Sosial
Monakoda 10-cu Sülh və idman forumu keçirilib
Gənclər və idman naziri Azad Rəhimov 10-cu Sülh və İdman forumuna qatılmaq məqsədi ilə Monakoda səfərdə olub. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, forumun əsas məqsədi texnalogiyanın inkişafının idmançıların daha yaxşı nəticələr əldə etmələrinə, onların fiziki sağlamlığının qorunmasına və ümumilikdə gənclərin idmana həvəsinin artırılmasına müsbət təsirinin inkişafıdır.
Texnologiya Kollecinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib
Bakı İdarəetmə və Texnologiya Kollecinin (BİTKol) kollektivi müasir Azərbaycanın qurucusu və memarı, dünyaşöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər.
Hava yağmursuz keçəcək, külək arabir güclənəcək
Bakı və Abşeron yarımadasında dekabrın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Bəzi yollarda parklanma yerlərindən vəsaiti bələdiyyələr toplayacaq
Bəzi yollarda avtomobillər üçün ayrılmış parklanma yerlərindən əldə olunan vəsait bələdiyyələr tərəfindən toplanacaq. Məlumata görə, bununla bağlı “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunun 7-ci (Yerli büdcənin gəlirləri) maddəsinə əlavələr edilir.Layihəyə görə, maddədə yerli büdcənin gəlirləri sırasına “bələdiyyə yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait” də əlavə edilir. Buna uyğun olaraq “Avtomobil yolları haqqında” qanuna dəyişikliklər də müzakirəyə çıxarılır.Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Qaxda 5 otaqlı ev yanıb
Qax rayonu, Dəymədağlı kəndində vətəndaşa məxsus 5 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 165 m2 olan birmərtəbəli 5 otaqlı evin dam örtüyü 165 m2 sahədə və ev əşyaları 45 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Daxili orqanında iki bağlama narkotik vasitə aşkarlandı
Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı idarənin Sərnişin şöbəsində saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar"a verilən məlumata görə, yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Taksilərin avtobus dayanacaqlarına girişi qadağan edilir
Azərbaycanda taksi minik avtomobili ilə sərnişin daşıması həyata keçirən avtomobillər yalnız xüsusi müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə edə biləcək.
Notarius olmaq istəyənlərlə müsahibə aparılacaq
Ədliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, Cəlilabad, Xızı, İmişli, Masallı, Quba, Samux, Saatlı, Şəmkir və Yardımlı rayonlarında vakant olan notarius vəzifələri üzrə 25.11.2017-ci il tarixdə keçirilmiş test imtahanında uğur qazanmış namizədlərlə müsahibənin keçirilməsinə dekabr ayının 19-dan etibarən başlanılacaq.
DSX-da Ulu Öndər Heydər Əliyev anılıb
Dövlət Sərhəd Xidmətinin Aparatında müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib. DSX-dan “Olaylar”a verilən məlumata görə, tədbir iştirakçıları öncə Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində Ulu Öndərin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən çoxsaylı foto-ekspozisiya ilə tanış olublar.
İki gündə yol qəzasında 12 nəfər ölüb
İstirahət günlərində respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şənbə-bazar günləri respublikanın avtomobil yollarında 17 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 12 nəfər ölüb, 17 nəfər xəsarət alıb.
815 şagird fənn müsabiqələrində iştirak edib
Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında fənn müsabiqələrinin final mərhələsi keçirilib. “OLAYLAR”-ın Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin final mərhələsində Bakı şəhəri üzrə 815 şagird qatılıb.
İmişlidə Avropa İttifaqının dəstəyi ilə təlim keçirilib
“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi 2-3-4 dekabr 2017-ci ildə İmişli rayonunda yerli QHT-lərin nümayəndələrinin iştirakı ilə “Qiymətləndirmə və Dəyərləndirmə” mövzusunda 3 günlük təlim keçirib.
Göz həkimləri niyə eynək taxır?
Gözdəki zəifliyi aradan qaldırmaq üçün son illər lazerlə əməliyyat ən uğurlu addım hesab edilir. Lakin bu cür əməliyyatlara münasibət birmənalı deyil. Bəzi xəstələr düşünür ki, əgər lazerlə əməliyyat bu qədər uğurludursa, nə üçün göz həkimləri eynək taxır?
Əli Həsənovun nəvəsi barədə qərar verilir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi başlayıb.
Bakıda atəşfəşanlıq olacaq
Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Dənizkənarı Milli Parkda atəşfəşanlıq təşkil olunacaq. Bu haqda Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova məlumat verib.














