Nəsimi rayonunda Ulu Öndərin anım mərasimi keçirilib
Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. “Olaylar” xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutan mərsimdə rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov dahi şəxsiyyət, hələ sağlığında canlı əfsanəyə çevrilmiş, Ümummilli lider Heydər Əliyevin həyatına və heç bir ölçüyə və sərhədə sığmayan xidmətlərinə həsr olunmuş geniş nitq söyləyib. Natiq qeyd edib ki, Heydər Əliyev siyasətdə həm ənənəvi, həm də müasir lider obrazında təzahür edən, təmsil etdiyi dövlətin və xalqın ümummilli liderinə çevrilməyi bacaran və onun çərçivəsini göstərən, onun idealını, obrazını yaradan dahi və müdrik bir şəxsiyyətdir.
12 Dekabr 2017 12:15 SosialNəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. "Olaylar" xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutan mərsimdə rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov dahi şəxsiyyət, hələ sağlığında canlı əfsanəyə çevrilmiş, Ümummilli lider Heydər Əliyevin həyatına və heç bir ölçüyə və sərhədə sığmayan xidmətlərinə həsr olunmuş geniş nitq söyləyib. Natiq qeyd edib ki, Heydər Əliyev siyasətdə həm ənənəvi, həm də müasir lider obrazında təzahür edən, təmsil etdiyi dövlətin və xalqın ümummilli liderinə çevrilməyi bacaran və onun çərçivəsini göstərən, onun idealını, obrazını yaradan dahi və müdrik bir şəxsiyyətdir.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin ömür yolu, həmişə uğur və qələbələrlə müşayiət olunan mübarizəsi iki minilliyi qovuşduran onilliklərdə tariximizin şərəf kitabının ən parlaq və zəngin səhifələrini təşkil edir. Milli tariximizin Heydər Əliyev zirvəsi gələcəyə gedən yolumuzu aydın görməyə geniş imkan yaratdığı kimi, keçmişimizi, xüsusən, yaxın dünənimizi də doğru-düzgün dəyərləndirməyimiz üçün dolğun mənzərə açır.Tariximizin ən böyük simalarının ön cərgəsində dayanmaq haqqı qazanmış Heydər Əliyev XX əsrin sonlarında və XXI əsrin əvvəllərində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin təşəbbüsçüsü və müəllifi olmuşdur. Müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızın qloballaşan dünyaya inteqrasiyası, cəmiyyətin və dövlətin demokratik dəyərlər əsasında idarə edilməsi, habelə dövlətimizin sosial-iqtisadi inkişafı, insan hüquqlarının ali dəyərlər kimi tanınması və təmin olunması sahəsindəki fəaliyyəti onun ulu öndərin layiqli siyasi davamçısı olmasını təzahür etdirir, Azərbaycanın dövlət müstəqilliyinin əbədi olmasına və yüksələn üçrəngli bayrağın heç zaman enməyəcəyinə hər bir Azərbaycan vətəndaşında böyük inam yaradır. Tədbirdə Ulu Öndərin keçirdiyi mənalı ömür yoluna həsr olunmuş video çarx nümayiş olunmuş, mərasim iştirakçıları ulu öndərin parlaq və unudulmaz xatirəsini dərin minnətdarlıq hissi ilə yad ediblər.