Sosial
Azərbaycanda söz və məlumat azadlığı, plüralizmin əsas təminatçısı məhz Heydər Əliyev olub
Demokratik cəmiyyətlərin başlıca göstəricilərindən biri də fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin edilməsidir. Adətən hər bir demokratik ölkədə bu prinsiplər qorunub-saxlanılır, inkişaf etdirilir. Bəs Azərbaycanda bu istiqamətdə vəziyyət necədir? Bu və ya digər suallarla bağlı Bizim Gənclik İctimai Birliyinin sədr müavini Soltan Əsgəroğlu ilə söhbətlışdik.
İctimai Birlik tədbir keçirdi
"Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə dekabr ayının 4, 5, 6, 7 –də Bərdə, Ağcabədi, Tərtər, Goranboy rayonlarında gənc sahibkarların marketinq rəqabətinin artırılması mövzusunda tədbir keçirmişdir.
Neftçi yoldaşını bıçaqlayıb öldürdü
Dekabrın 12-də saat 11-50 radələrində Neft Daşlarında SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.
Dövlət Xidməti fermerlərə xəbərdarlıq edib
Kənd Təsərrüfatı Nazirliyiyanında Dövlət Fitosanitar Nəzarəti Xidməti fermerlərə xəbərdarlıq edib. Nazirlikdən verilən məlumata görə, xüsusi təhlükəli zərərvericilərdən olan mərmər bağacığının (Halyomorpha halys Stal) müxtəlif meyvə, tərəvəz və bəzək bitkilərinə kütləvi zərər vurması MDB məkanında ilk dəfə 2015-ci ilin payız aylarında Soçi şəhərində müşahidə olunub. Az sonra zərərvericinin Gürcüstanın müxtəlif ərazilərində fındıq bağlarına, eləcə də digər kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vurduğu aşkar olunub. 2016-cı ildə aparılmış müşahidələr zamanı bu zərərvericilərin Rusiyanın Qara dəniz sahillərində və Abxaziyada meyvə bağlarına ciddi zərər vurduğu, meyvələri yararsız hala saldığı müəyyən edilib. Mərmər bağacığının Abxaziyanın Qulripşski və Suxumi rayonları ərazisində kütləvi çoxalması nəticəsində xurma, fındıq, qoz, şaftalı və naringi ağaclarına ciddi ziyan dəyib.
İnandığımız və aldandığımız sima- Nigar Adil yazır...
Səhər metrostansiyaların birində qatarda Eldar Mansurovun ağ –qara fotosunu gördüm. İlk hansı hissi keçirdim yadımda deyil. Uzun zamandı mətbuatda, televiziyada görmədiyim bəstəkar metroda qarşıma çıxdığı üçün təəccübləndimmi, ya sevindimmi, bilmirəm. Səhər saatlarında qatarlardakı izdihamdan xəbərdar olmayan yoxdu. İnsanların başlarının, qollarının arasında rəsmin ətrafına yazılan sözləri oxumağa çalışdım. "Yəqin, bəstəkar konsertini reklam edir, insanları məlumatlandırır", – deyə düşündüm. Amma...
Fuad Muradov: “Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda böyüməsinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub”
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələr həm inkişaf etməyə başladı, həm də uzunmüddətli perspektiv açıldı. Xüsusilə gənclər hər zaman ulu öndərimizin diqqət mərkəzində olub. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib. F.Muradov bildirib ki, ulu öndərin elə ilk fərmanlarından birinin Gənclər və İdman Nazirliyinin yaradılması ilə bağlı olması, ardınca Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi buna bariz nümunədir: “Ulu öndər özü həmin forumda iştirak edib gənclərimizin fikirlərini öyrənərək, Azərbaycan gənclərinin gələcək inkişafının təməlini qoyaraq həmin forumların silsilə şəklində keçirilməsinə nail oldu.
Metroda bədbəxt hadisənin qarşısı alınıb
Bu gün saat 12:15 radələrində Bakı metrosunun "Nəsimi" stansiyasında 1987-ci il təvəllüdlü Paşayev Oktay Nazim oğlu stansiya yoluna yıxılıb. “OLAYLAR” -ın xəbərinə görə, bu barədə məlıumat yayan qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkət edən qatardan düşən sərnişin digər xəttin stansiya yoluna düşüb.
BMU–da dünyanın 35-ci qadın kosmonavtı ilə görüş keçirilib
ABŞ astronavtı Heidemarie Martha Stefanyshyn-Piper ABŞ səfirliyinin dəstəyi ilə Bakı Mühəndislik Universitetində tələbələrlə görüş keçirib. Təıhsil ocağından “OLAYLAR”-a bildirilib ki, Universitetin audit xidmətinin rəhbəri Yavər Məmmədov qonağı və tədbir iştirakçılarını salamlayıb, təşkil olunan tədbirin çox maraqlı olacağını auditoriyanın diqqətinə çatdırıb.
Heydər Əliyevin ən çox sevdiyi... - 21 sual, 21 cavab
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə ünvanlanan 21 suala verdiyi 21 cavabı təqdim edirik:
Telman İsmayılovun tutdurduğu Suren Xaçaturovu Ermənistanda həbsdən buraxdılar
Telman İsmayılovun ifadəsi əsasında qaldırılmış cinayət işinin istintaqı çərçivəsində barəsində həbs qərarı verilmiş Rusiya vətəndaşı, Ermənistana qaçan və orada saxlanılan Suren Xaçaturov həbsxanadan buraxılıb. Onu səhhətinin ağır olması ilə bağlı məhbuslar üçün nəzərdə tutulmuş müalicə müəssisəsindən mülki xəstəxanaya köçürüblər.
Bəzi əmək vərdişləri müasir əmək bazarının tələblərinə cavab vermir
Müasir dünyanın sürətli inkişaf mərhələsində ixtisaslı kadrların hazırlanması vacib məsələlərdən hesab olunur. Belə bir şəraitdə ənənəvi ixtisasların yeni əmək bazarına uyğunlaşdırılması və müasir tələblərə cavab verən kadrların hazırlanması zərurəti yaranır.
Azərbaycanda yol müharibələri: bir həftəyə 27 ölü, 53 yaralı...
Azərbaycanda son günlər ölümlə nəticələnən yol-qəza hadisələrinin sayı kəskin şəkildə artıb. Daxili İşlər Nazirliyinin istirahət günlərinə açıqladığı rəsmi statistikaya görə, respublika ərazisində 17 qəza hadisəsi qeydə alınıb. İki gündə 12 nəfər ölüb, 17 nəfər yaralanıb.
Əbülfəs Qarayev vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sabirabadda vətəndaşları qəbul edəcək. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, qəbul dekabr ayının 15-də baş tutacaq. Qəbulda Sabirabad rayonu ilə yanaşı Şirvan şəhəri, Hacıqabul, Saatlı rayonlarından olan vətəndaşlar iştirak edəcək.
Göyçayda mikroavtobus aşıb, xeyli sərnişin xəsarət alıb
Göyçay rayonunda mikroavtobus aşıb. Göyçay-Sumqayıt sərnişin mikroavtobusunun yoldan çıxaraq aşdığı bildirilir. Hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçayın Bığır kəndindən keçən hissəsində baş verib. İlkin məlumata görə, çoxlu sayda xəsarət alan var.
Meteohəssas insanlarda narahatlıq hissi yaranacaq
Bakı və Abşeron yarımadasında dekabrın 13-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. ETSN-dən verilən məlumata görə, havanın temperaturu gecə 5-8° isti, gündüz 10-13° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80% olacaq.














