Sosial
Xarici sularda üzən Azərbaycan gəmilərinin sayı artır
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin xarici sularda daha bir gəmi istismara verib. “OLAYLAR”-ın Gəmiçiliyə istinadən verdiyi xəbərə görə, bu gündən “Qafur Məmmədov” quru yük gəmisi Xəzərdən kənarda yükdaşımalara cəlb olunub. Bununla da Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 12-ə çatdırılıb. Onlardan 11-i quru yük gəmisi, biri isə tankerdir.
Dövlət Komitəsi teleaparıcı Zaur Kamalın 15 yaşlı qıza elçi getməsini araşdırdı - QALMAQAL
Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi “Xəzər” TV-də yayımlanan “5-də 5” verilişindəki qanundankənar kadrlarla bağlı araşdırma aparıb. Bu barədə qurumun İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova açıqlamasında deyib. “Məsələ ilə bağlı Ağdam rayonu üzrə Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən araşdırma aparılıb, kadrlarda bəhs olunan qız hazırda 9-cu sinifdə oxuyur. Oxuduğu məktəbin direktoru Rasim Əliyevlə də əlaqə saxlanılıb. O, bildirib ki, qızın dərsə davamiyyəti yaxşıdır. Şagirdlə söhbət aparılıb və qız deyib ki, çəkiliş qəfildən gəlib, əvvəldən belə bir çəkilişin olacağını gözləmirdilər. Məktəbli həmçinin bildirib ki, elçi gələn ailəni tanımır, oğlanla əvvəldən tanış olmayıb. Eyni zamanda, Ağdam rayon Təhsil şöbəsi və rayon İcra hakimiyyətinin müvafiq qurumları tərəfindən ailə nəzarətə götürülüb”.
Sumqayıtda bir neçə gün əvvəl törədilmiş qətlin üstü açıldı
Prokurorluq və daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhərində törədilmiş ağır cinayətin üstü açılıb və onu törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.
Şirvanda qanunları pozan sürücülərə qarşı reyd keçirilib
Noyabrın 16-dan etibarən avtomaşınların arxa yan şüşələrinə quraşdırılan sənaye üsulu ilə hazırlanmış jalüzlərin istifadəsinə qadağa qoyulub. Həmin tarixdən yol polisi tərəfindən bu sahəyə nəzarət gücləndirilib və bu istiqamətdə müvafiq tədbirlər görülür.
Polis sevgilisi ilə qaçan qız özünü niyə öldürüb?
Bir neçə gün öncə valideynləri tərəfindən zorla ərə verildiyi üçün intihar etdiyi deyilən 22 yaşlı qızın ölümü ilə bağlı detallar məlum olub. Məlumata görə, 1995-cü il təvəllüdlü Xalidə Vəliyeva noyabrın 12-də paytaxtın Qara Qarayev prosektindəki 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü ataraq intihar edib.
Plüralizm bir mədəniyyətdir
Müstəqil Azərbaycanın qazandığı, əldə etdiyi ən uğurlu nailiyyətlərdən biri də demokratiyanın daha da inkişaf etdirilməsi istiqamətində atdığı addımlar və bu istiqamətdə əldə edilən müsbət nəticələrdir. Bu gün təkcə Azərbaycan cəmiyyəti deyil, eləcə də bütün dünyaya, beynəlxalq aləmə Azərbaycanda mövcud olan demokratik ənənələr, prinsiplər bəllidir. Və o da bəllidir ki, Azərbaycan bu yola sadiqdir və bu yolda uğurla addımlayır. Çünki ölkədə demokratik prinsiplərin təmin olunması, onların yaşadılması, inkişaf etdirilməsi işi sağlam təməllər üzərində qurulub. Və bu siyasətin əsasını, təməlini ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıdandan sonra qoyub.
Tərtərdə “Dinin siyasiləşməsi: siyasi və ideoloji təhlükə kimi” mövzusu müzakirə olunub
Tərtər Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Dinin siyasiləşməsi: siyasi və ideoloji təhlükə kimi” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov rayondakı dini durum barədə məlumat verib. DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Aqşin Axundov nümunəvi dövlət-din münasibətlərindən danışıb. Din pərdəsi altında dinin siyasiləşdirilməsi cəhdlərinin yolverilməz olduğunu deyən A.Axundov bunun ağır nəticələrə səbəb olduğunu vurğulayıb.
