Sosial

Qafqaz Müsəlmanları İdarəsi Qüdslə bağlı bəyanat yayıb

12 Dekabr 2017 13:12

Qafqaz Müsəlmanları İdarəsibəyanat yayıb. QMİ-dən daxil olan bəyanatda deyilir: "Səmavi dinlər üçün müqəddəs sayılan və ilk qibləgahımız olan Qüds ətrafında son günlər baş verənlər, təbii ki, hər bir mömin, inanclı insan üçün həssasiyyət kəsb edir.

Jurnalist adından sui-istifadəyə görə ağır cəza... - Ekspert

12 Dekabr 2017 12:45

İndiki şəraitdə bu qanuna əlavə və düzəliş etməyə ehtiyac yoxdur. Onsuz da son vaxtlar KİV haqqında qanunda maddələrin çoxu dəyişdirilib. Bu sözləri  media eksperti, professor Qulu Məhərrəmli kütləvi informasiya azadlığından və ya jurnalist hüququndan sui-istifadə edən mətbu nəşrlərin fəaliyyətinin iki ay müddətində dayandırılması barədə qanun layihəsinin müzakirə olunmasına münasibət bildirərkən söyləyib. O vurğulayıb ki, media cəmiyyət adından ictimai nəzarəti həyata keçirdiyinə görə bu cür qanun layihələrinin təklif olunması media azadlığını müəyyən qədər məhdudlaşdırır:

Nəsimi rayonunda Ulu Öndərin anım mərasimi keçirilib

12 Dekabr 2017 12:15

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. “Olaylar” xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutan mərsimdə rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov dahi şəxsiyyət, hələ sağlığında canlı əfsanəyə çevrilmiş, Ümummilli lider Heydər Əliyevin həyatına və heç bir ölçüyə və sərhədə sığmayan xidmətlərinə həsr olunmuş geniş nitq söyləyib. Natiq qeyd edib ki, Heydər Əliyev siyasətdə həm ənənəvi, həm də müasir lider obrazında təzahür edən, təmsil etdiyi dövlətin və xalqın ümummilli liderinə çevrilməyi bacaran və onun çərçivəsini göstərən, onun idealını, obrazını yaradan dahi və müdrik bir şəxsiyyətdir.

Finalçılar bəlli oldu

12 Dekabr 2017 11:29

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən gənc fiziklərin və kimyaçıların yaradıcılıq müsabiqələrinin rayon mərhələsinin nəticələri bəlli olub.

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşulub

12 Dekabr 2017 11:27

Bakı-Sumqayıt-Bakı istiqamətində sərnişin sıxlığının tənzimlənməsi məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC bir sıra tədbirlər həyata keçirib.

İzmir Bələdiyyəsinin nümayəndə heyəti Nəsimi rayon İcra Hakimiyyətində olub

12 Dekabr 2017 11:23

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının İzmit Bələdiyyəsinin nümayəndə heyəti Nəsimi rayon İcra Hakimiyyətində olmuşlar. İcra Hakimiyyətindən “Olaylar”a verilən məlumata görə, Nümayəndə heyətini qəbul edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov paytaxtımızın mərkəzi rayonu olan Nəsimi rayonunun tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri barədə ətraflı məlumat vermişdir.

Nazir vətəndaşları qəbul edəcək

12 Dekabr 2017 11:19

Dekabrın 21 – də Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov  Yevlax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Yevlax, Mingəçevir, Ağdaş, Goranboy, Naftalan, Qəbələ, Oğuz və İsmayıllı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. 

“Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir 

11 Dekabr 2017 20:07

Dekabrın 11 - də Bilik Fondu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası və Hərb Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə  “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib.   Olaylar.az bildirir ki, zabitlərin, əsgərlərin, Yasamal rayonu 53 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə Akademiyanın dosenti, tarix elmləri doktoru Mehman Süleymanovun həmin mövzuda mühazirəsi dinlənilib.

Xəbərdarlıq: Kompyuterdə işləyərkən, bu qaydalara mütləq əməl edin...

11 Dekabr 2017 20:05

Hamımızın bildiyinə görə, müasir dövrdə bir çox insanlar ofislərdə oturaq həyat sürərək özlərinə bir çox xəstəlilər qazanırlar. Ofis işi adətən monitor qarşısında oturmaqdır ki, bu da əzələ hərəkətsizliyi və səhv qamətdən daha böyük problemlər yarada bilir. Bundan əlavə görmə qabiliyyəti pisləşir və daimi baş ağrıları müşahidə olunur.

D vitamini orqanizmə nə üçün lazımdır?

11 Dekabr 2017 19:55

İlk olaraq qeyd edək ki, D vitamini bir neçə formada olur. Bu vitaminin D1,D2,D3,D4,D5 kimi formlar mövcuddur. Lakin insan orqanizmi üçün vacib rol oynayan D2 və D3 formalarıdır.