Sosial

Bakıda intihara cəhdin qarşısı alınıb

4 Dekabr 2017 17:36

Bakıda intihara cəhd olub. Məlumata görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Rayon sakini, 1983-cü il təvəllüdlü Taleh Aslanov yaşadığı binanın pilləkəninin məhəccərindən özünü asıb. Ailə üzvlərinin müdaxiləsi nəticəsində T. Aslanov son anda xilas edilib. O, xəstəxanaya yerləşdirilib. İntihara cəhdin səbəbləri araşdırılır.

Sumqayıtda da ödənişsiz “Wi-Fi” olacaq

4 Dekabr 2017 17:31

Sumqayıt dənizkənarı parkının ərazisində ödənişsiz “Wi-Fi” şəbəkəsinin yaradılması layihəsi baxılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim edilib. Bu barədə  “Aztelekom” MMC-nin Sumqayıt telekommunikasiya qovşağından məlumat verilib. Məlumatda qeyd olunur ki, şəbəkənin yaradılması ilə bağlı işlər layihənin qurum tərəfindən təsdiqlənməsindən dərhal sonra başlayacaq: “Hələlik ödənişsiz “Wi-Fi” şəbəkəsinin Sumqayıt dənizkənarı parkının ərazisində yaradılması nəzərdə tutulur.”

Reyhan Camalovanın ixtirasının beynəlxalq qeydiyyatı üçün kömək göstəriləcək

4 Dekabr 2017 17:30

Dekabrın 4-də Patent və Əmtəə Nişanları Mərkəzində gənc ixtiraçı Reyhan Camalova ilə görüş keçirilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, Mərkəzin baş direktoru v.i.e Günel Sevdimalıyeva Hindistanın Heydərabad şəhərində keçirilən VIII Qlobal Sahibkarlıq Sammitində iştirak edən və ixtirası ilə diqqət çəkən R.Camalovanı təbrik edib. O bildirib ki, dövlət başçısı tərəfindən qeyri-neft sənayesinin inkişafı məqsədilə həyata keçirilən islahatlar çərçivəsində ixtiraçılığın rolu, innovativ sənayenin təşviqi, texnologiyaların sənayeyə transferi və kommersiyalaşdırılması məsələləri mühüm aktuallıq kəsb edir.

Azercell-dən unikal “Virtual ATS” xidməti

4 Dekabr 2017 17:05

Azərbaycan rabitə bazarında ilklərə imza atan, unikal xidmətləri ilə seçilən  Azercell daha bir yeniliyi abunəçilərinə təqdim edir. Belə ki, ölkəmizdə ilk dəfə tətbiq olunan “Virtual ATS” həlli ilə şirkətlər rabitənin yeni səviyyəsindən yararlanacaqlar. Bu həll ilə şirkətlər smartfonlar üçün ATS-in təşkili, müştəri xidmətləri mərkəzinin yaradılması və reklam kampaniyaları keçirilən zaman çoxkanallı "qaynar xətt"-in qurulmasına nail ola biləcəklər. Bundan başqa, Virtual ATS həlli fərdi telesekretar, konfrans zəng, zənglərin idarə edilməsi və digər 10-a yaxın funksiyalarlarla bizneslərə eksklüsiv imkanlar verir. Hazırda əsas diqqətin xərclərə qənaətə yönəldiyi bir zamanda, bu həll ilə şirkətlər əlavə avadanlıq xərcləri çəkmədən səmərəliliyi artıracaqlar.

Seçki Məcəlləsindəki dəyişikliklər müzakirəyə çıxarılır

4 Dekabr 2017 16:59

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə ediləcək dəyişikliklər Milli Məclisin plenar iclasına çıxarılır. Məlumata görə, Məcəlləyə dəyişikliklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dekabrın 6-da keçiriən iclasında müzakirə ediləcək. Daha sonra isə qanun layihəsinin parlamentin dekabrın 15-də keçiriləcək iclasında müzakirə edilməsi gözlənilir.

ETSN və DSX birgə reyd keçirib, qanunsuz ovlanmış 2 baş cüyür aşkarlanıb

4 Dekabr 2017 16:58

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının Şəki rayon Baş Kəldək kəndinin dağlıq meşə ərazisində birgə keçirdikləri reyd zamanı qanunsuz cüyür ovlanması faktı aşkar edilib. Nazirlikdən  verilən məlumata görə, reyd  zamanı meşə ərazisində “Niva” markalı, 55 BD 533 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı başı boğazından kəsilmiş, dərisi soyulmuş, çəkiləri 9 və 13 kiloqram olan 2 baş cüyürün əti və 2 ov tüfəngi aşkar edilərək maddi sübut kimi götürülüb. 

