Sosial

Nazirlik vergi ödəyicilərinə xəbərdarlıq etdi

11 Dekabr 2017 16:31

2018-ci il 1 yanvar tarixdən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir. Vergilər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura vermək vergi ödəyicinin vəzifələrinə aid edilmişdir. Elektron qaimə-faktura “Onlayn rejimdə” Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) vasitəsi ilə elektron qaydada tərtib edilərək və ya “Lazımi proqramlar”dan istifadə edilməklə “Oflayn rejimdə” tərtib edilkdən və elektron imza (o cümlədən “Asan imza”) vasitəsi ilə imzalandıqdan sonra malların, işlərin və xidmətlərin alıcısına göndərilir.

Kərəm Həsənov vətəndaş qəbulu keçirəcək

11 Dekabr 2017 16:30

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 15 dekabr 2017-ci il tarixində Ağcabədi şəhərində vətəndaş qəbulu keçirəcək.

Ötən ay nikaha daxil olmaq istəyən 11 nəfərdə QİÇS aşkarlanıb

11 Dekabr 2017 16:22

Bu ilin noyabr ayında nikaha daxil olmaq istəyən 10738 nəfər tibbi müayinədən keçib.  B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib ki, ötən ay müayinədən keçən şəxslərdən 325 nəfərində talassemiya daşıyıcılığı, 18 nəfərdə sifilis, 11 nəfərdə isə QİÇS aşkarlanıb.

Gənclər Təşkilatları Milli Şurasının üzvlərinin sayı 125-ə çatıb

11 Dekabr 2017 16:17

Gənclər Təşkilatları Milli Şurasının üzv təşkilatlarının növbəti Məclisi baş tutub. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə Milli Şuranın üzvü olan gənclər təşkilatlarının rəhbər və səlahiyyətli nümayəndələri iştirak edib. İclasda Milli Şuranın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Pərvin Piriyev tərəfindən 2017-ci il üzrə hesabatı təqdim olunub. MNTK sədrin hesabatından sonra Şuranın sədri Seymur Hüseynov təşkilatın iyun – dekabr ayları üzrə fəaliyyətin təqdimatını keçirib. Məclisin gedişatında Milli Şuraya müraciət edən “Cavan” Gənclər İctimai Birliyi səsvermə nəticəsində assosiativ üzvlüyə qəbul olunub və Gənclər Təşkilatları Milli Şurasına üzv olan gənclər təşkilatlarının sayı 125 çatıb.

Cari ilin 11 ayında ölkəyə gələn xarici vətəndaşların sayında 20 faiz artım müşahidə edilib

11 Dekabr 2017 16:16

Cari ilin 11 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 477 908 nəfər olub. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, onlardan 790 258 Rusiya Federasiyası, 488 269 Gürcüstan, 340 702 İran, 275 147 Türkiyə, 87 215 Birləşmiş Ərəb Əmirlikləri,  58 259 İraq, 53 583 Ukrayna, 32 644 Səudiyyə Ərəbistanı, 351 831 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Rusiyalı turist Bakıdakı ustaya 50 yolka sifarişi verdi

11 Dekabr 2017 16:14

Bakıda ənənəvi “Qış bazarı” xeyriyyə yarmarkası keçirilib. Yarmarkaya çıxarılan əl işləri xüsusilə ərəb turistlərin marağına səbəb olub. Sərgi-yarmarkaya muncuqla işlənmiş yolkalar, kağızdan hazırlanmış Şaxta baba, Qar qız, bayram oyuncaqları, bijuteriya, yağlı boya ilə çəkilmiş şəkillər, şəbəkə boyası ilə işlənmiş qab-qacaq, muncuqdan toxunmuş xalçalar, qurudulmuş bitkilərdən hazırlanmış bər-bəzək əşyaları, təbii sabun və kosmetik vasitələr çıxarılıb. Qonaqlara Azərbaycan mətbəxinin təamları təklif edilib.

