqləşdirən layihəni qəbul etdi

17 Noyabr 2017 13:43

Milli Məclis “Avtomobil yolları haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.“Olaylar”ın məlumatına görə, dəyişiklik ödənişli yolların əhatə dairəsini dəqiqləşdirir. Layihə ödənişli avtomobil yolları yaradıla bilən yolların dairəsini (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistrallar, ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yolları) dəqiqləşdirmək, habelə ödənişli yolların yaradılması ilə bağlı zəruri məsələləri tənzimləmək məqsədi ilə hazırlanıb.

Hava yağmurlu olacaq

17 Noyabr 2017 13:24

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Baş neanotoloq: Azərbaycanda körpələrin 10 faizi vaxtından əvvəl doğulur

17 Noyabr 2017 13:22

Hər il Azərbaycanda təxminən 150 min körpə doğulur. Onların 8-10 faizi vaxtından əvvəl doğulan körpələr olur. Məlumata görə, bunu Səhiyyə Nazirliyinin baş neonatoloqu, Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyanın sədri Rüstəm Hüseynov deyib.

Ekspert: Bakı bu paytaxtların hər birini geridə qoydu

17 Noyabr 2017 13:19

"Bildiyimiz kimi, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci il 5-9 iyun tarixində Bakı şəhərində keçirilməsi ilə bağlı qərar qəbul edilib. Bu isə növbəti dəfə sübut edir ki, paytaxt Bakı, bütövlükdə isə müstəqil Azərbaycan Respublikası beynəlxalq tədbirlərin mərkəzi statusunu daşıyır. Belə ki, mövcud qərar eyni zamanda ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu idman siyasətinin bariz göstəricisidir”.

Deputat Avropa Parlamentini tənqid etdi

17 Noyabr 2017 13:15

“Son vaxtlar Avropanın bir sıra strukturları Azərbaycan qarşı qərəzli hücuma keçiblər. Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunan tədbirdə də bunu qeyd etdi”.

Reket jurnalistika son günlərini yaşayır: Böyük məbləğli cərimələr gəlir

17 Noyabr 2017 13:06

Azərbaycanda zaman-zaman reketlilə məşğul olan media qurumları ilə mübarizə aparılıb. Son zamanlar isə bu mübarizə yeni mərhələyə keçib və daha da gücləndirilib. Ancaq bütün bunlara baxmayaraq, bu tip fəaliyyətlə məşğul olan bəzi şəxslər əməllərindən əl çəkmək istəmirlər. "Reket jurnalistlər" virtual müstəvidə fəaliyyətlərini genişləndirməyə cəhd edirlər.

Zeynəb Xanlarovadan Rasim Balayevə dəstək

17 Noyabr 2017 13:01

“Ataların bir sözü var, desəm öldürərlər, deməsəm ölləm. Elə bir sənətkar ki, Babəki, Nəsimini yaradıb, Rasim Balayev haqqında danışmaya bilmərəm”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bu günkü iclasında deputat Zeynəb Xanlarova deyib.

YAP-ın 25 illik tarixi ölkənin müstəqillik və inkişaf dövrünə çevrilib

17 Noyabr 2017 12:58

YAP Nərimanov rayon Geofizika və Geologiya İdarəsi ərazi ilk partiya təşkilatında partiyanın yaranmasının 25 illiyinə həsr olunmuş tədbir keçirildi. Dünən SOCAR-ın Geofizika və Geologiya İdarəsində Yeni Azərbaycan Partiyasının (YAP) 25 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi. Tədbirdə Geofizika və Geologiya İdarəsinin (GGİ) rəisi Elçin Şirinov, YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Nərimanov rayon təşkilatının baş təlimatçısı Nizami Babaşov və GGİ-nin rəis müavinləri, YAP üzvləri iştirak edirdi. Əvvəlcə tədbir iştirakçıları Geofizika və Geologiya İdarəsinin foyesində ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoydular və Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdilər.

Gömrük Komitəsi: “Gömrük orqanlarında Nüsrət Adıgözəlov adlı əməkdaş xidmət etmir”

17 Noyabr 2017 12:53

Noyabrın 17-də bəzi kütləvi informasiya vasitələrində yol hərəkəti qaydalarını pozan, Yol Patrul Xidməti əməkdaşlarının saxla əmrinə tabe olmayan Adıgözəlov Elvin Nüsrət oğlu adlı şəxs barədə məlumat yayılıb və həmin məlumatda Elvin Adıgözəlovun Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutan Nüsrət Adıgözəlov adlı şəxsin oğlu olduğu iddia edilir.

Ərəb oğlan Bakıdan qız aldı, gəlini qızılı "Rolls Royce"la apardı- VİDEO

17 Noyabr 2017 12:52

Azərbaycanlı qız ərəb oğlanla ailə həyatı qurub. Gəlin gətirmə Bakıda 9-cu mikrorayonda baş tutub.  Ərəb bəylə gəlinin binadan çıxmasının və gəlin maşınına əyləşməsinin videosunu fotoqraf Orxan Məmmədov sosial şəbəkədə paylaşıb.  Qohum-əqrəba bəylə gəlini vağzalı sədaları altında və ərəblərə məxsus xüsusi səslərlə yola salıb.  Bəylə gəlin qızılı rəngli "Rolls-Royce" markalı avtomobilə minib. 

Xidmət rəisi vətəndaşları qəbul edib

17 Noyabr 2017 12:50

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Cəlilabad rayonunda Cəlilabad, Masallı və Biləsuvar rayonlarının sakinlərinin qəbulunu həyata keçirib. 

Zahid Oruc: “Rusiya da artıq Türkiyənin mövqeyi ilə razıdır”

17 Noyabr 2017 12:49

“Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti ilə keçirdiyi görüşdə Qabağ məsələsinə toxunduğunu bildirib. Bu çox önəmli məsələdir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxış edən deputat Zahid Oruc deyib.