Deputat ezamiyyət xərclərinin artırılmasını təklif edib

“Deputatların ezamiyyə xərclərinə əlavələr olunmalıdır”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib: “Bu vəsait istifadə olunmasa geri qaytarılacaq.

"Deputatların ezamiyyə xərclərinə əlavələr olunmalıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib: "Bu vəsait istifadə olunmasa geri qaytarılacaq. Beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə qərarlar qəbul edirlər. Elə Avropa Şurasının özündə də geriyə dönüş başlayıb. Bizim deputatlarımız ora səfər etməli, müəyyən tədbirlərdə iştirak etməlidirlər. Bunun üçün də vəsait tələb olunur". S.Novruzov qeyd edib ki, Azərbaycan Milli Məclisinin dünyanın bir çox ölkəsi ilə dostluq qrupları var və qrup üzvləri yaxşı işləyirlər: "Əsas meyar onların gedib-gəlməsi və xarixi həmkarları ilə əlaqə qurmalarıdır. Dostluq qruplarının Azərbaycana dəvət olunması mühüm məsələdir. Bu sahəyə müəyyən qədər vəsait ayrılsa yaxşı olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31