Notariat hərəkətlərinin sayı 3.7 milyonu ötüb
Əhalinin daha çox təmasda olduğu notariat orqanlarında rəsmiləşdirilən notariat hərəkətlərinin sayı bir il ərzində 3.7 milyondan artıq olub. “Olaylar” Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunun 92%-i ölkədə geniş tətbiq olunan xüsusi notariat institutunun payına düşür.
23 Noyabr 2017 11:59 SosialƏhalinin daha çox təmasda olduğu notariat orqanlarında rəsmiləşdirilən notariat hərəkətlərinin sayı bir il ərzində 3.7 milyondan artıq olub. "Olaylar" Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunun 92%-i ölkədə geniş tətbiq olunan xüsusi notariat institutunun payına düşür. Həmçinin, qeydiyyat orqanlarında 337 mindən artıq vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilmiş, doğumun sayı 150 min, nikahın sayı isə 65 min təşkil etmişdir. Notariat institutunun inkişafı, notarius korpusunun şəffaf prosedurlar əsasında formalaşdırılması, xüsusi notariatın və elektron notariatın geniş tətbiqi bu işə böyük töhfələr verir. Təsadüfi deyil ki, Azərbaycanın notariat sahəsindəki nailiyyətlərinə maraq göstərilərək xarici dövlətlərin notariusları tərəfindən müsbət təcrübəmiz öyrənilir, onların iştirakı ilə beynəlxalq seminarlar keçirilir.