Sosial
Barama Lissabon veb-sammitində
Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və ölkəmizin ən uğurlu startapı “Technote” PAŞA Bankın dəstəyilə Azərbaycanı daha bir beynəlxalq konfransda təmsil etdi. Ölkəmizdən yeganə nümayəndə olaraq Portuqaliyanın Lissabon şəhərində keçirilən veb-sammitə qatılan təmsilçilərimiz bu sammit boyu müxtəlif tədbirlərdə yaxından iştirak edib, təcrübə mübadiləsi aparıblar.
Dərini gözəlləşdirən qidalar...
ŞOK: Bu bitki qırışları bir anda yox edir!
Arqan yağını saçda, dəridə, əldə və hər bölgədə istifadə etmək olar. İstəsəniz, çaya və qəhvəyə belə əlavə etmək olar. Tərkibindəki maddələr sizin daha yaxşı olmağınıza kömək edəcək. Dünya bu yağı neçə illərdir ki, kəşf edib. Lakin son bir ildir ki, bu yağın möcüzəvi əhəmiyyəti haqqında çox danışılır. Kosmetik məhsulların şampunların, əl kremlərinin və.s tərkibində istifadə edilir. Qeyd edək ki, qırışların aradan qaldırılmasında böyük rol oynayır. Hüceyrələrinin çoxalmasında və saçların daha gur olmasına kömək edir. Saçların tökülmədən, həcmli qalmasını istəyənlər bu yağdan mütləq istifadə etməlidir.
Hamilə qadınlar üçün RİSK - Belə YATMAYIN!
Hamilələrin böyrü üstə yatması ölü doğum riskini azaldır. Bu üsulun hamiləliyin ilk üç ayında daha təsirli olduğu bildirilir. Təxminən min hamilə üzərində aparılan araşdırmaya görə, hamiləliyin ilk üç ayında arxası üstə yatan hamilələrin ölü uşaq dünyaya gətirmək riski böyrü üstə yatanlardan iki dəfə çoxdur. Araşdırma vaxtı 291 ölü, 735 sağ uşaq dünyaya gətirən qadının hamiləliyi incələnib. Araşdırmaya görə, hamiləlik zamanı önəmli olan yuxuya gedəndə hansı formada yatmağınızdır. Yuxudan oyananda bel üstə olduğunu görənlər həyəcanlanmamalıdırlar.
Yeni Azərbaycan Partiyası – 25: xalqa, dövlətə xidmət nümunəsi
Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın müstəqillik yolunun heç də hamar olmadığını indiki və gələcək nəsillərə çatdırmaq lazımdır. 1991-ci il 18 oktyabrda öz dövlət müstəqilliyini bərpa edən Azərbaycan 1991-1993-cü illərdə çox böyük problemlərlə, itkilərlə üzləşmişdir.
UNISEF: Azərbaycanda uşaqlar arasında təhsilalma səviyyəsi 95 faizdən yuxarıdır
"Azərbaycanda uşaqların təhsil imkanları ilə təminatı baxımından ciddi problemlər yoxdur". Bunu UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Regional Direktoru, xanım Əfşan Xan deyib.
Ev telefonları ilə bağlı yenilik
"Ultel" MMC rabitə operatoru abunə müqavilələrinin mütəmadi yenilənməsi prosedurunu ləğv edib. Bu barədə şirkətdən məlumat verilib. Məlumatda qeyd olunur ki, bundan sonra operatorla abunəçi arasında imzalanan müqavilə müddətsiz olacaq: "Əgər əvvəllər müştərilər müqavilələri hər üç ildən bir yeniləməli olurdusa, yeni qaydalara əsasən bu prosedur avtomatik olaraq həyata keçiriləcək".
Söz və mətbuat azadlıqlarının təmin olunmasında sosial medianın rolu danılmazdır
Azərbaycanda demokratik proseslər inkişaf etdikcə söz və fikir azadlığı, mətbuata olan münasibət də müasirləşir. Etiraf edilməlidir ki, hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da sosial media inkişaf dövrünü yaşayır. Düzdür, bəzən sosial media KİV haqqında qanuna sığmayaraq müəyyən olunmuş sərhədləri aşır, ancaq fakt ondan ibarətdir ki, Azərbaycanda bu kimi məsələlərə tolerantlıq göstərilir.