Tarif Şurası xəbərdarlıq edir: "Bizim qərarımız olmadan dərmanların bahalaşdırılması məsuliyyət yaradır"

11 Dekabr 2017 16:05

Son günlər redaksiyamıza zəng edən oxucular bəzi apteklərdə dərmanların Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlərdən baha satılması halları ilə rastlaşdıqlarını bildirirlər. Eyni zamanda, dərman preparatlarının 2018-ci ilin əvvəlindən bahalaşma ehtimalı əhalini narahat edən məsələlərdəndir.

Yanan mənzildə ev sahibinin meyiti aşkar edilib

11 Dekabr 2017 16:00

Şirvan şəhərinin dəhşətli yanğın hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 11-də saat 4.00 radələrində Şirvan şəhərinin 20 Yanvar küçəsində İlham Abdullayevin yaşadığı evdə yanğın baş vermişdir. Nəticədə 30 kvm. sahədə ev əşyaları yanmışdır. Yanğın söndürüldükdən sonra İ.Abdullayevin yanmış meyiti tapılmışdır. Araşdırma aparılır.

Avtomobili işıq dirəyinə çırpdı

11 Dekabr 2017 15:59

Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 10-da saat 13 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Rüstəm Muxtarov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurmuş və nəticədə hadisə yerində ölmüşdür.

Azərbaycanda 2500-dən artıq şəxs qanın bədxassəli xəstəliyindən əziyyət çəkir

11 Dekabr 2017 15:37

"Azərbaycanda 2500-dən artıq xəstə qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır. Onlardan 300-ü uşaqdır". Bunu B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Yeddi qurumun DSMF-yə borcu artıb

11 Dekabr 2017 15:09

2017-ci ilin iyulun 1-nə sığortaedənlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) borcunun məbləği ilin əvvəlinə nisbətən 29,9 mln. manat və ya 9,3% artaraq 321,22 mln. manat göstəricisindən 351,14 mln. manat göstəricisinə qalxı

Tikintisi başa çatmayan binalardakı mənzillərə mülkiyyət hüququnu necə əldə etmək olar?

11 Dekabr 2017 15:04

Ölkədə şəfaflığın təmin edilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə həyata keçirilən tədbirlər davam etməkdədir. Bu məqsədlə daşınmaz əmlak üzərində sahibkarlıq hüququqnun tanınması sahəsində bir sıra yeniliklərin edilməsi nəzərdə tutulur. Belə yeniliklərdən biri də tikintisi başa çatmayan binalardakı mənzillərə mülkiyyət hüququnun əldə edilməsi ilə bağlıdır. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsindən verilən məlumata görə, vətəndaşlar bundan sonra tikintisi başa çatmayan binalardakı mənzillərə mülkiyyət hüququ əldə edə biləcəklər. Artıq Azərbaycanda tikintisi başa çatmayan binalardakı mənzillərə mülkiyyət hüququnun əldə edilməsi qaydaları müəyyənləşib. Daha dəqiq, bu məqsədlə Mülki Məcəllənin 178-ci (Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi) maddəsinə yeni bənd əlavə edilir.

AzTU-da Heydər Əliyevin anım tədbiri keçirilib

11 Dekabr 2017 14:41

Azərbaycan Texniki Universitetində (AzTU) ulu öndər Heydər Əliyevin anım tədbiri keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, anım tədbirində çıxış edən rektor əvəzi Xalıq Yahudov ümumilli liderin Azərbaycan dövlətinin güclənməsi, mədəniyyətimizin təbliği, gələcək nəsillərin savadlı olması üçün təhsil sahəsinə göstərdiyi qayğı və diqqətdən danışaraq bildirib ki, Heydər Əliyev fenomeni XX əsrdə xalqımızı çox böyük bəlalardan qoruyub.

BNA 17 saylı marşrut xəttinin daşıyıcısını cəzalandırdı

11 Dekabr 2017 14:40

17 nömrəli müntəzəm marşrut xəttinin daşıyıcısı dəyişdirilib. “OLAYLAR”-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən bildirilib ki, dəyişiklik edilməsinə səbəb, marşrut xətti üzrə sərnişindaşıma xidməti göstərən daşıyıcının fəaliyyətinin qənaətbəxş səviyyədə olmaması, eyni zamanda, dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayaraq çatışmazlıqları aradan qaldırmamasıdır.