Ağsuda 20 kəndin içməli su təzhizatı yaxşılaşdırılır

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq 170 kənddə icra olunan layihələrin böyük hissəsi uğurla yekunlaşıb. Layihələrin yekunlaşmasına və kəndlərə içməli suyun verilməsinə həsr olunmuş ilk açılış mərasimi Ağsu rayonunun Padar kəndində keçirilib.

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq 170 kənddə icra olunan layihələrin böyük hissəsi uğurla yekunlaşıb. Layihələrin yekunlaşmasına və kəndlərə içməli suyun verilməsinə həsr olunmuş ilk açılış mərasimi Ağsu rayonunun Padar kəndində keçirilib. "Azərsu" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, "Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC-nin direktoru Ramin Sadıqov əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib. R.Sadıqov bildirib ki, sərəncama əsasən, respublikanın 28 rayonunun 170 kəndində layihə icra olunub. Bu layihələrdən ümumilikdə 271 min nəfər kənd sakini faydalanacaq. Cari ilin may-iyun aylarından kəndlərdə tikinti-quraşdırma işlərinə başlanılıb və indiyədək işlərin 95 faizə qədəri icra edilib. Bu günaçılış mərasimi keçirilən  Padar kəndinin su təchizatının yaxşılaşdırılması məqsədilə 1,6 kilometr kənddaxili su xətti çəkilib, 12 ədəd bulaq quraşdırılıb. Növbəti illərdə Ağsu rayonunun su çatışmazlığı müşahidə olunan digər kəndlərində belə layihələrin həyata keçirilməsi üçün araşdırmalar aparılır.

Qeyd edək ki, Ağsu rayonunda icra olunan layihə 20 yaşayış məntəqəsini - Padar, Ərəbmehdibəy, Dədəli, Qasımbəyli, Növcü, Yuxarı Növcü, Məlikçobanlı, Hacıqədirli, Ərəbsarvan, Axundlu, Gursulu, Kəlağaylı, Nəmirli, Bənəcik, Göydəlləkli, Xəlilli, Qaraməmmədli, Navahı, Ülgüc və Bico kəndlərini əhatə edib. Layihəyə əsasən, 18 kəndə içməli suyun Külüllü mənbəyindən, Bico və Gəgəli kəndlərinə isə digər mənbələrdən verilməsi nəzərdə tutulub. İndiyədək 18 kənddə layihənin icrası yekunlaşıb, içməli suyun verilməsinə hazırlıq görülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31