Binəqədi şosesində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olundu 

Binəqədi şosesi boyu tikinti işlərinin əsas hissəsi artıq yekunlaşıb. Bu səbəbdən bir müddət bağlı qalan yolda bu gecədən etibarən hərəkət bərpa olunub. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, bundan sonra təmir-tikinti işləri, o cümlədən asfalt-beton örtüyünün son qatının döşənməsi də hərəkət tam dayandırılmadan, hissə-hissə məhdudlaşdırma tətbiq olunmaqla davam etdiriləcək. Yenidən qurulan yolun uzunluğu 2.6 km təşkil edir.

Binəqədi şosesi boyu tikinti işlərinin əsas hissəsi artıq yekunlaşıb. Bu səbəbdən bir müddət bağlı qalan yolda bu gecədən etibarən hərəkət bərpa olunub. Bu barədə məlumat "OLAYLAR"-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, bundan sonra təmir-tikinti işləri, o cümlədən asfalt-beton örtüyünün son qatının döşənməsi də hərəkət tam dayandırılmadan, hissə-hissə məhdudlaşdırma tətbiq olunmaqla davam etdiriləcək. Yenidən qurulan yolun uzunluğu 2.6 km təşkil edir. Layihə çərçivəsində yol 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağı enində bərpa olunur. Hərəkət hissəsinin eni 15 metr və 1 metr enində boya ilə xətlənmiş ayrıcı zolaq da olmaqla yolun ümumi eni 19 metr olacaq. Yenidənqurma işlərinin 1-ci mərhələsində şose boyu bütün yeraltı kommunikasiya xətləri yenisi ilə əvəz olunub, bəziləri yoldan kənarlaşdırılıb, ətrafda yaşayan əhali tərəfindən, həmçinin sənaye və iaşə obyektlərindən yola doğru axıdılan məişət-çirkab sularının qarşısını alınıb. Bundan başqa intensiv yağışlar zamanı yolun su ilə dolmasını qarşısını almaq məqsədi ilə 4-cü qapı küçəsi ilə kəsişmədə və "4 yol" deyilən ərazidə tullantı sularının axıdılması üçün nəzərdə tutulmuş kanalların suyunun Binəqədi şosesinin altından ötürülməsini təmin edən və ötürmə qabiliyyətini itirmiş köhnə borular yeniləri ilə əvəzlənib.Ümumilikdə 5 nöqtədə 8 yeni borunun tikintisi, 2-nin isə təmiri aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31