İzmir Bələdiyyəsinin nümayəndə heyəti Nəsimi rayon İcra Hakimiyyətində olub
Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının İzmit Bələdiyyəsinin nümayəndə heyəti Nəsimi rayon İcra Hakimiyyətində olmuşlar. İcra Hakimiyyətindən “Olaylar”a verilən məlumata görə, Nümayəndə heyətini qəbul edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov paytaxtımızın mərkəzi rayonu olan Nəsimi rayonunun tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri barədə ətraflı məlumat vermişdir.
12 Dekabr 2017 11:23 SosialAzərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının İzmit Bələdiyyəsinin nümayəndə heyəti Nəsimi rayon İcra Hakimiyyətində olmuşlar. İcra Hakimiyyətindən "Olaylar"a verilən məlumata görə, Nümayəndə heyətini qəbul edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov paytaxtımızın mərkəzi rayonu olan Nəsimi rayonunun tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri barədə ətraflı məlumat vermişdir. Asif Əsgərov ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin, xalqlarımızın biri-birinə nə qədər yaxın olmasını vurğulayan natiq Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsindən, onun xalqımıza gətirdiyi bəlalardan söz açmışdır.
Ölkəmizdə səfərdən məmnunluq hissi keçirdiyini deyən nümayəndə heyətinin rəhbəri, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının başçısı və Heydər Əliyev Mədəniyyət Mərkəzinin rəhbəri Bilal Dündar Azərbaycanın inkişafından qürür duyduğunu bildirdi. O, təmsil etdiyi bələdiyyə ilə Bakı şəhəri Nəsimi bələdiyyəsi arasında dostluq və qardaşlıq münasibətlərinin davam etdirilməsinin vacibliyindən danışdı. Eyni zamanda qeyd etdi ki, Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Ümumilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirdə iştirakları nümayəndə heyətinin hər bir üzvünün ürəyincə olmuşdur. Sonra nümayəndə heyətinin üzvü "Hüriyyət" Xəbərlər agentliyinin təmsilçisi Mustafa Bağdıken 1999-cu ilin 17 avqustunda baş vermiş zəlzələnin faciələrindən danışdı. Baş vermiş fəlakətin aradan qaldırılması üçün ilk köməyə gələn dövlətin Azərbaycan olduğunu bildirdi.