“Bakıdan Türk dünyasına”
Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində "Bakıdan Türk dünyasına" adlı şeir gecəsi keçirildi. Gecədə Qazaxıstan, Özbəkistan, Saxa Yakutiya, İran, Türkiyədən gənc yazar və şairlər öz şeirlərini səsləndirdilər. Tədbirin aparıcısı Ülkər Piri qonaqları və iştirakçıları salamlayaraq ilk olaraq çıxış üçün sözü Ekbər Qoşalıya verdi Tədbirdə çıxış edən Əkbər Qoşalı hər kəsi salamladı və iştirakçılara uğurlar arzuladı.
4 Dekabr 2017 18:08 SosialYunus Oğuza təşəkkürnamə təqdim edildi
Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində "Bakıdan Türk dünyasına" adlı şeir gecəsi keçirildi. Gecədə Qazaxıstan, Özbəkistan, Saxa Yakutiya, İran, Türkiyədən gənc yazar və şairlər öz şeirlərini səsləndirdilər. Tədbirin aparıcısı Ülkər Piri qonaqları və iştirakçıları salamlayaraq ilk olaraq çıxış üçün sözü Ekbər Qoşalıya verdi Tədbirdə çıxış edən Əkbər Qoşalı hər kəsi salamladı və iştirakçılara uğurlar arzuladı. Əkbər bəy Türk dünyasından ölkəmizə təşrif buyuran gənc yazarların bir sıra önəmli görüşlər keçirdiklərini, tarixi-mədəni abidələri ziyarət etdiklərini bildirdi. Daha sonra qardaş ölkələrdən gələn şairlər öz ana dillərində olan şeirlərini tədbir iştirakçıları üçün səsləndirdi.
Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva Türk dünyasının gənclərini salamladı. Qənirə xanım çıxışında bildirdi ki, tədbirdə iştirak edən türk dünyasının şairləri yaxşı olardı ki, Azərbaycanı, Qarabağı öz şeirlərində təsvir edərdilər. "Biz bir olmalıyıq, güclü olmalıyıq. Burda hər kəs özünü oxudu. Özümüzü oxumaqla biz bir ola bilməyəcəyik. Bu birliyi sərhədləri yararaq deyil, beynimizdəki və ruhumuzdakı sərhədləri yararaq nail olacağıq. Çox istərdim ki, gələn il biz Türk xalqları Qarabağda, Şuşada toplaşaq, bir olaq".
Daha sonra çıxış edən Pedaqoji Universitetin rektoru hər kəsə təşəkkür etdi. Tədbirdə Qazaxıstan hökuməti adından bir sıra ziyalılara təşəkkürnamələr təqdim olundu. Qazaxıstan höküməti tərəfindən "Olaylar" İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuza təşəkkürnamə təqdim edildi.
Nigar Adil