“Jasmin”ə gəlin
Hər bir millətin, dövlətin gələcəyi onun körpələrindən və gənclərindən asılıdır. Aydın düşüncəli gənc, savadlı insan dayaqları möhkəm dövlət deməkdir.
Dağ uçdu, qaya parçaları yeni çəkilən yolu bağladı - ASTARADA - VİDEO
Astaranın dağ kəndlərinə çəkilən yeni yol boyunca sürüşmə aktivliyi artıb. Növbəti dəfə güclü yağışlar yağarsa, sürüşmənin miqyası bir qədər də böyük ola bilər. Dağdan lay torpaq qatı və daş parçaları sürüşərək yola düşüb. Sürüşmə nəticəsində irigövdəli ağaclar da aşıb.
TƏHLÜKƏ: Bakı sakinlərinə çox vacib xəbər! - ETSN
130 qonağa 250 araq: toydakı qətlin TƏFƏRRÜATLARI...
Toyda yeyib-içdiyi tanışını qətlə yetirməkdə təqdirləndirilən şəxsin məhkəməsi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində Ramik Aydabəyovun cinayət işi üzrə məhkəmə iclasına hakim Azər Paşayev sədrlik edib. Məhkəmədə təqdirləndirilən şəxs Ramik Aydabəyovun anası ifadə verib.
Kameramanın "jurnalist vəsiqəsi" bütöv bir şəbəkəni ələ verdi
Təqribən 4 il öncə baş vermiş hadisədir. Beynəlxalq media təşkilatlarından birinin gündəlik xəbər bülletenində Sudef adlı "Azərbaycan jurnalistinin" polis tərəfindən saxlanılması və dindirmə prosesində təzyiqlərə məruz qalması barədə bilgi getmişdi. Şəxsin imzası məşhur deyildi, tanınmırdı, ümumiyyətlə, ölkənin xəbər gündəmində bu şəxsin "jurnalistik fəaliyyətinə görə tutulması" barədə məlumat keçmirdi. Bu yöndən marağımızı çəkdi, araşdırmaq istədik: necə olub ki, "beynəlxalq ictimaiyyətin diqqətini cəlb edəcək qədər məşhur olan jurnalistin" həbsi barədə ölkənin öz içində bircə kəlmə yazılmayıb, hadisə yerli monitorinq təşkilatlarının diqqətindən yayınıb? Onlayn resurslarda axtarışımızın nəticəsi olaraq nə bir yazısına, nə də barəsində əhəmiyyətli məlumata rast gəlmədik. Amma məsələ ciddi idi, adamın adı "təzyiqlə üzləşmiş jurnalistlər" siyahısında beynəlxalq təşkilatların müzakirəsinə çıxmışdı, araşdırmaq zərurəti yaranmışdı.
Nazirlikdən Zığdakı uçqunla bağlı AÇIQLAMA: "Bu, sürüşmə deyil"
"Ötən həftə Zığ qəsəbəsində 43 saylı binanın qarşısında baş verən uçqun hadisəsi sürüşmə ilə əlaqəli deyil". Bunu ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Onun sözlərinə görə, həmin ərazidə tikilən istinad divarın içində kollektor çəkmək istərkən həmin divar uçub: "Yəni qazılmış ərazidə uçqun baş verib. Bu, sürüşmə deyil".
Cocuq Mərcanlı kəndində Cəbrayıl Sukanal İdarəsinin xidmət sahəsi yaradılıb
2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində erməni işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb. “Azərsu” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bu işlər çərçivəsində 50 fərdi yaşayış evi, ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, avtomobil yolu çəkilib. Artıq 172 nəfərdən ibarət 45 ailə öz doğma yurduna qayıdıb. Hazırda 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi davam etdirilir.














.jpg)