Sosial
Oqtay Əsədovdan sərt reaksiya
Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Aytən Mustafayeva Milli Məclisin binasında əlillər üçün pandusların və xüsusi liftlərin quraşdırılmasını təklif edib.
Musa Quliyev: “Rayonlara gedəndə, maşın çatışmazlığından əziyyət çəkirik”
“Son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xaricə səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrin sayı xeyli artıb. Parlamentin beynəlxalq fəaliyyətinin düzgün şəkildə aparılması üçün ezamiyyə xərclərininin artırılmasına ehtiyac var”.“Olaylar”ın məlumatına görə, bunu bunu Milli Məclisin iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı deputat Musa Quliyev deyib.
Milli Məclis iki beynəlxalq tədbirə ev sahibliyi edəcək
Azərbaycanda 2018-ci ildə Milli Məclis ev sahibliyi ilə iki beynəlxalq tədbir keçirəcək. “Olaylar” xəbər verir ki, bunu spiker Oqtay Əsədov Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci ilin büdcə müzakirələri zamanı deyib.
21 yaşlı 4 uşaq anası: "Ərim məndən başqa 5 qız qaçırıb" - VİDEO
Aygün Əliyevanın (Ad, soyad şərtidir - red.) 21 yaşı var. 4 uşaq anası olan gənc xanım 4 aydır həyat yoldaşından ayrılıb. O, boşanandan sonra anasının yanına, Mərdəkandakı evlərinə köçüb. Aygünün burada da bəxti gətirməyib. Həmin evdə anormal hadisələr baş verdiyindən anası ilə birlikdə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinə sığınıb.
Deputat ezamiyyət xərclərinin artırılmasını təklif edib
“Deputatların ezamiyyə xərclərinə əlavələr olunmalıdır”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib: “Bu vəsait istifadə olunmasa geri qaytarılacaq.
Milli Məclisin saxlanması üçün 24 milyon manat vəsait ayrılıb
“Milli Məclis və onun aparatının saxlanması ilə bağlı 2018-ci ilin xərclər smetası layihəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun hazırlanıb və xərclər smetası, ştat cədvəlləri, inzibatı binaların, mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanan müqavilələr və proqnozlar əsasında tərtib edilib”.
Binəqədi şosesində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olundu
Binəqədi şosesi boyu tikinti işlərinin əsas hissəsi artıq yekunlaşıb. Bu səbəbdən bir müddət bağlı qalan yolda bu gecədən etibarən hərəkət bərpa olunub. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, bundan sonra təmir-tikinti işləri, o cümlədən asfalt-beton örtüyünün son qatının döşənməsi də hərəkət tam dayandırılmadan, hissə-hissə məhdudlaşdırma tətbiq olunmaqla davam etdiriləcək. Yenidən qurulan yolun uzunluğu 2.6 km təşkil edir.
Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Xəzərin o tayında vuran isti ürəklər – Sona Vəliyeva
Dünya Gənc Türk Yazarlar Birliyinin “Yeni qazax şeiri antologiyası” nəşri işıq üzü görüb. Nəşrdə Qazaxıstanın 57 yeni nəsil şairinin şeirləri toplanıb. “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva antologiyaya “Xəzərin o tayında vuran isti ürəklər” adlı təqdimat yazısı, Qazaxıstanın Dövlət Ödülü laureatı Temirxan Mədətbek isə “Ön söz” yazıb.
İsrailə təhsil səfəri təşkil edilib
İsrailə təhsil səfəri təşkil olunub. “OLAYLAR”-ın xəbərinə görə, səfərdə Bakı Şəhəri üzrəTəhsil İdarəsinin (BŞTİ) İnkişaf layihələri sektorunun müdiri Anar Qədiməliyev və 15 ümumi təhsil məktəbinin direktoru iştirak edib. Səfər İsrailin ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə həyata keçirilib.
Gənclər ekoloji sahədə maarifləndirilir
“Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və “Təmiz Şəhər” ASC-nın dəstəyi ilə keçirilən “Ekokənd” - gənclərin ekoloji maarifləndirilməsi layihəsi baş tutub.
Nazirlik bir ildə 1300-ə yaxın normativ hüquqi sənəd hazırlayıb
Qanun yaradıcılığında fəal iştirak edən Ədliyyə Nazirliyi tərəfindən ötən bir ildə ölkəmizin iqtisadi inkişafına, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş 1.300-ə yaxın normativ hüquqi sənəd layihəsi hazırlanıb
KİV-lərin sayı 5200-ə çatdı
Azərbaycanda qeydiyyata alınan Kütləvi İnformasiya Vasitələrinin sayı 5200-ə çatıb. “Olaylar” Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının da sayı artıb. Belə ki, vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan və nazirlik tərəfindən dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının ölkədə ümumi sayı 4.100-dən artıqdır.
“Nurgün Motors”dan uzaq durun - Maxinasiya
Azərbaycanda "Nurgün Motors”un satdığı bir sıra avtomobillərin keyfiyyəti və şirkətin təklif etdiyi xidmətlərin keyfiyyəti ilə bağlı şikayətlərin sayı artmaqdadır. Vətəndaşların ən çox şikayəti isə "Nissan”ın respublikadakı servis mərkəzlərindəndir.
Notariat hərəkətlərinin sayı 3.7 milyonu ötüb
Əhalinin daha çox təmasda olduğu notariat orqanlarında rəsmiləşdirilən notariat hərəkətlərinin sayı bir il ərzində 3.7 milyondan artıq olub. “Olaylar” Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunun 92%-i ölkədə geniş tətbiq olunan xüsusi notariat institutunun payına düşür.













