Sosial

6 kq narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb

4 Dekabr 2017 15:52

Dövlət Gömrük Komitəsi Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin gətirilməsi barədə əməliyyat məlumatı daxil olub.

ADA Universiteti və Coca-Cola 40 min ağac əkib

4 Dekabr 2017 15:49

“Coca-Cola” və ADA Universitetinin birgə təşkilatçılığıilə həyata keçirilən“Ağac əkək, təbiətə töhfə verək” layihəsi çərçivəsində BMX Veloparkında növbəti agacəkmə aksiyası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, ADA Universitetinin tələbələri, “Coca-Cola”nın əməkdaşları və Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri ənənəvi olaraq şam və zeytun ağacları əkərək veloparkın 30 hektaradək ərazisinin yaşıllaşdırılmasını tamamlayıblar. Son 2 il ərzində məhz bu layihə çərçivəsində BMX Veloparkda 26,5 min şam və zeytun ağacları əkilib. Təşkilatçıların sözlərinə görə, bütün ağaclar damcı suvarma sistemi ilə təchiz edilib ki, bu da onların uzunömürlü olmasını və suvarma zamanı ildə 40 mln litr suya qənaətə səbəb olur.

İntellektual Birİnci Naxçıvanda

4 Dekabr 2017 15:49

“Azərbaycan İntellektual Birİncisi” layihəsinin Naxçıvan Muxtar Respublikasında Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə regional turniri Naxçıvan şəhərində keçirilib. “OLAYLAR”-a İctimai Birlikdən verilən məlumata görə, tədbirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Naziri Azad Cabbarov Azərbaycanda aparılan uğurlu gənclər siyasətindən, Naxçıvan Muxtar Respublikasında da gənclərin inkişafı üçün atılan addımlardan bəhs edib. “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov qeyd edib ki, Ölkəmizdə gənclərə, onların inkişafına dəstək istiqamətində çox addımlar atılır. Rəsmilərin çıxışı başa çatdıqdan sonra komandalar 4 intellektual oyun üzrə yarışıblar.

Bakı əhalisinin sayı açıqlandı

4 Dekabr 2017 15:37

İlin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 12,6 min nəfər və ya 0,5 faiz artaraq 2017-ci il oktyabr ayının 1-i vəziyyətinə 2 milyon 258 min 400 nəfərə çatıb. Bakı şəhər Statistika İdarəsindən  verilən məlumata görə, əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 1055 nəfər olub. 2017-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə əhalinin ümumi artımı, əsasən, təbii artım hesabına baş verib.

Bakı rayonlarında orta aylıq maaş açıqlandı - CƏDVƏL

4 Dekabr 2017 15:35

2017-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə siyahı tərkibində olan işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1607 nəfər artaraq 696446 nəfər olub.

Səhiyyə Nazirliyi: Ölkədə kəskin respirator xəstələnmə halları qeydə alınır

4 Dekabr 2017 15:20

“Mövsümlə, yəni havaların soyuması ilə bağlı bütün dünyada olduğu kimi, Azərbaycanda da əhali arasında müəyyən kəskin respirator xəstələnmə halları qeydə alınır”. Bunu Səhiyyə Nazirliyinin Vəli Axundov adına Elmi – Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Lalə Rüstəmova deyib.

Türkün qızıl kitabı adlanan “Генезис тюрка и тюркского языка (на основе клинописи)” kitabı işıq üzü görüb

4 Dekabr 2017 15:10

ABŞ da yaşayan gökəmli türkçü alimimiz Tariyel Azərtürkün 1300 səhifəlik Türkün qızıl kitabı adlanan “Генезис тюрка и тюркского языка (на основе клинописи)” kitabı axır ki, ərsəyə gəldi və kitab Qırğızıstanda işıq üzü gördü.

Sürüşmələr aktivləşib, yeni sürüşmə-uqçun sahələri yaranıb - SİYAHI

4 Dekabr 2017 14:56

Respublika ərazisində sürüşmə və uçqun sahələrinin vəziyyəti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, Astara rayonunda Miki və Kijəbə, Deqədi-Pəlikəş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-də uçqun və sürüşmə sahələrində atmosfer yağıntılarının təsirindən aktivlik qeydə alınıb.

Azərbaycanda 25 hiss edilən zəlzələ olub

4 Dekabr 2017 14:55

2017-ci ilin 11 ayı ərzində Azərbaycan və ona həmsərhəd olan ərazilərdə 9 min yeraltı təkan qeydə alınıb. Bunu  Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib. "Bunlardan 3642-si yerli, yəni Azərbaycan ərazisində baş verən zəlzələlərdir. Beş mindən çoxu isə Azərbaycan və ona bitişik ərazilərdə baş verən zəlzələlərdir. Bu il respublika ərazisində 25 hiss olunan zəlzələ olub", - mərkəz rəsmisi bildirib.

Nefçilərin dəhşətli faciəsindən 2 il keçir

4 Dekabr 2017 14:43

Dekabrın 4-də Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş dəhşətli qəzadan 2 il ötür. Xatırladaq ki, 2015-ci il dekabrın 4-də şimal küləyinin sürəti saniyədə 38-40 metr, dalğanın hündürlüyü açıq dənizdə 8 metr və daha çox olub. Axşam saatlarında eyni istiqamətdə ara verməyən külək daha da güclənib, dalğaların hündürlüyü 9-10 metrə çatıb.

Hərraca 134 dövlət əmlakı çıxarılacaq

4 Dekabr 2017 14:41

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2018-ci ilin ilk hərracının tarixi elan edilib.“Olaylar” komitəyə istinadən xəbər verir ki, gələn ilin 9 yanvarında keçiriləcək hərraca ümumilikdə 134 dövlət əmlakı çıxarılıb. Hərraca çıxarılan əmlakların 60-ı kiçik dövlət müəssisə və obyekti, 56-sı istifadəsiz qeyri-yaşayış sahəsi, 18-i isə səhmdar cəmiyyətlərdir. Bu hərraclarda istənilən fiziki və hüquqi şəxs iştirak edə bilər. Vətəndaş hərraca çıxarılan hər bir əmlakla komitənin rəsmi saytında emdk.gov.az o cümlədən privatization.az saytında tanış ola bilir. Hərraca çıxarılan 60 kiçik dövlət müəssisə və obyektlərinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək.

Fikrət Məmmədov Cəlilabadda qəbul keçirəcək

4 Dekabr 2017 14:36

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən dekabrın 5-də Cəlilabad rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Torpaqlar niyə təyinatı üzrə istifadə edilmir?

4 Dekabr 2017 14:32

Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış müvafiq sərəncamla Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Qanun təsdiq olunub. Sərəncamla torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma və dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinə dair qanunsuz qərar vermə ilə əlaqədar cəzalar sərtləşdirilib.

Şiddət və təhqiri seçən qadınlar- Nigar Adil yazır...

4 Dekabr 2017 14:23

Azərbaycan ailələrinin əksəriyyətinin evlilik həyatı kağız üzərindədi. Və tərəflər bunu uşaqların boynuna qoyaraq çox zaman ömürlərinin sonlarına qədər də belə “yaşayırlar”. Üstəlik bunu da uşaqlara görə, onları düşünərək etdiklərini fəxr və qəhrəmancasına etiraf edirlər. Başlamadan bitən evliliklərini uşağa minnət yeri qoyanlar, əslində uşaqlara cəhənnəmi yaşatdıqlarını hiss etmirlər, yəqin.