Sosial

Əcnəbi valideynlərin uşaqlarının doğum haqqında sənədinin qeydiyyat qaydası dəyişib

4 Dekabr 2017 14:11

Ədliyyə Nazirliyinin Kollegiyası “Doğum haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişikliklər edib.

QİÇS-lə Mübarizə Günü qeyd olunub

4 Dekabr 2017 14:01

Paytaxt məktəblərində Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunan maarifləndirici tədbir, konfrans, “Dəyirmi masa” və mühazirələr təşkil edilib. Həmçinin, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib, divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb. Tədbirlərin təşkilində əsas məqsəd şagirdləri İİV/QİÇS, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.

Komitə sədri: “Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti postuna seçilməsi bütövlükdə Azərbaycanın uğurudur”

4 Dekabr 2017 13:57

“Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti postuna seçilməsi bütövlükdə Azərbaycanın uğurudur. Bu, Azərbaycan dövlətinin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğurudur.

Elçin Hüseynbəyli yazır... Anlamaq dərdi...

4 Dekabr 2017 13:48

Bu adda məşhur əsər də var. Çoxlarınız oxuyub, ya da eşidib, yəqin... Səhər idman meydanına gedəndə qarşımdan bir sürü qara-qura it keçdi. “Yenə də itlər!?” deyə ürəyimdə acıqlandım, “şəhəri it basıb!” Amma bu söhbəti sonra edəcəm. Gələn köşəmdə. İndi isə daha aktual məsələdən danışmaq istəyirəm...

Paytaxtın məşhur otelində nələr baş verir?

4 Dekabr 2017 13:46

Azərbaycanda bir qayda olaraq xarici şirkət və firmalarda, eləcə də birgə müəssisələrdə çalışan işçilərinin hüquqlarının kobud şəkildə pozulması barədə müntəzəm olaraq fikirlər səsləndirilir, məsələ gündəmə gəlir.

Uşaqlar və hamilə qadınlar arasında anemiya halları artır

4 Dekabr 2017 13:44

Hazırda dünyada ən geniş yayılmış anemiya forması dəmir defisitli anemiyadır (DDA). Statistik məlumatlara görə, dəmir defisitindən dünyada 2 milyarddan artıq insan əziyyət çəkir. Anemiyanın həm böyüklərə, həm də uşaqlara mənfi təsirlərinin olması elmi cəhətdən sübut edilib. Belə ki, hamiləlik və doğuş zamanı ana ölümünün 40%-i anemiya ilə əlaqədardır.

Bələdiyyə vergisinin toplanmasına nə mane olur?

4 Dekabr 2017 13:42

Bələdiyyələrin maliyyə vasitələrinin və bələdiyyə büdcəsinin formalaşmasında fiziki şəxslərdən toplanan torpaq və əmlak vergiləri, yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik olan çınqıl xammalı) üzrə mədən vergisi və digər vergilər mühüm yer tutur.

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik

4 Dekabr 2017 13:40

Bakutel-2017 23-cü beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları" sərgisi və konfransı çərçivəsində yeni şəxsiyyət vəsiqələrinin təqdimatı keçiriləcək. Bunu sərginin açılışına həsr olunmuş mətbuat konfransı zamanı Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Bakıda yanğın – 34 nəfər təxliyə edildi

4 Dekabr 2017 13:28

Bakıda yaşayış binasında yanğın olub, 34 nəfər təxliyə edilib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 196 ünvanda 17 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinədək şaxtadan keçən elektrik kabelləri 50 p.m yanıb.Yanğın zamanı tüstülənmiş mənzillərdən 34 nəfər təxliyə edilib. Təxliyə edilən şəxslərdən ikisi tüstüdən zəhərlənmiş halda xəstəxanaya aparılıb.Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Sürücü hadisə yerində ölüb

4 Dekabr 2017 13:23

Abşeron rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 3-də saat 6:00 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Əli Hacıyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yol ayırıcısına vurub. Sürücü hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Cinayətlərin açılması 85,5 faiz təşkil edib

4 Dekabr 2017 13:21

Cari ilin 9 ayında DİN və prokurorluq orqanları üzrə qeydə alınan cinayətlərin açılması 1,2 faiz yaxşılaşaraq 85,5 faiz təşkil edib. “Olaylar” DİN-in rəsmi saytına istinadənə xəbər verir ki, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov nazirlikdə keçirilən kollegiya iclasında deyib. Qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlərin, qəsdən adam öldürmələrin, odlu silahla törədilən cinayətlərin, dələduzluqların, avtonəqliyyat vasitələrinin qaçırılmasının, hədə-qorxu ilə tələb etmələrin, quldurluqların, soyğunçuluqların, habelə xuliqanlıqların, yol-nəqliyyat hadisələrinin, qəzalarda həlak olanların və xəsarət alanların sayı azalıb. Qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin, adam öldürməyə cəhdlərin, qəsdən sağlamlığa ağır zərər vurmaların, oğurluqların, soyğunçuluqların, quldurluqların, hədə-qorxu ilə tələb etmələrin, avtonəqliyyat vasitələrinin qaçırılması cinayətlərinin açılması da yaxşılaşıb.

Məktəb bufetlərində nələr satılır? - VİDEO+FOTOLAR

4 Dekabr 2017 13:13

Dünyanın əksər ölkələrində məktəbyaşlı uşaqların kütləvi piylənməsi müşahidə edilir. Buna səbəb məktəblilərin düzgün qidalanmaması, "fast-food" və qazlı içkilərdən daha çox istifadə etməsi göstərilir. Tez hazırlanan "fast-food"lar ölkəmizdə də uşaqların gündəlik və sevimli yeməyidir.

XƏBƏRDARLIQ- Qar yağacaq

4 Dekabr 2017 13:02

Sabah Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı proqnoz açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, dekabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.

Milli Məclis dekabrın 29-da sonucu dəfə yığışacaq

4 Dekabr 2017 12:53

Azərbaycan Milli Məclisinin (MM) 2017-ci ildə və payız sessiyasında keçiriləcək sonuncu plenar iclasının tarixi açıqlanıb. Məlumata görə, MM-in sonuncu plenar iclası dekabrın 29-da olacaq. Bu tarixə qədər parlamentin daha iki plenar iclası keçiriləcək. Həmin iclaslar dekabrın 15-də və 22-də olacaq. Qeyd edək ki, MM-in sonuncu plenar iclası dekabrın 1-də keçirilib.

Hacı Məmmədov hansı müğənniyə "Mercedes" bağışlamışdı? - Qanqsterin himayədarlıq etdiyi məşhurlar - SİYAHI

4 Dekabr 2017 12:44

Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov həm də bir çox müğənnilərin dostu kimi də tanınırdı. Bu müğənnilər sırasında mərhum xalq artisti İlhamə Quliyeva, Brilyant Dadaşova, əməkdar artistlər Manana Caparidze, Eyyub Yaqubov və Mətanət İsgəndərlinin də adı var. H. Məmmədov vaxtilə onları Qusarda yerləşən "Qarabulaq" restoranına toplayaraq, ziyafətlər təşkil edib. Həmin ərəfədə sözügedən müğənnilərin Hacı Məmmədovla fotoları da yayılırdı.