Sosial

“ASAN xidmət” Monteneqro mətbuatında

5 Dekabr 2017 14:14

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Monteneqroda səfərdə olub. Olaylar.az bildirir ki, səfərin məqsədi Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Monteneqronun Dövlət İdarəçiliyi Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması və müvafiq sahədə qarşılıqlı fəaliyyətin təfsilatlarının müzakirə edilməsi idi.

Nazirlikdən turistlərə müraciət

5 Dekabr 2017 14:14

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Parklara onlayn bilet satışı ilə bağlı turistlərə müraciət edib. Olaylar.az bildirir ki, ETSN-nin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, ölkədə 9 Milli Park - Akademik H. Əliyev adına Zəngəzur Milli Parkı, Ağgöl Milli Parkı, Şirvan Milli Parkı, Hirkan Milli Parkı, Altıağac Milli Parkı, Abşeron Milli Parkı, Şahdağ Milli Parkı, Göy-göl Milli Parkı və Samur-Yalama Milli Parkı fəaliyyət göstərir.

Ovçulara insaf edilməyəcək

5 Dekabr 2017 14:12

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının Şəki rayon Baş Kəldək kəndinin dağlıq meşə ərazisində birgə keçirdikləri reyd zamanı qanunsuz cüyür ovlanması faktı aşkar edilib.    Olaylar.az bildirir ki, reyd  zamanı meşə ərazisində “Niva” markalı 55 BD 533 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı başı boğazından kəsilmiş, dərisi soyulmuş, çəkiləri 9 və 13 kiloqram olan 2 baş cüyürün əti və 2 ov tüfəngi aşkar edilərək maddi sübut kimi götürülüb.

Bu həkimlərin orta aylıq əməkhaqqı 680-920 manat oldu

5 Dekabr 2017 13:41

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhəri və Yevlax rayonunda icra etdiyi pilot layihənin statistik məlumatlarını açıqlayıb.  Agentlikdən verilən məlumata görə, pilot layihənin icrasına 01 yanvar 2017-ci il tarixindən başlanılmışdır. Layihə müddətində əhalidən sığorta haqqı toplanılmır.

Sumqayıtda ikimərtəbəli villa yanıb

5 Dekabr 2017 13:39

Sumqayıt şəhərində vətəndaşa məxsus 5 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata gör, nəticədə  ümumi sahəsi 390 m2 olan ikimərtəbəli, 5 otaq və mansardadan ibarət evin mansardasının yanar konstruksiyaları 130 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Bakıda 8 otaqlı ev yanıb

5 Dekabr 2017 13:38

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumta görə, nəticədə ümumi sahəsi 320 m² olan 8 otaqlı evin döşəməsi 1 m² sahədə və 1 ədəd televizor yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Uşaqlar həyatın əvəzinə ölümü niyə seçir? - Mirmehdi Ağaoğlu yazır...

5 Dekabr 2017 13:38

Dünən Ağdaş rayonunda 12 yaşlı oğlan intihar edib. Təəssüf ki, uşaqların intiharı ilk dəfə deyil, intiharın yaşı bizim ölkədə çoxdan uşaqlaşıb... Artıq cəmiyyət olaraq bu cür xəbərlərə qarşı laqeydləşmişik. Uşaq intiharı qırmızı xətdə çatıb, di gəl bu yöndə bircə dənə də ciddi araşdırma, tədqiqat aparmırıq, səbəbləri gün işığına çıxarmırıq.

Hicran Hüseynova Türkiyədə sammitə qatılıb

5 Dekabr 2017 13:36

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 5 dekabr 2017-ci il tarixində Türkiyədə Respublikasının paytaxtı Ankara şəhərində keçirilən “2-ci Beynəlxalq İşdə Qadın Zirvəsi” adlı sammitdə iştirak edir. Komitədən “Olaylar”a verilən məlumata görə, sammitdə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan, dörd qitədən nazir, investor qadınlar və elm sahəsində çalışan şəxslər iştirak edəcək. Sammitdə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Respublikası Ədalət və İnkişaf  Partiyasının qadın qolları başqanlığının sədri L.Selva Çarn və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın çıxışı nəzərdə tutulmuşdur. Eyni zamanda, “Türkiyədə və dünyada qadın məşğulluğunun artırılmasına yönəlmiş çalışma modelləri, iş dünyasında gender bərabərliyini təmin etməyə dair hüquqi baza və Qadın sahibkarlığı nümunələri” adlı bölmə müzakirəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edəcəkdir.

Elçin Quliyev Məhəmməd Hüseyn Bagiri ilə görüşüb

5 Dekabr 2017 13:33

2017-ci ilin dekabr ayının 2-4 tarixlərində İran İslam Respub­lika­sının Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzayinin dəvəti ilə general-polkovnik Elçin Quliyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti Tehran şəhərinə rəsmi səfər edib.

Gənc fizik və kimyaçıların yaradıcılıq müsabiqəsi keçirilir

5 Dekabr 2017 13:29

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin və kimyaçıların yaradıcılıq müsabiqələrinin II-rayon mərhələsi 6-7 dekabr tarixlərində keçiriləcək. 

Bəzi yerlərdə yağış, qar yağacaq

5 Dekabr 2017 13:16

Bakı və Abşeron yarımadasında dekabrın 6-da havanın dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi  axşama doğru arabir güclənəcək. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə  5-8° isti, gündüz  8-11° isti, Bakıda gecə  6-8° isti, gündüz  9-11° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  755  mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi  rütubət  75-85 % olacaq.  Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 6-da Abşeron yarımadasında rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.