Nazirlik bir ildə 1300-ə yaxın normativ hüquqi sənəd hazırlayıb
Qanun yaradıcılığında fəal iştirak edən Ədliyyə Nazirliyi tərəfindən ötən bir ildə ölkəmizin iqtisadi inkişafına, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş 1.300-ə yaxın normativ hüquqi sənəd layihəsi hazırlanıb
23 Noyabr 2017 12:06 SosialQanun yaradıcılığında fəal iştirak edən Ədliyyə Nazirliyi tərəfindən ötən bir ildə ölkəmizin iqtisadi inkişafına, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş 1.300-ə yaxın normativ hüquqi sənəd layihəsi hazırlanıb. "Olaylar" nazirliyə istinadən xəbər verir ki, il ərzində 2.600-dən çox layihə hüquqi ekspertizadan keçirilmiş, əhalinin təmənnasız istifadəsinə verilmiş milli qanunvericiliyin e-qanun.az və huquqiaktlar.gov.az elektron reyestrlərinə 5.100 sənəd daxil edilmiş, həmin bazalara vətəndaşlar tərəfindən başçəkmələrin sayı artaraq 740 mini ötmüşdür.