Sosial
İntihara aparan yol
Son illər cəmiyyətdə müşahidə edilən mənfi hallardan biri də tez-tez intihar halları ilə rastlaşmağımızdır. Artıq vəziyyət o qədər problemli hal alıb ki, azyaşlı uşaqlar da intihar edirlər. Ümumiyyətlə, intihara əl atanları ekspertlər bir neçə kateqoriyaya bölülürlər. Bəziləri sağalmaz xəstəliyə düçar olduğundan bu həyatda yaşamağın mənasız olduğunu düşünərək intihar edir.
Yeniyetmələr və qadınların siqaretə meyli artıb
Uzun müddətdən bəri müzakirəsi aparılan "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun nəhayət ki, təsdiqini tapdı. Statistika göstərir ki, indi tütün hər 13 saniyədə bir insanın, il ərzində 6 milyon insanın həyatına son qoyur. Ümumdünya təcrübəsi göstərir ki, siqaretlə mübarizədə maarifçilik və digər təbliğat tədbirləri ilə yanaşı, inzibati qadağalar, imperativ normaların tətbiq olunması da zəruridir. Bu mənada, tütün məmulatlarından istifadə edənlərin sayının azalması ölkəmizdə diqqət mərkəzindədir.
Polis reyd keçirdi: 50-dən artıq sürücü cərimələndi
Astara Dövlət Yol Polis bölməsinin əməkdaşları sərxoş halda avtomobil idarə edən sürücülərə qarşı reyd keçirib. Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin əməkdaşlar şəhər ərazsində və Artopa kəndində sərxoş sürüclərər qarşı reyd keçirib. Reyd zamanı baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaq, hərəkətin təhlükəsizliyini təmin etmək və hüquq pozuntusuna yol verən sürücüləri aşkarlamaq məqsədilə 100-ə yaxın nəqliyyat vasitəsi saxlanılıb.
Ayın sonunda əfvin olacağını gözləyirik” - Deputat
Ölkəmizdə bir qayda olaraq dekabr ayının sonlarında əfv sərəncamı verilir. İnsanlar buna köklənib və gözləyirlər. Biz də əfv sərəncamının olacağını gözləyirik. Bunu hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə deyib. Millət vəkili ilin sonunda əfvin olacağına ümid etdiyini deyib.
Hacı Məmmədov dəfn olunub - YENİLƏNİB
Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun meyiti yaxınlarına təhvil verilib. H. Məmmədovun meyiti müayinə olunduğu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon sindəyaxınları tərəfindən götürülüb.
Məktəb saytlarını idarə edən şəxslər üçün təlimlər keçirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin saytlarını idarə edən şəxslər üçün təlimlər keçirilib. “OLAYLAR”-ın Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, təlimlər noyabrın 20-dən dekabrın 4-dək BŞTİ-nin hər bir rayonun məktəbləri üzrə ayrılıqda təşkil olunub.
Bələdiyyə nümayəndələri Vyanada olublar
Avstriyanın paytaxtı Vyanada Şərq tərəfdaşlığı ölkələrində uyğun partnyorluq, yaxşı idarəetmə üçün tərəfdaşlıq məsələlərinə həsr olunan “Yerli özünüidarəetmənin institusional əsaslarının gücləndirilməsi proqramı” çərçivəsində tədbir təşkil olunub.
Deputatımız qadınlara həsr olunmuş tədbirdə iştirak edəcək
Milli Məclisin deputatı Məlahət İbrahimqızı “İşdə qadın” mövzusunda keçiriləcək 2-ci Beynəlxalq zirvə görüşündə iştirak etmək üçün Türkiyənin paytaxtı Ankaraya səfər edib. MM-dən “Olaylar”a verilən məlumata görə, Türkiyənin Ədalət və İnkişaf Partiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə qadınların ictimai-siyasi həyatda rolu, onların sosial, iqtisadi sahələrdə fəallığının artırılması məsələləri müzakirə olunacaq.
"Qarabağ lətifələri" adlı təbliğat xarakterli açıqcalar - Azərbaycan, rus və ingilis dillərində
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və AMEA-nın Folklor İnstitutunun Qarabağ silsiləsindən növbəti birgə layihəsi işıq üzü görüb. Olaylar.az bildirir ki, "Qarabağ lətifələri" adlı təbliğat xarakterli açıqcalar toplusu azərbaycan, rus və ingilis dillərində çap olunub.
Teleməkanımıza yeni TV-lər daxil olur
Azərbaycanda kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici və peyk telekanalların siyahısına yeni TV-lər əlavə edilib. “Olaylar” xəbər verir ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) müvafiq qərarı ilə, Belarusun “Belarus 24”, Azərbaycanın “Muz TV” və “Dalğa” telekanalları kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici və peyk telekanalların siyahısına əlavə olunub.
Əlilliyi olan şəxslər 28,9 min protez-ortopedik məmulatla təmin olunub
Ötən ay Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslərə əlavə olaraq 3 116 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib. Bu təbəqədən olan şəxslərin dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə bu ilin yanvar-noyabr aylarında onların ümumilikdə 28 936 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib.
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı bütün hərraclar elektronlaşdırıldı
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daha bir innovativ layihə reallaşıb. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən bütün hərraclar tam elektronlaşdırılıb. Bu barədə Komitədən “Olaylar”a verilən məlumatada bildirilir ki, bu məqsədlə dekabrın 6-da “Dövlət əmlakının özəlləşdirilməsində elektron hərracların tətbiqi: rasionallıq və şəffaflıq” mövzusunda İctimai Təqdimat keçiriləcək.
Şəhid qızını maşınla öldürən yeniyetmənin atası — "Oğlum 1 il yatmayıb çıxacaq”
Gənclərə Göygöl milli parkında davranış qaydaları təbliğ edilib
"Bizim Gənclik” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Milli Parklarda davranış qaydaları” layihəsi çərçivəsində Göygöl rayonunda cari ilin 1 və 4 dekabr tarixlərində tədbirlər keçirilib.
Dini Komitə yanında İctimai Şura yaradılır
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, Komitənin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə Dövlət Komitəsi yanında İctimai Şuranın yaradılması prosesinə başlanılıb.














