15 rayonunda 27 kəndinin adı dəyişdirilir

Dekabrın 4-də Milli Məclisin Toponomiya Komissiyasının növbəti iclası keçirilib.İslasda Azərbaycanın 15 rayonunda 27 kəndinin adının dəyişdirilməsi ilə bağlı məsələlərə baxılıb.

Dekabrın 4-də Milli Məclisin Toponomiya Komissiyasının növbəti iclası keçirilib.İslasda Azərbaycanın 15 rayonunda 27 kəndinin adının dəyişdirilməsi ilə bağlı məsələlərə baxılıb. Bu rayonlar sırasına Yevlax, Xızı, Oğuz, Şəmkir və digərləri daxildir. Toponomiya Komissiyasının iclasında kəndlərin adının müzakirəyə çıxarılmasına səbəb onların sovet ideologiyası ilə bağlı olmasıdır. Yeni adlar müəyyənləşdirilərkən həmin kəndlərin tarixi mənbələrdəki əsl adı axtarılaraq, bərpa ediləcək. Həmçinin, axtarış zamanı tarixi mənbələrdə həmin yerin adı olmasa, o yaşayış məntəqəsinin yerləşdiyi toponominin adı həmin kəndin adı kimi tövsiyə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31