Sosial
İrina Şeyk və digər seksual modellər qırmızı xalçada GÖZ QAMAŞDIRDI - FOTO
Rusiya İstintaq Komitəsi Telman İsmayılovun “İnterpol” xətti ilə axtarışa verilməsi üçün Baş Prokurorluğa müraciət edib
Rusiya İstintaq Komitəsi Çerkizov bazarının keçmiş sahibi, azərbaycanlı milyarder Telman İsmayılovun “İnterpol” xətti ilə axtarışa verilməsi üçün Baş Prokurorluğa müvafiq materiallar göndərib. Məlumata görə, bu barədə xəbər İstintaq Komitəsinin saytında yerləşdirilib.
Polşada Azərbaycanla diplomatik əlaqələrin 545 illiyi qeyd olunub
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun dəvətinə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov və institutun əməkdaşları – elmi katib İradə Əliyeva, şöbə müdiri Şahin Fərzəliyev və polyak dili üzrə mütəxəssis Nərmin Qafarlı Polşada elmi ezamiyyətdə olublar. Tarix İnstitutundan “Olaylar”a verilən məlumata görə, Polşanın Torun şəhərindəki IV Kazimir Yaqellonçik adına liseydə Azərbaycan-Polşa diplomatik əlaqələrinin 545 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Elmi konfransda çıxış edən akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan-Polşa diplomatik əlaqələrinin tarixi 1472-ci ilə gedib çıxır: “1472-ci ildə Azərbaycan Ağqoyunlu hökmdarı Uzun Həsən Polşaya diplomatik missiya göndərib və azərbaycanlı nümayəndələr Polşa kralı IV Kazimir Yaqellonçiklə diplomatik danışıqlar aparıblar”. Tədbirdə Uzun Həsənin IV Kazimirə göndərdiyi məktublar nümayiş etdirilib.
10 ayda 134 566 yeni vergi ödəyicisi qeydiyyata alınıb
2017-ci ilin ilk 10 ayı ərzində 134 566 yeni vergi ödəyicisi (o cümlədən, 9 864 hüquqi, 124 702 fiziki şəxs) qeydiyyatdan keçib. Müvafiq dövr ərzində yüksək dövriyyəyə malik 3 189 ƏDV ödəyicisi (2 359 hüquqi şəxs, 830 fiziki şəxs) qeydiyyata alınıb. “Olaylar” xəbər verir ki, bunu vergilər nazirli Fazil Məmmədov nazirliyin kollegiyasında bildirib.
Büdcə proqnozlarına nəzarət məqsədilə qərargah yaradıldı
Vergilər Nazirliyində dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və Vergilər Nazirliyinin qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Bu haqda nazirliyin Vergi və Kommunikasiya Mərkəzindən “Olaylar”a verilən məlumatda bildirilib. Kollegiyanın sədri, vergilər naziri Fazil Məmmədov dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi istiqamətində son aylar vergi orqanları tərəfindən görülən işlər barədə məlumat verib.
Düşmənimiz – qeyri - peşəkarlığımız - İntiqam Soltan yazır
Düşmənimiz – qeyri - peşəkarlığımız - İntiqam Soltan yazır... Hədəfimdə "dinsiz dindarlar"dır... On iki yaşlı bir uşaq peyğəmbərlə görüşə getdi. Özünü intihar etməklə! Bir Türk övladımız da belə getdi... Ərəb qardaşımızla görüşə...
Xəzərdə ZƏLZƏLƏ
Xəzər dənizində zəlzələ olub. Olaylar.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 08:41-də Xəzər dənizində qeydə alınıb.
Rusiyada Azərbaycan diaspor rəhbərinin ailəsində bədbəxt hadisə
Rusiyanın Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun ailəsində bədbəxt hadisə baş verib. Diaspor rəhbərinin oğlu Aqşin Kərimov evdə odlu silahla ehtiyatsız davranıb. Nəticədə odlu silahdan atəş açılıb. Başından güllə yarası alan A.Kərimov hadisə yerində ölüb.
Çin dili üzrə dərəcə imtahanı
Çin dili üzrə rəsmi sınaq mərkəzi sayılan Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin dili üzrə Hanyu Shuiping Kaoshi (HSK) və Hanyu Shuiping Kouyu Kaoshi (HSKK) imtahanları keçirilib.
Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... – EHTİYATLI OLUN
İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? Ailem.az türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir.
Burun tıxanıqlığından 25 saniyəyə qurtulun – DƏRMANSIZ ÜSUL
Soyuq havaların hakim olduğu bu günlərdə qrip və soyuqdəymə kimi xəstəliklər qaçılmaz olur. Bu xəstəliyin ən çox narahatlıq yaradan tərəfi isə burun axıntısı və burun tıxanıqlığıdır. Bəs dərman istifadə etmədən burun tıxanıqlığını necə aradan qaldırmaq olar:
Yaddaşınızı gücləndirmək üçün bu 10 qidadan istifadə edin
Yaddaşınızı gücləndirmək üçün 10 əsas qidadan istifadə etməlisniz.
“Azəriqaz”: Tarif Şurasının qərarına dəyişiklik edilməyib
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi son günlər bəzi istehlakçılar tərəfindən təbii qaza görə tətbiq edilən limitlə əlaqədar daxil olan müraciətlərə cavab verib. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarına heç bir əlavə və dəyişiklik edilməyib.
Toponimiya Komissiyasına 27 yaşayış məntəqəsinin adının dəyişdirilməsi ilə əlaqədar müraciət edilib
Milli Məclis yanında Toponimiya Komissiyasının növbəti iclası keçirilib. Parlamentdən verilən məlumata görə, komissiyanın sədri İsa Həbibbəyli bildirib ki, ölkənin 1 şəhərindən və 14 rayonundan bəzi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi ilə əlaqədar icra hakimiyyətlərinin müraciətləri Toponimiya Komissiyasına daxil olub.
“Bakıdan Türk dünyasına”
Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində "Bakıdan Türk dünyasına" adlı şeir gecəsi keçirildi. Gecədə Qazaxıstan, Özbəkistan, Saxa Yakutiya, İran, Türkiyədən gənc yazar və şairlər öz şeirlərini səsləndirdilər. Tədbirin aparıcısı Ülkər Piri qonaqları və iştirakçıları salamlayaraq ilk olaraq çıxış üçün sözü Ekbər Qoşalıya verdi Tədbirdə çıxış edən Əkbər Qoşalı hər kəsi salamladı və iştirakçılara uğurlar arzuladı.








.jpg)





