Sosial
Sağlam yuxu üçün lazım olan məhsullar...
Yuxu ilə bağlı problemlərin səbəbi müxtəlif olduğu kimi onların müalicə üsulu da müxtəlifdir. Yuxunun tənzimlənməsi üçün bəzi məhsulların mütəmadi olaraq qəbulu məsləhət görülülr.
Bu zəhər, ilan zəhərindən 30 dəfə güclüdür!
Arı zəhəri arının zəhər vəzilərindən əmələ gələn şəffaf mayedir, çox mürəkkəb tərkibə malikdir. Bəzən “apitoksin” də adlandırılan həmin mayeni ilk dəfə 1897-ci ildə Çexiyada öyrənməyə başlayıblar. Sonrakı tədqiqatlar göstərib ki, arı zəhərinin tərkibində çox vacib olan amin turşuları kompleksi, zülallar, mineral maddələr və s. var.
Alimlər beynin qocalmasının səbəbini açıqladılar!
Alimlər insan beyninin qocalmasının genetik proqramını kəşf ediblər. Sən demə, ahıl yaşlarda beynin qocalmasının, yaddaşın və əqlin zəifləməsinin başlıca mexanizmi sinir hüceyrələrinin genomlarında təsadüfi mutasiyaların toplanmasından ibarətdir. “RİA Novosti” saytında yer alan məlumata görə, son illər alimlər arasında belə bir mübahisə yenidən qızışıb: qocalma və ölüm prosesi nədən ibarətdir? Bəzi bioloqlar və evolyusionistlər hesab edirlər ki, bu proses təsadüfü xarakter daşımır və yeni nəslə yol açmaq üçün orqanizmi zəifləməyə və ölməyə məcbur edən “ölüm proqramı” deyilən özünəməxsus genlər dəsti ona nəzarət edir.
Diqqət: Toz orqanizmdə bronxial astma və allergiya yaradır!
Toz - məişət həyatının ayrılmaz hissəsidir. Ev, ofis və ümumilikdə bizi əhatə edən hər bir əşyanın üzərinə yəğılan toz, insan orqanizmini sağlamlığa bir başa təsir edir. Məhz bu səbəbdən tozla mübarizə aparmaq istəyirsinizsə, həftədə 1 dəfə əsaslı ev yığışdırılmasında deyil, gündəlik olaraq mübarizə aparmaq lazımdır.
Qışda niyə tez-tez xəstələnirik? - Alim səbəbi göstərib VACİB XƏBƏRDARLIQ ETDİ
“Qışda psixoloji olaraq bədən xəstələnir. Bunun da başlıca səbəbi günəşsizlikdir. Ona görə içəridə qalmayın”. Bu sözləri Türkiyəli daxili xəstəliklər üzrə həkim, kardioloq, professor Canan Karatay deyib. Onun sözlərinə görə, xəstəliklərin başlıca səbəbi həm də D vitamini çatışmazlığıdır: “Qış olsa da, qar, dolu yağsa da, hər tərəf buz bağlasa da, küçəyə çıxıb gəzin. Dəniz kənarında, meşələrdə gəzin. Bu zaman depessiyadan da xilas olarsınız. Günəş az göründüyünə görə tez-tez depressiyaya düşürsünüz. Ancaq təbii qidalar qəbul etdiyiniz zaman depressiyaya düşməzdiniz”.
Salyandakı amansız qətlin sirri
Salyanda törədilən ailə qətliamı eşidənləri dəhşətə gətirir. 3 il ərzində itkin düşmüş kimi axtarılan Salyan sakini Mehparə Əliyeva və 4 qızı - İradə, Rəqibə, Sevda, Ümidənin doğma ataları tərəfindən amansızlıqla qətlə yetirildiyi məlum olub. İçki aludəçisi olan Fərhad Əliyev ailə-məişət münaqişəsi zəminində həyat yoldaşını və 4 qızınını öldürərək onları yaşadıqları evdə basdırıb.
14 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Salyan və Neftçala rayonlarında inşa edilmiş 14 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.
Azərbaycan söz və fikir, məlumat azadlığının təmin olunmasında maraqlıdır
Müstəqil Azərbaycanda söz və fikir azadlığının təmin edilməsi demokratiyanın vacib amillərindən hesab olunur. Sirr deyil ki, mütəmadi olaraq bu istiqamətində ciddi addımlar atılmaqda davam edir.
Nazir Abşeronda vətəndaşları qəbul edib
Bu gün Abşeron rayonu Heydər Əliyev Mərkəzində gənclər və idman naziri Azad Rəhimov Abşeron, Sumqayıt, Xızı, Şamaxı, Qobustan şəhər və rayon sakinlərini qəbul edib. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, qəbulda ümumilikdə 20-dən artıq vətəndaş iştirak edib. Qəbul əsnasında müraciətlər müxtəlif sahələri əhatə edib. Gənclər sahəsində edilən müraciətlər sırasına Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti istiqamətində olub.
"Azəravtoyol"da Heydər Əliyevin xatirəsi yad edilib
“Azəravtoyol” ASC-də ulu öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən bildirilib ki, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov çıxış edərək müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, demokratik hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verib.
Səfərbərlik Xidməti qalibləri mükafatlandırdı
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədi ilə respublika orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirdiyi “Çağırır vətən” adlı yazı müsabiqəsinin qaliblərinin təltif edilməsi mərasimi keçirilib.
Avropanın dondurucu soyuqları Azərbaycana GƏLİR?
Son günlər bir sıra Avropa ölkələrində soyuq hava şəraiti ilə bağlı xəbərdarlıq edilib, bəzilərində isə həyat iflic olub. Böyük Britaniyada yağan güclü qar bütün nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Əhaliyə məcburiyyət olmadığı təqdirdə evdən çıxmamaq tövsiyə olunub. Fransanın 32 departamentində kəskin hava şəraiti ilə əlaqədar təhlükə səviyyəsi ən yüksək həddə elan olunub. Buna səbəb ölkə ərazisində tüğyan edə "Ana" qasırğasıdır.
Dünyada 50%-dən çox insan bu vitaminin olmamasına görə əziyyət çəkir
Alimlərin fikrinə görə, dünyada 50%-dən çox insan B12 vitamininin kəskin çatışmazlığından əziyyət çəkir. Bu vitamin qan və sinir sistemi hüceyrələrinin sağlamlığı, normal maddələr mübadiləsi üçün olduqca vacibdir
Şikayətçi 3000, Tolik 1000 deyir — Zaur Baxşəliyevə İLGİNC İTTİHAM - VİDEO
ƏMDK-da Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib
Əmlak Məsələləri Dövlət Komitəsində dekabrın 11-də xalqımızın Ulu Öndəri Heydər Əliyevin anım mərasimi keçirilmişdir. Komitədən “Olaylar”a verilən məlumata görə, tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov qeyd etmişdir ki, müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması, ümumiyyətlə Azərbaycanın müasir tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.














