AZƏRBAYCAN: Sabah axşamdan başlayır - DİQQƏT!
5 Dekabr 2017 13:32 Sosial"Sabah axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir".
Bunu Metbuat.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, hava qeyri-sabit keçəcək, arabir yağış yağacaq:
"Dağlıq və dağətəyi rayonlarda yağıntının sulu qar və qar şəklində olacağı ehtimal olunur. Qərb küləyinin bəzi bölgələrdə arabir güclənməsi gözlənilir. Havanın tempraturu bu günlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. İlkin məlumatlara əsasən, qeyri-sabit hava şəraiti dekabrın 8-i gündüz saatlarına qədər davam edəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00