Azərbaycanlı aktrisa "od püskürdü": "Onun-bunun altından..."

"Səhnədə, göz qabağında olan, az-çox tanınan, az-çox irəliləyən insanların fotolarının, statuslarının, müsahiblərinin altında iyrənc, çirkli, irinli, natəmiz fikirlər yazan insanlar bilirsiniz kimlərdir? Elə həmişə altda qalıb əzilən, əzik-üzük olub, darmadağın olub, üfunət iyi verən yarımçıq insanlar."

GoldNews.Az xəbər verir ki, bu sözləri azərbaycanlı aktrisa Könül Yusifqızı özünün sosial şəbəkədəki hesabında yazıb. Aktrisa fikirlərinə daha sonra belə davam edib: 

"Kanalizasiyanı açanda üfunət iyi yayılan kimi, bax bu tip insanlar da kanalizasiyadır, gözləyirlər ki, qapaq açılsın, üfunət iylərini yaysınlar, iylənsinlər. Düşüncəsi, ruhu şikəst və fikirləri irinli, çirklidir ki, üst qata deyil, elə ancaq alt qatda onun-bunun altından yazmağa yarıyırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00