Təhsil müəssisələrində Milli Dirçəliş Günü qeyd olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 17 noyabr - Milli Dirçəliş Günü ilə əlaqədar tədbirlər keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, ümumi təhsil müəssisələrində məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə Milli Dirçəliş Gününə həsr olunan konfrans, “Dəyirmi masa”, seminar və mühazirələr təşkil edilib. Həmçinin, şagirdlər arasında rəsm, bədii qiraət, inşa yazı müsabiqələri keçirilib, məktəblilərin əl işlərindən ibarət sərgilər təşkil olunub. Tədbirlərdə şagirdlərə Azərbaycanın müstəqillik tarixi və Milli Dirçəliş Günü haqqında ətraflı məlumat verilib.
SABAH qruplarında təhsil alan tələbələrlə görüş keçirilib
Noyabrın 17-də Azərbaycan Texniki Universitetinin (AzTU) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) SABAH qruplarında təhsil alan tələbələrlə görüş keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, görüşdə AzTU-nun prorektoru İsa Xəlilov bildirib ki, SABAH qruplarında həyata keçirilən innovativ layihələr, ümumilikdə bu qrupların təşkili özlüyündə ali təhsil sistemi üçün müstəsna əhəmiyyət kəsb edir. Prorektor AzTU-nun SABAH qruplarında təşkil olunan tədrisin universitetin digər fakültələrini sağlam rəqabətə sövq etdiyini vurğulayıb.
İtkin düşmüş şəxslərin 564 yaxın qohumundan ağız suyu nümunələri götürüldü
Beynəlxalq Qızıl Xaç Komitəsi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə bu ilin 6 ayı ərzində Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar itkin düşmüş şəxslərin yaxınlarından götürülmüş ağız suyu nümunəsi ilə bağlı statistika açıqlayıb.
İşsizlikdən sığorta sistemi özünüməşğulluq proqramının genişlənməsinə əsas yaradacaq
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlətlərinin Əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXX yubiley iclası keçirilib.
Azərbaycan-Aİ münasibətlərinə zərbə vurmağa çalışan qüvvələr fəallaşıb
Milli Məclisin noyabrın 17-də keçirilən iclasında cari məsələlər üçün ayrılan vaxt ərzində millət vəkilləri müxtəlif məslələrdən danışıblar. Millət vəkili Azay Quliyev qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında keçirilməsi planlaşdırılan 5-ci “Şərq Tərəfdaşlığı” sammiti ərəfəsində bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları Azərbaycana qarşı hücuma başlayıblar.
““525”- zamanın sınağında” kitabı təqdim olundu
Noyabrın 17 – də Bakı Dövlət Universitetində “525 – ci qəzet”in 25 illik yubileyinə həsr olunmuş tədbir və yubiley münasibəti ilə universitetin jurnalistika fakültəsi Elmi Şurasının 26 sentyabr 2017 – ci il tarixli qərarı ilə nəşr edilən, elmi redaktoru filologiya elmləri doktoru Allahverdi Məmmədli, redaktoru filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun rəyi əsasında, filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin müəllifi olduğu ““525”-zamanın sınağında” kitabının təqdimatı keçirildi.
Yevlaxda "Kütləvi çıxarış" kampaniyası keçirilib
Noyabrın 17-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Yevlax rayionunda "Kütləvi çıxarış" kampaniyası keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, kampaniya rayonun bir neçə kəndini əhatə edib. Bu sosial tədbir nəticəsində 50 rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib.
"Televiziyalara vətənpərvərlik verilişləri hazırlamaq üçün maliyyə ayrılsın"
"Qarabağla, Aprel döyüşlərində şəhid olmuş hərbçilərlə bağlı rayonlarda böyük bannerlər qoyulub və həmin məsələlər orada öz əksini tapıb. Bir neçə televiziyada da bu istiqamətdə müəyyən işlər həyata keçirilir. Bu elə də böyük bir maliyyə deyil ki, televiziyalar bunu həyata keçirə bilməsinlər.














