Gənclər ekoloji sahədə maarifləndirilir
“Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və “Təmiz Şəhər” ASC-nın dəstəyi ilə keçirilən “Ekokənd” - gənclərin ekoloji maarifləndirilməsi layihəsi baş tutub.
23 Noyabr 2017 12:09 Sosial"Yerli" Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və "Təmiz Şəhər" ASC-nın dəstəyi ilə keçirilən "Ekokənd" - gənclərin ekoloji maarifləndirilməsi layihəsi baş tutub. "OLAYLAR"-ın xəbərinə görə, layihə müddətində ümumillikdə 176 gənc iştirakı ilə Quba rayonunun Qəçrəş, Qusar rayonunun Mil, Xaçmaz rayonunun köhnə Xaçmaz, Lənkəran rayonunun Vel və Astara rayonunun Şahağacı kəndləri əhatə olunub. "Ekokənd" - gənclərin ekoloji maarifləndirilməsi layihənin məqsədi şəhərlərdə olduğu qədər kəndlərdə də gənclərin ekoloji maarifləndirilməsi işlərinin genişləndirilməsi, gənclərin bu sahədə biliklərinin artırılması, ətraf mühitin qorunması məqsədilə təşəbbüslərin həyata keçirilməsidir. Regionlarda keçirilən təlimlər zamanı iştirakçılara ilk öncə "Ekoloji maarifləndirmə", "Təbiətin qorunması" və "Tullantıların ekologiyaya təsiri" mövzularında məlumat verilib. Daha sonra mövzu üzrə qrup işləri təşkil olunub. Təlimin sonunda iştirakçılara təşkilatçılar tərəfindən şəhadətnamə təqdim olunub.