Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşulub
Bakı-Sumqayıt-Bakı istiqamətində sərnişin sıxlığının tənzimlənməsi məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC bir sıra tədbirlər həyata keçirib.
12 Dekabr 2017 11:27 SosialBakı-Sumqayıt-Bakı istiqamətində sərnişin sıxlığının tənzimlənməsi məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC bir sıra tədbirlər həyata keçirib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, bu məqsədlə dekabr ayının 11-dən 15-dək (15-i daxil olmaqla) Bakıdan saat 18.30-da yola düşən 6013 nömrəli, Sumqayıtdan saat 07.45-də yola düşən 6006 nömrəli Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşulub. Beləliklə, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarıbirləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31