Azərbaycan Beynəlxalq Hərbi Tibb Komitəsinin tam hüquqlu üzvü seçilib

4 Dekabr 2017 16:56

Hindistanın paytaxtı Nyu-Dehlidə keçirilən Beynəlxalq Hərbi Tibb Komitəsinin 42-ci Ümümdünya Konqresində Azərbaycan Respublikası bu komitənin tam hüquqlu üzvü seçilib. “OLAYLAR”-ın xəbərinə görə, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev isə Beynəlxalq Hərbi Tibb Komitəsində Azərbaycan Respublikasının Milli nümayəndəliyinin rəhbəri təyin edilib. 

Ağacan Abiyevin 80 illik yubileyi qeyd edilib

4 Dekabr 2017 16:55

Azərbaycan Milli Məclisinin deputatı, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyevin 80 illik yubileyi ilə bağlı tədbir keçirilib. MOK-un mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə Ağacan Abiyevin həyat yolunu əks etdirən film nümayiş etdirilib. Daha sonra tədbirə gələn qonaqlar, idman və elm xadimləri, idman federasiyasiyalarının nümayəndələri və digərləri onun həyat fəaliyyətini yada salıb, uğurlarından söz açıblar.

Ağsuda 20 kəndin içməli su təzhizatı yaxşılaşdırılır

4 Dekabr 2017 16:54

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq 170 kənddə icra olunan layihələrin böyük hissəsi uğurla yekunlaşıb. Layihələrin yekunlaşmasına və kəndlərə içməli suyun verilməsinə həsr olunmuş ilk açılış mərasimi Ağsu rayonunun Padar kəndində keçirilib.

15 rayonunda 27 kəndinin adı dəyişdirilir

4 Dekabr 2017 16:37

Dekabrın 4-də Milli Məclisin Toponomiya Komissiyasının növbəti iclası keçirilib.İslasda Azərbaycanın 15 rayonunda 27 kəndinin adının dəyişdirilməsi ilə bağlı məsələlərə baxılıb.

Dövlət qulluğuna qəbul üçün qeydiyyat sona çatır

4 Dekabr 2017 16:35

Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat sona çatır. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumatda bildirilib. DİM tərəfindən 17 dekabr 2017-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək. İmtahan kağız daşıyıcılar vasitəsilə aparılacaqdır.

“İş yerinə dair arayış” 752,4 min dəfə müraciət edilib

4 Dekabr 2017 16:27

Noyabr ayında “İş yerinə dair arayış” e-xidmətinə müraciətlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 56,8 faiz artıb İndiyədək bu e-xidmətə 752,4 min dəfə müraciət olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Olaylar”a verilən məlumata görə, “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidməti işəgötürənə müraciət olunmadan, bunun üçün müəyyən vaxt sərf edilmədən, istənilən vaxt iş yerinə dair arayış əldə edə bilməyə imkan verir.

Hacı Məmmədovun bu qəbirdə dəfn olunacağı gözlənilir

4 Dekabr 2017 16:22

DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, həbsxanada intihar etdiyi açıqlanan qanqster Hacı Məmmədovun meyitinin ailəsinə təhvil verilməsi və gözlənilən dəfni ətrafında qeyri-müəyyən vəziyyət davam edir.

Bürclərə görə 2018-ci ilin PROQNOZU: SARI İT İLİ kimlər üçün UĞURLU OLACAQ?

4 Dekabr 2017 16:05

Xəbər verdiyimiz kimi 2018-ci il Sarı İt ili üzərində təhvil olacaq. Zodiak işarələri üzrə qarşıdan gələn İt ili üçün astroloqların proqnozu.

Azərbaycanda hər zaman fikir və söz azadlığına böyük diqqət yetirilib

4 Dekabr 2017 15:54

Azərbaycan özünün demokratik ənənələrə sadiqliyi ilə seçilən ölkələr sırasında əzmlə irəliləyir, addımlayır. Ölkədə demokratik cəmiyyətlərə xas olan bütün hallar, xüsusiyyətlər inkişaf etdirilir, bu sahədə zaman-zaman məqsədyönlü islahatlar həyata keçirilir.