Ağacan Abiyevin 80 illik yubileyi qeyd edilib

Azərbaycan Milli Məclisinin deputatı, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyevin 80 illik yubileyi ilə bağlı tədbir keçirilib. MOK-un mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə Ağacan Abiyevin həyat yolunu əks etdirən film nümayiş etdirilib. Daha sonra tədbirə gələn qonaqlar, idman və elm xadimləri, idman federasiyasiyalarının nümayəndələri və digərləri onun həyat fəaliyyətini yada salıb, uğurlarından söz açıblar.

Azərbaycan Milli Məclisinin deputatı, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyevin 80 illik yubileyi ilə bağlı tədbir keçirilib. MOK-un mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, tədbirdə Ağacan Abiyevin həyat yolunu əks etdirən film nümayiş etdirilib. Daha sonra tədbirə gələn qonaqlar, idman və elm xadimləri, idman federasiyasiyalarının nümayəndələri və digərləri onun həyat fəaliyyətini yada salıb, uğurlarından söz açıblar. Çıxış edənlər arasında Gənclər və İdman naziri Azad Rəhimov, Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev, görkəmli elm xadimi Nikolay Andreyeviç Putin, təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və s. yubiliyar barədə ürək sözlərini çatdırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31